Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1481/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, "Duyum” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iştirakları ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11e, mənzil 48 olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "Duyum” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə daxil olmuş raporta əsasən 27ANU701 nömrəli nəqliyyat vasitəsində daşınaraq Şəxs MMC-nin ünvanına göndərilmiş “şüşələşən qarışıq qlazur" yükü Bakı Baş Gömrük idarəsində xx.xx.2025-ci il tarixli **********4697 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakın qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük organına verilməmişdir. Bakı Baş Gömrük İdarəsində Şəxs MMC tərəfindən **********4697 edilən sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada gısa idxal bəyannaməsinin verilib- verilməməsini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X1 Sistemi" informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, **********4697 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99YH508 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2025-cü il tarixdə saat 14:39-da Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair gısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təgdim edilməmişdir. "Duyum” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə inzibati xətanı qəsdən törətmədiklərini bildirdi və qanuni qərar qəbul olunmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, Bu fakt Təhqiqat şöbəsinə daxibglmuş. raport, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursuna baxış protokolu, izahat və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-1481/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1481/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver