Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1485/2023 27.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC-nin nümayəndəsi X1 ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-00217/23 nömrəli 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli 34/012/000969 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir kı,xx.xx.2023-cü il tarixində ixracatçı “Gazprom Schweiz AG" şirkəti tərəfindən idxalçı hüquqi şəxs “Azərkontrakt" ATSC (VÖEN: **********) ünvanına göndərilən mallar **********8506 saylı gömrük bəyannaməsi üzrə Baş idarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşur kı, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük organına elektron formada verilməli olan gısa idxal bəyannaməsi təgdim edilməmişdir. Müvafiq olaraq Azərbaycan Respublikasının Gömrük məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində mallar gömrük ərazisinə qətirilməzdən əvvəl həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi tələb olunur, həmçinin qısa idxal bəyannaməsinin verilməməsinə görə isə bu fakt Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Nəticədə Şəxs ATSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokolun tərtib edilməsinə səbəb olmuş qaz yükünün gömrük rəsmiləşdirilməsi aparılmasından xəbərdar olmamışdırlar. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru Tuqay Əsgərli tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC (VÖEN:**********) ünvanına boru kəməri ilə gələn təbii qaz yükü Şirvanlı gömrük postundan keçməklə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC tərəfindən yuxanda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC tərəfindən təqdim edilmiş **********8506 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1485/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1485/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver