Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1492/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, barəsində qəbul edilmiş qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Bakı şəhər X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ tərəfindən onun barəsində çıxarılmış qərarla razı deyil, çünki həmin qərarla bağlı hər hansı foto və video görüntü ona təqdim olunmamışdır. Məhkəmə iclasında E.Məmmədov bildirmişdir ki, Asanpay ödəniş tətbiqi vasitəsilə ona İXM-in 327.4-cü maddəsinin tələblərini, yəni 1.11 və 1.3 üfüqi nişanlanma xətlərinin tələbinin pozulmasına dair cərimənin tətbiq olunması ilə bağlı məlumat gəlmişdir. Həmin protokolda heç bir foto və video görüntü yoxdur. Bununla da inzibati orqan tərəfindən İXMnin tələbləri kobud şəkildə pozulmuşdur. Buna görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda verilmiş suala cavab olaraq bildirmişdir ki, onun avtomobili həmin vaxt nasaz vəziyyətdə idi və motorxanadan tüstü yüksəldiyi üçün avtomobili yolun hərəkətsiz hissəsinə vermək üçün əks istoqamətli yola çıxmağa məcbur olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Lakin hadisənin baş verdiyini anın görüntüsünü əks etdirən foto İnzibati orqan tərəfindən elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ-in polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə 13:59-da Yasamal rayonu, F.Ağayev küçəsində idarə etdiyi “Mercedes Benz C200 CDİ” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bu səbəbdən də, onun barəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli protokol tərtib edilmiş həmin protokol üzrə Azərbaycan Respublikası İXMnin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd foto məhkəmə baxışı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, X1 Yasamal rayonu, F.Ağayev küçəsində idarə etdiyi **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsaəsn Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİ-in xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1492/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1492/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver