Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1485/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X5, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin TP xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X16 İdarəsinin (BŞ DYPİ) inspektorunun xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən, polis mayoru X8 tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət etdim və Nəsimin Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2585/2023 saylı qərarı ilə Bakı şəhər X16 İdarəsinin polis mayoru X8 tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunaraq, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Həmin inzibati xəta haqqında işə xx.xx.2023-cı il tarixdə BŞ DYPİ-nin polis mayoru Hikmət Paşazadə tərəfindən mənim iştirakı ilə yenidən baxılmışdır. Araşdırma zamanı polis mayoru Hikmət Paşazadə tərəfindən təqdim edilmiş video görüntülərdən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə o, “Volkswaqen” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri 20 Yanvar dairəsində idarə edərkən ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələbi pozmamışdır və ona elan edilmişdir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barəsində qərar ona göndəriləcəkdir. Bundan sonra, polis mayoru Hikmət Paşazadənin köməkçisi kimi özünü təqdim edən Kamil (bütün araşdırmada həmin şəxs iştirak etmişdir) adlı şəxs ondan soruşdu ki, onun tələbi nədir. O, cavab vermişdir ki, barəsində tərtib edilmiş İnzibati Protokolun ləğv edilməsi barədə qərar qəbul edilsin, həmin protokola görə ödədiyi 96 (doxsan altı manat) cərimə özünə qaytarılsın. Kamil adlı şəxs ona bildirmişdir ki, bunlar hamısı ediləcəkdir. Daha sonra o, ona təqdim olunmuş vərəqin aşağı hissəsində qeyd etmişdir ki, həmin ispektoru bağışlayır və ona qarşı şikayəti yoxdur. Bundan sonra Kamil adlı şəxs öz mobil telefonunun nömrəsini ona vermiş və bildirmişdir ki, əgər onun bu işlə əlaqədar hər hansı sualı yaranarsa, onun verdiyi mobil nömrə ilə əlaqə saxlasın. Lakin sonradan görəndə ki, onun barəsində, protokolu tərtib edən inspektor tərəfindən zəng edilib üzür istəmək olmadı, hər hansı bir qərarı göndərilmədi və ödədiyi cərimə qaytarılmadı, o Kamil adlı şəxsə WhatsApp vasitəsiylə səs göndərib onun yadına salsa da, müsbət nəticə əldə edə bilməmiş və başa düşmüşdür ki, onu aldadıblar. Qəbul edilmiş qərar ya ona əlbəəl ya da poçt vasitəsiylə göndərilməliydi. Bundan sonra, bir neçə dəfə qəbul edilmiş qərarı onun yaşadığı ünvana göndərilməsi barədə müraciətlər etsə də, qəbul edilmiş qərar yaşadığı ünvana göndərilməmişdir. xx.xx.2024-cü il tarixdə BS DYPİ-nin izibati binasına gəlmiş və onda öyrənmişdir ki, xx.xx.2023-cl il tarixdə BŞDYPİ-nin polis mayoru Hikmət Paşazadə tərəfindən onun barəsində “İnzibati tənbeh vermə haqqında Qərar” qəbul etmişdir. Buna görə də, həmin günü qərardan çıxarışı götürmək üçün ərizə ilə müraciət etmişdir. Verdiyi ərizəyə cavab olaraq yazdığı ərizənin və qərarın kserakopiyası həmin İdarənin dəftətxanasından ona təqdim olundu və ona bildirildi ki, bu qaydada məhkəməyə müraciət edə bilər. Qəbul edilmiş qərarla razı olmadığı üçün, həmin Qərardan xx.xx.2024- cü il tarixdə Yasamal Rayon Məhkəməsinə şikayət etmişdir. Şikayətini təkrarən Nəsimi Rayon Məhkəməsinə yönəltməmişdir ona görə ki, xx.xx.2023-cü ildə bu inzibati işə Nəsimi Rayon Məhkəməsində baxış zamanı məlum olmuşdur ki, hadisə Yasamal Rayonunun ərazisində baş vermişdir. Şikayət ərizəsinə Yasamal Rayon Məhkəməsinin hakimi X11 tərəfindən xx.xx.2024-cü il tarixdə baxılmışdır. Məhkəməyə müraciət etdiyi ərizəsində bildirmişdir ki, barəsində şikayət etdiyi qərar ona verilməmişdir və yalnız xx.xx.2024-cü il tarixdə həmin qərarın kserokopiyası təqdim edilmişdir. Hakim təqdim etdiyi sənədləri mötəbər subut kimi qəbul etməyərək, şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı verilmiş şikayətin qanunla müəyyən edilmiş 10 günlük müddətə verilmədiyi kimi qəbul etmiş və müddətin bərpası üçün məhkəməyə vəsatət təqdim etmədiyi üçün, ərizə baxılmadan özünə qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsindən şikayət ərizəsi və ona əlavə olunmuş əlavələrlə birlikdə qəbul etdikdən sonra, BŞ DYPİ-nin dəftərxanasına müracət edərək xx.xx.2024-cü il tarixli ərizəyə rəsmi cavabını ona əlbəəl verilməsini xahiş etmiş və həmin günü xx.xx.2023-ü il tarixli İQ-m sürətini qəbul etdim, qərarın sürətini qəbul etməyi barədə müvafiq sənədə imza atmışdır. Məhkəmədən xahiş edir ki, tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmədiyi üçün, BŞDYPİ-nin polis mayoru Hikmət Paşazadə tərəfindən xx.xx.2023-ci il tarixdə ( iş 3(006)-2585/2023) qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında Qərar” ləğv edilsin. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X9 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki şikayətçi artıq bir dəfə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş və həmin qərar yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi DYPİ-yə geri qaytarılmışdır. Həmin qərar yenidən şikayətçinin iştirakı ilə araşdırılmış və onun barəsində yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, sözügedən inzibati xəta hadisəsi Bakı şəhərinin Yasamal rayonunun inzibati ərazisinə aid olan hissədə xx.xx.2022-ci il tarixdə baş vermişdir və hazırda inzibati qərardan şikayət vermiş şəxs törətmiş olduğu inzibati xəta ilə razılaşaraq barəsində təyin edilmiş cəriməni tam olaraq ödəmişdir, inzibati xətanın törədilməsindən iki ilə yaxın bir vaxt keçdiyindən hazırda bununla bağlı videogörüntü təqdim etmək mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X6 idarə etdiyi “Volkswagen” minik markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhərinin 20 Yanvar dairəsində nəqliyyat vasitəsini idarə edərkən “svetoforun qadağanedici siqnalında hərəkəti davam etdiridiyinə” görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4572/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 idarəsi tərəfindən qəbul edilmiş 6 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X15 İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 11 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, analoji iş yenidən araşdırılaraq X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərlinin 3(004)-962/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadındann görünür ki, xx.xx.2023-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 şikayəti baxılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Volkswagen” minik markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhərinin 20 Yanvar dairəsində nəqliyyat vasitəsini idarə edərkən “svetoforun qadağanedici siqnalında hərəkəti davam etdiridiyinə” görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir və N.Quliyev həmin cəriməni ödəmişdir.Sonradan həmin qərardan X6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4572/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 idarəsi tərəfindən qəbul edilmiş 6 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X15 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X15 İdarəsi şikayətçinin iştirakı ilə yenidən araşdırma apardıqdan sonra X6 barəsində xx.xx.2023-ci il tarixli TP ******* saylı inzibati təbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, inzibati xəta hadisəsi 2022-ci ildə baş vermişdir və artıq bir dəfə məhkəmə qərarı ilə iş yenidən araşdırılması üçün qərarı tərtib etmiş orqana geri qaytarılmış və şikayətçinin iştirakı ilə iş yenidən araşdırılaraq yenidən eyni qərar qəbul edilmişdir. Digər tərəfdən şikayətçi həmin qərarla barəsində tətbiq edilmiş inzibati tənbeh növündə cəriməni artıq ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin cəriməni ödəməsi halı onun tərəfindən inzibati xəta hadisəsi törətməsini qəbul etməsi, barəsində qəbul edilmiş qərarla razılaşması kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə belə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsindən iki ilə yaxın bir vaxt keçməsi səbəbindən hadisənin video görüntüsünün təqdim edilə bilinməməsi həmin hadisənin sübüt olunmaması anlamına gəlmir. Belə ki, hadisədən uzun bir müddət keçdiyindən bu hal qərardan şikayət vermiş şəxsə də bəlli ola bilən məsələdir və qərarla razılaşaraq cəriməni ödədikdən iki ilə yaxın bir müddət sonra onu mübahisələndirmək və inzibati xətanın baş veməsini təsdiq edən videogörüntünü olmadığı üçün onun qanunsuz olduğunu iddia edərək ləğv edilməsini tələb etmək şikayətçinin dəlillərinin mötəbər olması kimi dəyərləndirilə bilməz. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X15 İdarəsinin xx.xx.2023ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X15 İdarəsinin xx.xx.2023ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1485/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1485/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver