Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1489/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-ninAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairBakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli, AP seriyalı0123349 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləraidiyyəti üzrəbaxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli, AP seriyalı0123349 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “Volvo FH” (yük) markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsindəAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X7 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin mülkiyyətində olan “Volvo FH” (yük) markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhkim olunduğu sürücü tərəfindən xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və həmin sürücü barəsində zəruri məlumatların verilməsi haqqında Bakı şəhəri Yasamal RPİnin DYPŞ-nin sözügedən sorğusu Şəxs MMC-nə daxil olmuşdur. Əvvəllər də bu cür hallarla rastlaşdıqlarından və DYPŞ-si ilə narazılıqlar yarandığından, ehtiyat tədbiri olaraq il ərzində bir neçə dəfə Cəmiyyətin mülkiyyətində olan nəqliyyat vasitələrinin istifadəçisi olan sürücülər və onların vəsiqələri barədə məlumatlar mütəmadi olaraq siyahı şəklində ərazi aidiyyət üzrə Yasamal RPİ-nin DYPŞ-nə göndərilir. Dolayısı ilə, sürücü tərəfindən xx xxx 2020-ci il tarixdə İXM-nin 328-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədildiyi vaxt səlahiyyətli qurum əvvəlcədən “Volvo FH” (yük) markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhkim olunduğu sürücü X2 barəsində kifayət qədər məlumatlı olmuşdur. Göstərilənlərə əsasən X9 qeyd olunanları nəzərə alaraq hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokolun əsassız hesab olunmasını və Cəmiyyət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-ninəməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin ŞəxsMMCyəünvanladığı sorğu məzmunlublanksız, tarixi və qeydiyyat nömrəsi olmayan məktubdan görünür ki,xx.xx.2020-ci il tarixdə saat 04:33-də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Volvo FH” (yük) markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin sorğuya hansı idarəyə və ya ünvana cavablandırılması, onun tərtib edildiyi tarix və qeydiyyat nömrəsi, o cümlədən haqqında sorğu verilmiş sürücü barəsində hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməsi bəlli deyildir və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş qurum tərəfindən həmin sənədin mötəbərliliyinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız, möhürsüz, tarixi və qeydiyyat nömrəsi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin, ən önəmlisi isə sorğu ona rəsmi olaraq təqdim edilməlidir. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. İşmateriallarında olan poçt göndərişinin verilməsi haqqında “SS662826322AZ” ştrix kodlu xəbərnamədəki qeyddən görünür ki, sorğu xx xxx 2020-ci il tarixdə ünvan sahibinə çatdırılmış və “Əliyeva” soyadlı Şəxs MMC-nin əməkdaşı tərəfindən imza olunmaqla qəbul edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli PƏŞ-4-11-1-17/2983 nömrəli cavab məktubundan müəyyən edilir ki, məhkəmənin sorğusu əsasında aparılan araşdırma zamanı “SS662826322AZ” saylı ştrix kodlu sifarişli məktubun xx xxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul edilməsi, xx xxx 2020-ci il tarixdə xidmət ərazisi üzrə 6 saylı PŞ-yə daxil olması və məktubun xx xxxx 2020-ci il tarixdə müvafiq sənədə imza etdirilməklə ünvan sahibi «Şəxs” MMC-yə çatdırılması aşkar edilmişdir. Xəbərnamə üzərindəki “SS662826322AZ” nömrəli ştrix kodu “xxxxxxxx" MMCnin“http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğu alıcıya xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Məhkəmə qeyd edilən sənədləri və iş materiallarını yanaşı tədqiq edərək hesab edir ki, “xxxxxxxx” MMC-dən məhkəməyə daxil olmuş sənəd mötəbər sübut olaraq qiymətləndirilməli və Yasamal RPİ-nin DYPŞ-nə ünvanlanmış sorğusunun hüquq şəxs «Şəxs” MMC-yə rəsmi qaydada çatdırılması vaxtı xx xxxx 2020-ci il tarixi qəbul edilməlidir. Belə olan halda, sorğu verilmiş hüquqi şəxsin cavab vermək üçün qanunla müəyyən edilmiş 5 gün müddətinin sonuncu günü xx xxxx 2020-ci il tarixə təsadüf edir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsilə inzibati xəta bu halda xx xxxx 2020-ci il tarixdə törədilmiş olur. Halbuki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC barəsində həmin xətaya görə protokol xx xxxx 2020-ci il tarixdə tərtib edilmişdir ki, qeyd olunan tarixdə hüquqi şəxsin əməlində İXM-nin 347-ci maddəsinin tərkibi yaranmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, səlahiyyətli qurumun müvafiq sorğusu barəsində protokol tərtib edilmiş hüquqi şəxsŞəxs MMC-yə xx xxxx 2020-ci il tarixdə çatdırılmış, lakin hüquqi şəxs tərəfindən sorğuya qanunla müəyyən edilmiş vaxtda cavab verilmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarından həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, qeyd edilən xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurumun xətanı törətmiş nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə və bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə görə həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəyə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 123-cü maddəsi məhz foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydalarını tənzimləyir. Belə ki, 123.1-ci maddəyə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Sadalanan normaların məzmundan görünür ki, Azərbaycan Respublikası İXMnin 328-ci maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasənhüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunmalıdır ki, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən müəyyən edilir ki, Şəxs MMC ilə müvafiq səlahiyyətli orqan arasında onun mülkiyyətində olan nəqliyyat vasitələri ilə bağlı müvafiq rəsmi yazışmalar aparılmaqla əlaqəli şəkildə əməkdaşlıq edilir. Həmçinin iş materiallarında olan, Cəmiyyətin Yasamal RPİ-nin DYPŞ-nə ünvanlanmış xx xxxx 2020-ci il tarixli 191 nömrəli və xx xxxx 2020-ci il tarixli 367 nömrəli məktublardan və onlara əlavə edilmiş siyahıdan müəyyən edilir ki, cəmiyyət mülkiyyətində olan nəqliyyat vasitələrinin, o cümlədən sorğuda qeyd edilmiş “Volvo FH” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təhkim olunduğu sürücü X1 anket və sürücülük vəsiqəsi haqqında məlumatları təqdim etmişdir.. İşin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «Şəxs”MMC mülkiyyətində olan “Volvo FH” (yük) markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə səlahiyyətli orqan əvvəlcədən, yəni xx xxxx 2020-ci il tarixdə məlumatlandırmışdır. Belə olan halda hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlı olan səlahiyyətli orqanın hər hansı bir zərurət olmadan buna dair hüquqi şəxsə sorğu ünvanlaması və həmin hüquqi şəxsin bu sorğuya 5 gün ərzində cavab verməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs ŞəxsMMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsMMC barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, AP seriyalı0123349 nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1489/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1489/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver