Məhkəmə qərarları › İş №3(004)-1490/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1490/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1490/2020 19.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, x3 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru x2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x5 iştirakları ilə, 17 iyun 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yasamal rayonu Azad Mirzəyev küçəsində yerləşən “Çay Bağı” kafesində administrator vəzifəsində işləyən, ünvan 1 mənzil 33 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan x5 barəsində Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x5 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 27ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, x9 18 iyun 2020-ci il tarixdə saat 22:55-də Bakı şəhəri Yasamal rayonu Azad Mirzəyev küçəsində fəaliyyət çayxanada xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, x5 əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. x9 barəsində tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru x7 onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək x9 barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x9 özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 17 iyun onun doğum günü olduğundan, 18 iyun 2020-ci il tarixdə dostlarını işlədiyi Yasamal rayonu Azad Mirzəyev küçəsində yerləşən “Çay Bağı” kafesinə dəvət etmişdir. Dostları ilə orada bir qədər yeyib spirtli içki qəbul etmiş, əhvalları yaxşı olduğundan vaxtın necə keçməsini hiss etməmiş və yalnız 22:15-də xüsusi karantin rejim qaydalarına uyğun olaraq vaxtın keçməsinə diqqət etmişdir. Bundan sonra kafenin qapısını bağlamaq istədikdə bu vaxt polis işçiləri içəriyə daxil olaraq onun və dostları barəsində tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə onları 27-ci PB-nə dəvət etmişlər. Araşdırma zərurəti ilə əlaqədar olaraq onlar eyni zamanda sərxoşluq vəziyyətinin təyini məqsədilə dispanserdə müayinədən keçmişlər. O, bir qədər etiraz edib səs-küy saldığından inzibati qaydada tutalaraq bölmədə müvəqqəti saxlanılma yerində saxlanılmış, dostları barəsində isə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək buraxılmışlar. x9 əlavə olaraq izahatında bildirmişdir ki, hazırda əməlindən çox peşmandır və bir daha belə əməllərə yol verməyəcəyini vəd edir. O, məhkəmədən onun ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınaraq ona həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, x9 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin PPXB-nın polis nəfərləri Amil Kazımov və Vahab Şəfiyev tərəfindən tərtib edilmiş 18 iyun 2020-ci il tarixli raportdan müyyən edilir ki, x9 18 iyun 2020-ci il tarixdə saat 22:15 radələrində Azad Mirzəyev küçəsində çayxana və pub kimi fəaliyyət göstərən obyekti xüsusi karantin rejimi qaydalarını pozaraq, Azərbaycan Respublikası Nazirllər Kabinetinin operativ qərargahının tələbinə uyğun olaraq saat 22:00-da bağlanmayaraq fəaliyyət göstərmişdir. Raportla həmçinin ərazi aidiyyəti üzrə 27-ci RB-nin rəhbərliyindən kafenin fəaliyyətini təşkil edən x9 və kafedə müştəri olan 1995-ci il təvəllüdlü Məhəmməd Sultanov, 1992-ci il təvəllüdlü Ruslan Əliyev, 1986-cı il təvəllüdlü Anar Əbilov barələrində zəruri tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə dair 18 iyun 2020-ci il tarixli 2/4235, 2/4236, 2/4237, 2/4238 nömrəli protokollardan görünür ki, 18 iyun 2020-ci il tarixdə saat 23:30 radələrində aparılmış tibbi müayinə zamanı x4 “orta” dərəcəli, x1, x8 və x5 isə “yüngül” dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmaları müəyyən edilmişdir. İş materiallarında olan 18 iyun 2020-ci il tarixli AZA seriyalı 003886 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, x9 18 iyun 2020-ci il tarixdə 23:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respulikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli 178 nömrəli Qərarının 1.15-ci bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması müəyyən edilmişdir. Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən qaydalarda müvafiq dəyişiklik edilərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətin müddəti (ölkə 2 üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla) saat 08:00-dan 22:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyun 2020-ci il tarixli 195 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi 01 iyul 2020ci il saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə məhkəmə hesab edir ki, x9 Azərbaycan Respulikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında müəyyən edilir ki, x6 18 iyun 2020-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə Bakı şəhəri, 1 may 2020-ci il tarixli 69-VİQD nömrəli Qanunla müvafiq dəyişikliklər edilmiş və Qanunun 2-ci bəndinə əsasən dəyişikliklər 01 uyun 2020-ci il tarixdən qüvvəyə minmişdir. Dəyişikliyə müvafiq olaraq İXM-nə 31.4-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin məzmununa görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə x5 bir gün müddətinə inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona 211.1-ci maddəsinə görə nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin aşağı həddi təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130, 211 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. x9 məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar