Məhkəmə qərarları › İş №3(004)-1485/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1485/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1485/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1124/21 nömrəli 16 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Litvadan 99OS717/99ZC541 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş 10990 ədəd “Denora Forte” nişanlı və 5490 ədəd “Demaks” nişanlı qida əlavələri yükü **********3267 sorğu nömrəli 04.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 04.06.2021-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, 04.02.2021-ci il tarixli **********3267 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi 04.06.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi 04.06.2021-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş qida əlavələri yükünün digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş 14.06.2021-ci il tarixli gömrük baxışına dair tərtib edilmiş akta əsasən Bakı şəhəri, Salyan şossesi 14-cü km ünvanında yerləşən “İpək Yolu” gömrük terminalının “6” saylı anbarına gömrük baxışı keçirildikdə Şəxs MMC tərəfindən **********3267 sorğu nömrəli 04.02.2021-ci il tarixli gömrük bəyannamsəi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş sözügedən malların göstərilən anbarda toxunulmadan saxlanıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, nümayəndəsi olduğu şirkətin əsas fəaliyyəti müxtəlif ölkələrdən tibbi ləvazimatlar və qida əlavələri yükünün idxalı sonradan həmin malların daxili bazarda satışını həyata keçirməkdən ibarətdir. Şəxs MMC-nin ünvanına 03.02.2021-ci il tarixdə Litvadan 99OS717/99ZC541 nömrə nişanlı avtomaşını ilə daxil olmuş ümumi çəkisi 182.71 kq olan 10990 ədəd “Denora Forte” və 5490 ədəd “Demaks” nişanlı qida əlavələri yükü **********3267 sorğu nömrəli 04.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 04.06.2021-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Şirkətdə yaranmış maliyyə problemləri ilə əlaqədar olaraq həmin qida əlavələri yükünün rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmiş və müvəqqəti saxlanc müddəti pozulmuşdur. **********3267 sorğu nömrəli 04.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş sözügedən mallar “İpək Yolu” gömrük terminalının “6” saylı anbarında saxlanılır. Həmin malları qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətindədirlər. Yekun olaraq barələrində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçısının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04.02.2021-ci il tarixli **********3267 nömrəli gömrük bəyannamsəindən görünür ki, həmin tarixdə Şəxs MMC-yə məxsus 14764.80 ABŞ dolları dəyərində mallar “İpək Yolu” gömrük postuna daxil olmuşdur. Xüsusi gömrük prosedurları şöbəsinin rəis müavini Akif Hümmətov tərəfindən tərtib edilmiş 07.06.2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********3267 sorğu nömrəli gömrük bəyannamsəi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların öhdəlik müddəti bitmiş, lakin şirkət tərəfindən bu malların digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Bakı şəhəri, “İpək Yolu” gömrük terminalının 6 saylı anbarında tərtib edilmiş 14 iyun 2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC-nin ünvanına Ltvadan 99OS717/99ZC541 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3267 sorğu nömrəli 04.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş “Denora Forte” nişanlı və “Demaks” nişanlı qida əlavələri yükünə tərəfimizdən baxış keçirilmişdir. **********3267 sorğu nömrəli 04.02.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən mallar göstərilən anbarda toxunulmadan saxlanılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, olan Şəxs MMC-nin ünvanına Litvadan 99OS717/99ZC541 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş 10990 ədəd “Denora Forte” nişanlı və 5490 ədəd “Demaks” nişanlı qida əlavələri yükü **********3267 sorğu nömrəli 04.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 04.06.2021-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, 04.02.2021-ci il tarixli **********3267 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi 04.06.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi 04.06.2021-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş qida əlavələri yükünün digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 496.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar