Məhkəmə qərarları › İş №3(004)-1480/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1480/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1480/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət X2 (BDYPİ) tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairAzərbaycan Respublikası DİN-nin BDYPİ-sitərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli İXPseriyalı ******* nömrəli inzibati xəta haqqında protokolaidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş eyni tarixli qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməmiş və bununla da, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqından protokoldan məlumatlı olduqdan sonra cəriməni və dəbbə pulunu tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş quruma məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin qurumun nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərardan müəyyən edilir ki, həmin tarixdə saat 08:48-də Şəmkir-Qazax yolunun 478.2 km-də “VAZ-21074” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə o, təqsirli bilinərək barəsində 10 (on) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin portal çıxarışından müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərar qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyindən 10 (on) manat məbləğində inzibati cəriməyə əlavə olaraq 6 (altı) manat dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə edilmiş hökumət ödəniş portalından çıxarışdan görünür ki, xx xxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli qərara əsasən tətbiq edilmiş 10 (on) manat cərimə və ona hesablanmış 6 (altı) manat dəbbə pulu, cəmi 16 (on altı) manat Ə.Şəxs tərəfindən tamamilə ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ə.Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Ə.Şəxs barəsində olan müvafiq inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını və Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeyd hissəsini nəzərə alaraq hesab edir ki, Şəxs müvafiq inzibati cəriməni ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və onun barəsində başlanılmışinzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 529-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar