Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-148/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan 5025-ci məhəllə, Kristal ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 10 dekabr 2023-cü il tarixdə, saat 09:35 radələrində idarə etdiyi “BMW 528İ” minik markalı, Az ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən 10 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək bildirmişdir ki, 10 dekabr 2023-cü il tarixində, səhər saat 10:50 radələrində ona məxsus olan **-FH-*** qeydiyyat nişanlı avtomobilim ilə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, “Patamdart maşın bazarı” ərazisində hərəkətdə olarkən 10-(99) YP-526 nömrəli DYPX-nın əməkdaşı ona maşını saxla əmrini vermişdir. Bir neçə dəqiqə avtomobilimdə polis əməkdaşını gözlədikdən sonra yan güzgüdən baxdıqda onu əli ilə özü idarə etdiyi 10-(99)YP-526 nömrəli polis avtomobilinə çağırdığını görmüş və o yaxınlaşdıqda heç bir səbəb göstərmədən ondan sərxoş olub-olmadığını soruşdmuşdur. O içkili olmadığını bildirmişdir. Polis tərəfindən məhkəməyə daxil olan sənədlərdə akt dəyişdirilmiş, aktda ona adı tanış olmayan başqa bir polis əməkdaşının adı qeyd edilmiş, ona zorla yazdırılan izahatda alkotestr göstəricisini 0.03% qeyd etsə də sonradan izahatına düzəliş olunaraq 0.034% yazılmış və əvvəlcə onu adı soyadı və imzası yazılıb qol çəkilmiş və ağardıcı ilə işlənilmiş akt yenidən bərpa olunmuşdur. Eyni zamanda qeyd etmişdir ki, O, protokol tərtib edilərkən içkili olduğunu bildirsə də, həmin vaxt sərxoş vəziyyətdə olmamışdır. Belə ki, protokol tərtib olunduqdan bir qədər sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsinə müraciət etmişdir. Həmin qurumun səlahiyyətli həkimi tərəfindən verilmiş aktda onun ayıq vəziyyətdə olması öz təsdiqini tapmışdır. Bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada protokol tərtib etmiş orqana məhkəmə bildirişi göndərilmiş, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs saat 09:35 radələrində idarə etdiyi “BMW 528İ” minik markalı, Az ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 10 dekabr 2024-cü il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında çıxarışdan aydın olur ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 09:21-də “ACE Z-series” markalı İN-642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitə ilə müayinə edilmiş Şəxs sərxoş vəziyyətdə olması (0.325 promil) müəyyən olunmuşdur. O. İsmayılov protokolda alkotester göstəricisinin 0.034 promil olması təsdiq etmiş və həkim müayinəsinə ehtiyac olmadığını qeyd etmişdir. Məhkəmə iclasında təqdim edilən 10 dekabr 2023-cü il tarixli 2/20775 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 23 iyul 2020-ci il tarixdə, saat 14:20-də müayinə edilmiş Şəxs sərxoş vəziyyətdə olmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, 10 dekabr 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolu bir sıra hallara görə Şəxs sərxoşluq vəziyyətini müəyyən edən sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin protokoldan görünür ki, müayinə 10 dekabr 2023-cü il tarixdə saat 14:20-də yəni ilkin sərxoşluq vəziyyətinin yoxlanılmasından beş saata yaxın bir vaxtdan sonra keçirilmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, Şəxs inzibati protokol tərtib edilərkən sərxoş vəziyyətdə olmasını yazılı surətdə etiraf etməsi halı daha inandırıcı olmaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən 10 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, 10 dekabr 2024-cü il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında çıxarış və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227- 1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459- 1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməli və Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər BPİ DYPİ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qararı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-148/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-148/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver