Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-148/2021 19.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 olan (VÖEN **********) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-in 210.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 1 ünvanında həmin MMC-yə məxsus Tədris Akademiyasında plandan kənar yoxlama keçirilərkən lisenziya olmadan özəl tibb (kosmetoloji) fəaliyyət ilə məşğul olması faktı aşkar olunmuşdur. Protokol tərtib etmiş şəxs səlahiyyətli orqanın nümayəndəsi X11 məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Tədris Akademiyasında plandan kənar yoxlama keçirilərkən orada 03 ədəd işlək vəziyyətdə lazer epillyasiya aparatı aşkar edilmişdir. Həmçinin lisenziya olmadan həmin aparatlarla özəl tibb (kosmetoloji) xidmətlərin aparılması aşkar olunmuşdur. Buna görə də müvafiq akt tərtib edilmiş və sonradan protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. X4 3 əməkdaşı iştirak etmiş, bu barədə akt tərtib etmişlər. Yerində xidmətlərin göstərilməsinə dair birbaşa foto və fideoçəkiliş aparılmamışdır. Lakin yoxlama aparmış əməkdaşlar bu faktlar barədə akt tərtib etmişlər, həmin akt əsasında da protokol tərtib etmişlər. Ona görə də bütün sübutlar protokola əlavə edilməklə məhkəməyə təqdim edilmişdir, əlavə hər hansı bir sübut yoxdur. İş materialları əsasında işə baxıb, inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş şəxs səlahiyyətli orqanın nümayəndəsi X9 məhkəmə iclasında bildirdi ki, Səhiyyə Nazirliyi “Analitik ekspertiza mərkəzi” Publik hüquqi şəxsin Hüquq sektorunun hüquq məsləhətçisi işləyir. xx.xx.2020-ci il tarixdə o və həmin idarənin digər iki əməkdaş olan Səhiyyə Nazirliyi Analitik ekspertiza mərkəzinin mütəxəssisi X13 və baş mütəxəssisi X10 ilə birlikdə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Tədris Akademiyasında plandan kənar yoxlama keçirilmişdir. Həmin obyektdə daxil olduqdan sonra yoxlamaya Ədliyyə Nazirliyindən alınmış icazəni təqdim edərək, yoxlama aparmaq səlahiyyətlərinin olmasını bildirmişlər. Orada olan MMC-nin işçiləri bildirmişlər ki, MMC-nin müdiri gəlsin onunla birlikdə yoxlama aparılsın. Orada 1 böyük otaq olmuş, həmin otaq tədris otağı olmuş, stollar və stullar, lövhə olmuş və lazer aparatı da olmuşdur. Həmin tədris otağında oturub müdiri gözləmişlər. Müdiri gözləyərkən müşahidə etmişlər ki, ora insanlar gəlib gedir, həmin insanlar 3 ədəd balaca otaqlara girib, müəyyən müddət sonra oradan çıxıb gedirlər və həmin insanların pasient olduğu və ora kosmetoloji xidmət üçün gəldiklərini zənn etmişlər. Həmin otaqlara baxmaq istəsələr də MMC-nin qeydiyyatçı işçisi buna icazə verməmişdir, bildirmişdir ki, müdriyyət olmadan heç bir yerdə yoxlama aparmağa icazə verə bilməzlər. Onlar da otaqlarda qadınlar olduğu üçün etik cəhətdən buna yol verilmədiyi üçün otaqların qapısını açıb baxmamışlır. Bir müddət gözlədikdən sonra MMC-nin rəhbəri X14 adlı şəxs gəlmiş və onunla birlikdə həmin balaca otaqlara baxmışlar. Otaqlarda lazer epillyasiya aparatları olduğunu aşkar etmişlər. Lakin otaqlarda insanlar olmamışdır. Otaqlarda lazer epillyasiya aparatlarının olması, ora insanların girib, bir müddətdən sonra çıxmasını kənardan müşahidə etmişlər. Ora gəlib gedən və pasient hesab edilən həmin şəxsldərdən ora gəlmələrinin səbəbini soruşmamışlar, bu barədə foto və videoçəkiliş aparmamışlar. Hesab etmişlər ki, bunlar qanuni zidd ola bilər. Bununla belə əmin olmuşlar ki, həmin otaqlara gələn insanlar pasientdir və kosmetoloji xidmət üçün ora gəliblər. Bu səbəbdən də qeyd edilənləri aktlaşdırıb, inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X15 bildirdi ki, protokol əsassızdır. Şəxs MMC tərəfindən inzibati xəta törədilməmişdir. xx.xx.2020-ci il tarixdə Səhiyyə Nazirliyinin 3 əməkdaşı Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Tədris Akademiyasında yoxlamada olmuşlar. X8 lazer aparatları tədris edilir. Həmin ofisdə hər hansı bir lazer epillyasiyası xidməti göstərilmir, kosmetoloji xidmət göstərilmir. Şəxs MMC Çin şirkəti olan X2 Co LTD şirkətinin Azərbaycanda nümayəndəliyidir. Şəxs MMC-nin fəaliyyəti həmin xarici şirkətin lazer aparatlarının satışı ilə və həmin aparatların tədrisi ilə məşğuldur. Şəxs MMC-nin rəhbəri X7 15 il ərzində kosmetoloji avadanlıqların ölkəyə idxalı və satışı ilə məşğul olan mütəxəssisdir. O, son 3 il ərzində öz şirkətini yaratdı və fəaliyyətini daha da genişləndirərək Şəxs MMC-ni təsis etdi. Hal-hazırda həmin MMC-nin təsisçisi və direktorudur. MMC-də 25 nəfərdən artıq əməkdaş çalışır. Vaxtlı-vaxtında dövlətimizə sahibkar olaraq vergi ödəyir. Belə ki, xx.xx.2020-ci il tarixdə özünü Səhiyyə Nazirliyinin analitik mərkəzinin əməkdaşları kimi təqdim edən şəxslər MMC-nin tədris ünvanında yoxlama aparacaqlarını və bunun nəticəsində onlara akt yazılacağını bildirmişlər. O, isə öz növbəsində sahibkar olaraq hansı yoxlamanın aparılmasını soruşdu. Onlar isə güya qeyri-qanuni klinika fəaliyyəti ilə məşğul olduqlarına görə akt tərtib ediləcəyini bildirdilər. Onu da əlavə etdi ki, onlar heç bir kliniki fəaliyyətlə məşğul deyil. Həmin əməkdaşlar tədris mərkəzində olduğu vaxtda bunu sübut edən heç bir fakt aşkar etmədən qanunsuz olaraq akt tərtib etdilər. O, isə bu aktı qəbul etməyərək, akta imza atmaqdan imtina etdi. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, onlar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Odur ki, izahatda qeyd etdiklərini məhkəmədə təsdiq etməyə hazırdır. Məhkəmə iclasında şahidlər kimi dindirilmiş Səhiyyə Nazirliyi Analitik ekspertiza mərkəzinin mütəxəssisi X13 və baş mütəxəssisi X10 izahatlarında, nümayəndə X5 izahatına uyğun izahatlar vermişlər. Məhkəmə iclası zamanı şahid kimi dindirilmiş Şahid3 bildirmişdir ki, 2 il olar ki, Şəxs MMC-də işləyir. MMC müxtəlif növ kosmetoloji lazer aparatlarının satışını həyata keçirir. Həmçinin satışını həyata keçirdiyi həmin aparatların tədrisini də həyata keçirir. O da həmin MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Tədris Akademiyasında lazer aparatlarının tədrisi ilə məşğuldur. Vəzifəsi aparat alan və ya almaq istəyən müştərilərə aparatın iş prinsipini, işləmə qaydasını izah edir. Ondan başqa orada 10-a qədər işçi vardır. X8 1 böyük otaq, 3 ədəd balaca otaqlar vardır. Böyük epillaysiya aparatı böyük otaqdadır. Digər 3 otaqda isə hər birində 1 epillyasiya aparatı vardır. Aparat satın alan müştərilərə maksimum 7 günlük kurslar keçirlər. Tədrisə gələn şəxsin qavrama qabiliyyətindən, aparatla tanışlığından və işləmə prinsiplərini bilməsindən asılı olaraq bu müddət 2-3 gün də ola bilər. xx.xx.2020-ci il tarixdə Səhiyyə Nazirliyinin 3 əməkdaşı da orada yoxlamada olmuşlar. əməkdaşlar hazırda zalda əyləşmişdir. Həmin əməkdaşlar böyük tədris otağı və balaca tədris otaqları ilə də tanış olmuşlar. Tədris otaqlarında hes bir epillyasiya xidməti olmamışdır. Ümumiyyətlə həmin ofisdə və otaqlarda hər hansı tibbi kosmetoloji xidmət göstərilmir. Yalnız aparatlar tədris edilir. Yoxlamaya gəlmiş əməkdaşlar da otaqlara baxanda orada heç bir kosmetoloji xidmət göstərilməsi halı olmamışdır. Sonra həmin yoxlayıcılar MMC-nin müdiri Yusif müəllilə onun otağına getmişlər. Yoxlayıcıların orada olma müddəti bir neçə saat olmuşdur. Məhkəmə iclası zamanı şahid kimi dindirilmiş Şahid2 və Şahid1 da izahatlarında Şahid3 izahatına uyğun izahatlar vermişlər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-in 210.1-ci maddəsi ilə inzibati icraatın aparılmasına səbəb olmuş və protokolla birlikdə məhkəməyə göndərilmiş inzibati xəta haqqında işin materiallarından görünür ki, protokol VÖEN ********** olan Şəxs MMC barəsində tərtib edilmişdir. İş üzrə müəyyəfn edilir ki və tərtib edilmiş protokoldan da görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Tədris Akademiyasında yoxlama aparılmışdır. Adından da görünür ki, həmin ofis Tədris Akademiyasıdır. Yoxlamanı həyata keçirmiş X9, X13 və X10 həmin gün qeyd edilən ünvanda konkret hər hansı bir şəxsin kosmetoloji xidmətdən istifadə etdiyi, lazer epillyasiya elətdirdiyini müəyyən edən faktı protokollaşdırmamış, aktlaşdırmamışlar. Məhkəməyə təqdim edilmiş sənədlər içərisində həmin gün qeyd edilən obyektdə kosmetoloji xidmətdən istifadə etdən və ya lazer epillyasiysı elətdirən hər hansı bir şəxsin adı, soyadı qeyd edilməmişdir. Yoxlamanı həyata keçirmiş X9, X13 və X6 da bildirdiyi kimi həmin gün orada dilavasidə kosmetoloji xidmətləri göstərilməsini və ya lazer epillyasiysı xidmətinin göstərilməsinə dair foto və videoçəkiliş aparmamışlar. İş materiallarında olan Səhiyyə Nazirliyi “Analitik ekspertiza mərkəzi” Publik hüquqi şəxsin 46 saylı, xx.xx.2020-ci il tarixli Plandankənar Yoxlama aktına əsasən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Tədris Akademiyasında plandan kənar yoxlama keçirilmiş. X1, X10 və X9 aparmışlar. Yoxlama aktında yoxlayıcıların qeydi kimi yazılmışdır ki, ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus Tədris Akademiyasında plandan kənar yoxlama keçirilərkən 04 (dörd) otaqda 03 (üç) ədəd işlək vəziyyətdə olan lazer epilyasiya aparatı aşkarlandı. Həmçinin yoxlama zamanı pasiyentlərin olması müşahidə olunur. Bununla da həmin avadanlıqlar vasitəsilə kosmetoloji xidmətlərin aparılması müəyyən olundu. Həmçinin həmin aktda sahibkar Yusif Rəhimovun izahatı və iradə kimi qeyd edilmişdir ki, onların şirkətə indiyə qədər tibbi avadanlıq gəlmədiyi üçün və onlar satılan qeyri-tibbi cihazların tədrisin etdikləri üçün bu yoxlama düzgün deyil və onların fəaliyyətində heç bir tibbi fəaliyyət yoxdur. Pasiyentlər də tədris keçirdiyinə görə pasiyent yox, aparat alan operatorlardı. Onlar bu avadanlığı rəsmi gətirirlər və bu avadanlıqlar tibbi deyil. Bütün bunları nəzərə alıb o, bu yoxlama ilə qəti razı deyil. İş adamlarına qarşı suni maneə kimi bunu qiymətləndirir, aktla tanış oldu və razı deyil. Bu hal onu göstərir ki, inzibati xəta faktının mövcudluğu, yoxlama aparılan anda da mübahisələndirilmişdir və etiraf edilməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şəxs MMC-nin işçiləri Şahid3, Şahid2 və Şahid1 bildirmişlər ki, Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən Tədris Akademiyasında lazer aparatlarının tədrisi ilə məşğuldurlar. Həmin ofisdə aparat alan və ya almaq istəyən müştərilərə aparatın iş prinsipini, işləmə qaydasını izah edilir. xx.xx.2020-ci il tarixdə Səhiyyə Nazirliyinin 3 əməkdaşı da orada yoxlamada olmuşlar. Həmin əməkdaşları zalda tanımışlar. Ümumiyyətlə həmin ofisdə və otaqlarda hər hansı tibbi kosmetoloji xidmət göstərilmir. Yalnız aparatlar tədris edilir. Yoxlamaya gəlmiş əməkdaşlar da otaqlara baxanda orada heç bir kosmetoloji xidmət göstərilməsi halı olmamışdır. İş materiallarında olan Əmək Müqaviləsinin elektron bildirişinin surətlərindən görünür ki, Şahid3, Şahid2 və Şahid1 həqiqətən də yoxlamanın aparıldığı xx.xx.2020-ci il tarixdən əvvəl, həmin tarixdə və hazırkı vaxtda da Şəxs MMC-də işləyirlər. Məhkəmə iş materiallarına əlavə edilmiş və Şəxs MMC-yə aid edilməsi ehtimal edilən reklam lövhəsi barədə qeyd edir ki, həmin lövhə məhz xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən Tədris Akademiyasında tibbi kosmetoloji xidmətin göstərilməsini və ya lazer epillyasiyasının həyata keçirilməsi faktını özündə əks etdirən sübut deyildir. Reklam lövhəsi ilə belə bir tibbi kosmetoloji xidmətin göstərilməsi və ya lazer epillyasiyasının həyata keçirilməsi real olaraq həyata keçirilməsini təsdiq edilmir. Yaranmış şübhələrin aradan qaldırılması mümkün deyildir. Yoxlama aparılan vaxtı foto və videoçəkiliş aparılmamışdır. Həmin yerə kosmetoloji və ya lazer epillyasiyasına gəlmiş hər hansı bir pasientin soyadı, adı müəyyən edilməmişdir. Həqiqətən də ora gəlmiş şəxslərin məhz pasient olması və kosmetoloji və ya lazer epillyasiyası məqsədi ilə gəlməsinə dair birbaşa sübut mövcud deyildir. artıq belə bir sübutu toplamaq mümkünsüzdür. çünki xx.xx.2020-ci il atirxdə baş vermiş inzibati xətaya dair həmin tarixə qayıdıb, sübut toplamaq imkansızdır. Bundan əlavə protokol tərtib etmiş səlahiyyətli şəxsin nümayəndələri məhkəmə iclasında bildirmişlər ki, əlavə hər hansı bir sübutları yoxdur. Bütün sübutlarını protokola əlavə edib məhkəməyə təqdim etmişlər. İş materiallarında olan mövcud sübutlar əsasında işə baxılmasını tələb etmişlər. Bununla da təqdim edilmiş sübutlarla hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış zidiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yuxarıda qeyd edilmiş vəziyyətdə hüquqi şəxsin inzibati xəta törətməsi sübut olunmur. Beləliklə məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Hüquqi şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş üzrə icraata xitam verilməli olmasının digər bir əsası bundan ibarətdir ki, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədardır aşağıdakılar qeyd edilir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuliyyəti İXM-in 18-ci maddəsi ilə müəyyən edilmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Bununla da hazırkı iş üzrə birinci olaraq həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir ya yox? Belə bir vəziyyətdə nəzərə alınmalıdır ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yəni hər hansı bir şəxsin inzibati xəta törətməkdə təqsirli bilinməsi barədə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı yoxdursa, həmin şəxsi inzibati xəta törətməkdə təqsirli bilinə bilməz. Hazırkı iş üzrə hüquqi şəxsin İXM-in 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxsləri və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olmadığından, həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmur. Belə bir halda vəzifəli şəxslərinin və ya işçisinin mövcud olmayan inzibati xətasına görə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Vəzifəli şəxslərinin və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olsaydı, onda növbəti addım kimi sübut olunmalıydı ki, həmin xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Qeyd edilən şəxslərin inzibati xətası olmadığında, bu halın araşdırılması da əhəmiyyətsizdir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-148/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-148/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver