Məhkəmə qərarları › İş №3(004)-1485/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1485/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1485/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-ninAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairBakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli, AP seriyalı0123352 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrəbaxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli, AP seriyalı0123352 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs ASC mülkiyyətində (istifadəsində) olan “UAZ 390945-460” (yük sərnişin) markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs ASC barəsindəAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X4 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs ASC barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin mülkiyyətində olan “UAZ 390945-460” (yük sərnişin) markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhkim olunduğu sürücü tərəfindən xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və həmin sürücü barəsində zəruri məlumatların verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu Şəxs ASC-nin dəftərxanasına xx xxx 2020-ci il tarixdə qəbul edilərək bu barədə jurnalda müvafiq qeydiyyat aparılıb rəsmiləşdirilmişdir. Bundan başqa oxşar məsələ ilə bağlı əvvəllər də Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları ilə cəmiyyət arasında anlaşılmazlıqlar olduğundan son dövrlər həmin qurumdan daxil olan sənədlər dərhal nəzarətə götürülərək operativ şəkildə həll edilir. Bu səbəbdən də Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu cəmiyyətin dəftərxanasına daxil olduğu tarixdə, yəni xx xxx 2020-ci il tarixdə cavab verilərək sürücüsü Bəybala Quliyevin özü və onun sürücülük vəsiqəsi haqqında ətraflı məlumat verilmişdir. Cavab məktubunun Yasamal RPİ-nin DYPŞ-nə təqdim edilməsi həmin qurumun ştampı ilə təsdiqlənmişdir. Göstərilənlərlə yanaşı, cəmiyyətin xüsusi ayrılmış əməkdaşları tərəfindən onun mülkiyyətində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydaları əleyhinə törədilmiş inzibati xətalara görə təyin edilmiş inzibati cərimələr yubadılmadan ödənilir. Odur ki, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücüsü tərəfindən xx xxx 2020-ci il tarixdə törədilmiş Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təyin edilmiş cərimə də artıq ödənilmişdir. X5 qeyd olunanları nəzərə alaraq Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib protokol əsasında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-ninəməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin ŞəxsSC-yə ünvanladığı sorğudan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:57-də cəmiyyətin mülkiyyətində (istifadəsində) “UAZ 390945-460” (yük sərnişin) markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin sorğuya hansı idarəyə və ya ünvana cavablandırılması, onun tərtib edildiyi tarix və qeydiyyat nömrəsi, o cümlədən haqqında sorğu verilmiş sürücü barəsində hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməsi bəlli deyildir və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş qurum tərəfindən həmin sənədin mötəbərliliyinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsəgöndərilməsi iddia edilən sözügedən blanksız, tarixi və qeydiyyat nömrəsi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS658774915AZ” ştrix kodlu xəbərnamədən görünür ki, onun üzərindəŞəxs ASC, **-JR-***, Moskva prospekti ev 67 məzmunlu qeydlər edilmiş,3 ədəd yəni,xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli poçt ştampları həkk edilmişdir. Xəbərnamədəki qeydə əsasən sorğu xx.xx.2020-ci il tarixdə ünvan sahibinə çatdırılmış və “Bəkirov”soyadlı naməlum şəxs tərəfindən imza olunmaqla qəbul edilmiş, lakin həmin şəxsin barəsində protokol tərtib edilmiş hüquqi şəxslə nə kimi bağlılığın olması qeyd edilməmişdir. Bundan başqa xəbərnamədən onun hansı poçt göndərişinə aid olması qeyd olunmadığından, yəni sorğunun tarixi və qeydiyyat nömrəsi məlum olmadığından hansı sorğunun ünvana çatdırılması bəlli deyildir. Protokol tərtib etmiş qurumun özü tərəfindən protokola əlavə edilmiş xəbərnamə üzərindəki “SS658774915AZ” nömrəli poçtun göndərilməsinin ştrix kodunun “xxxxxxxx" MMC-nin“http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə yoxlanılmasına dair çıxarış vərəqəsindən müəyyən edilir ki, həmin ştrix kodlu sorğu ünvan sahibinə xx xxx 2020-ci il tarixdə çatdırılmış, lakin ünvan sahibi göstərilməmişdir. Məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli PƏŞ-4-11-1-17/2983 nömrəli cavab məktubundan isə müəyyən edilir ki, məhkəmənin sorğusu əsasında aparılan araşdırma zamanı “SS658774915AZ” saylı ştrix kodlu sifarişli məktubun xx.xx.2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul edilməsi, xx.xx.2020-ci il tarixdə xidmət ərazisi üzrə 12 saylı PŞ-yə daxil olması və alıcının ünvanı tapılmadığından ünvan sahibinə çatdırılmadan xx xxx 2020-ci il tarixdə göndəriciyə, yəni Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılması müəyyən olunmuşdur. Barəsində protokol tərtib edilmiş ŞəxsSC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş daxil olmuş sənədlərin qeydiyyat jurnalının çıxarışından və xx xxx 2020-ci il tarixli 02-3-305 nömrəli məktubdan müəyyən edilir ki, xx xxx 2020-ci il tarixdə “UAZ 390945-460” (yük sərnişin) markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Yasamal RPİ-nin DYPŞ-dən cəmiyyətə sorğu daxil olmuş, xx xxx 2020-ci il tarixli məktubla idarənin rəisi Cəmil Əmirova ünvanlanmış müşayət məktubu ilə həmin nəqliyyat vasitəsinin sürücüsü Bəybala Quliyevin özü və onun sürücülük vəsiqəsi haqqında məlumat verilmişdir. Göründüyü kimi, protokol tərtib etmiş səlahiyyətli qurum tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar arasında kifayət qədər ziddiyyətlər mövcuddur. Belə ki, iş materiallarına sorğunun barəsində protokol tərtib edilmiş hüquqi şəxsə çatdırılmasını təsdiq edə biləcək sübut olaraq əlavə edilmiş xəbərnamənin göstəriciləri məhkəmə tərəfindən araşdırılarkən ŞəxsSC-yə xəbərnamədə göstərilən tarixdə çatdırılması öz təsdiqini tapmamış, bunun əksinə olaraq “xxxxxxxx” MMCdən daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, sorğu ümumiyyətlə ünvana çatmamışdır. Barəsində protokol tərtib edilmiş ŞəxsSC tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən isə müəyyən edilmişdir ki, Yasamal RPİ-nin DYPŞ-nin ŞəxsSC-nin mülkiyyətində (istifadəsində) olan “UAZ 390945-460” (yük sərnişin) markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindənxx.xx.2020-ci il tarixdə saat 10:57-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı sorğusu xx xxx 2020-ci il tarixdə cəmiyyətin dəftərxanasına daxil olmuş, həmin sorğuya isə qanunvericiliklə müəyyən edilmiş 5 günədək müddətdə, yəni xx xxx 2020-ci il tarixdə cavab verilərək sürücü barədə məlumatlar səlahiyyətli quruma təqdim edilmiş və qedy olunan cavab məktubunun qəbulu Yasamal RPİ-nin DYPŞ-nin ştampı ilə təsdiqlənmişdir. Göründüyü kimi işin mübahisəsiz faktiki halı ondan ibarətdir ki, Cəmiyyət tərəfindən onun mülkiyyətində olan “UAZ 390945-460” (yük sərnişin) markalı, **-JR- *** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən sürücü barədə məlumatlar quruma xx xxx 2020-ci il tarixdə rəsmi qaydada ştampla təsdiq edilməklə təqdim edilmişdir. Yəni, Cəmiyyət barəsində protokol tərtib edilərkən Yasamal RPİ-nin DYPŞ-si “UAZ 390945-460” (yük sərnişin) markalı, **-JR-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən sürücüsü barədə artıq məlumatlı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, mövcud şübhələr Azərbaycan Respublikası İXM-nin tələblərinə görə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll edilməlidir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş ŞəxsSC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, ŞəxsSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsSC barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar