Məhkəmə qərarları › İş №3(004)-1494/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1494/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1494/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 yerləşən Şəxs ASC (VÖEN: **********)barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan RespublikasıDövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ASC tərəfindən **********0267 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsi ilə daxil olan yüklər gömrük sərhəddini keçənədək, həmin yüklərə görə qısa idxal bəyənnaməsi təqdim edilməmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində xx.xx.2020-ci il tarixli, №00100-0915/20 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsin) nümayəndəsi X2 bildirdi ki, protokol əsassızdır. Belə ki, icraatda olan AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs ASC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(004)-1494/2020 saylı inzibati iş üzrə bildirdi ki, iş materiallarını və qüvvədə olan hüquq normalarını nəzərə almaqla Şəxs ASC-nin inzibati məsuliyyət daşımadığı müəyyən olunur. İşin mahiyyətinə əsasən tərəflərindən xx xxxxx 2020-ci il tarixində Bakı Baş Gömrük İdarəsində **********0267 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Litvada fəaliyyət göstərən “Penkiu kintinentu bankines technologijos” şirkətindən Cİ-20200417-1 nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə **-RK-***, **-ZC-*** nömrə nişanlı yük avtomobillərində göndərilmiş malları Azərbaycan Respublikası gömrük ərazisinə gətirməzdən əvvəl malların gömrük sərhəddinə keçməzdən 1 (bir) saat əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verməli olduğu halda, Bakı Baş Gömrük İdarəsinin protokolundan göstərildiyi kimi, həmin qısa idxal bəyənmaməsi gömrük orqanına bir qədər gecikməklə verilmişdir. Nəticədə Bakı Baş Gömrük İdarəsi Şəxs ASC-nin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx xxxx 2020-ci il tarixli, 00100-0915/20 nömrəli İnzibati xəta haqqında protokol tərtib etmişdir və işə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Hesab edir ki, Bakı Baş Gömrük İdarəsinin xx xxxx 2020-ci il tarixli, 00100-0915/20 nömrəli İnzibati xəta haqqında protokolu hüquq pozuntusu ilə tərtib edilmişdir və qanuni olmadığı üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7-ci hissəsinə görə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından Məcəllənin 480 — 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə — Komitənin sədri, onun müavinləri, X1-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri baxırlar. Lakin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli 00100-0915/20 nömrəli İnzibati xəta haqqında protokolundan görünür ki, inzibati işə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən baxılaraq imzalanmışdır. İnzibati işə baxmaq səlahiyyəti olmayan şəxsin işə baxıb, ptotokol tərtib etməsi başlıca hüquq normasının pozuntusu hesab olunur. Bundan əlavə, həmin protokolu tərtib edən və imzalayan şəxsin hansı əsasla bunu etdiyi aydın deyil. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə bağlı protokol tərtib etmək səlahiyyətli olan şəxslər sırasında “təhqiqatçı” yoxdur. Bu əsaslarla bir daha qeyd edir ki, təhqiqatçının tərtib etdiyi və imzaladığı inzibati xəta haqqında protokol tamamilə əsassız, qeyri-qanuni və ləğv edilməli olan sənəddir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda göstərilənləri və AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini nəzərə alaraq məhkəmədən Şəxs X5 İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli 00100-0915/20 nömrəli İnzibati xəta haqqında protokolun ləğv edilməsinə və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs ASC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, təqdim edilmiş iş materiallarındakı sənədlərlə (gömrük bəyənnaməsi üzrə elektron çıxarış, gömrük bəyənnaməsi, qısa idxal bəyənnaməsi, inzibati xəta haqqında protokol) müəyyən edilir ki, **********0267 sorğu nömrəli idxal gömrük bəyənnaməsi ilə mallar xx.xx.2020-ci il tarixdə saat 22:09-da Qərb ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” kömrük postunda sərhədi keçməklə AR Gömrük ərazisinə gətirilmiş, lakin həmin yüklərə dair **********6889 sorğu nömrəli qısa idxal bəyənnaməsi xx.xx.2020-ci il tarixdə saat 22:16-da gömrük orqanına elektron formada verməklə, bununla da mallar AR gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyənnaməsi verilməmişdir. Məhkəmə həmçinin barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsin) nümayəndəsinin izahatında göstərilən təhqiqatçının protokol tərtib etmək səlahiyyətinin olmaması ilə bağlı xüsusatla əlaqədar qeyd edir ki, ümumiyyətlə İXMnin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti İXM-nin 43.1-ci maddəsində birbaşa olaraq məhkəmələrə aid edilməmişdir. Hazırkı inzibati xəta haqqında iş məhkəməyə ona görə göndərilmişdir ki, İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda İXM-nin 485.2-ci maddəsi üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər birbaşa göstərilməmişdir. Bununla belə İXM-nin digər maddəsi üzrə olsa da, həmin “Siyahı”nın 46.1-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsi adından təhqiqatçıların da protokol tərtib etmək səlahiyyətləri müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.2-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsi adından təhqiqatçıların da inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti ilə, inzibati xəta haqqında işə baxıb inzibati tənbeh tətbiq etmək səlahiyyəti bir-birindən fərqli münasibətlərdir. Belə ki, ola bilər ki, bir vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olsun, lakin həmin protokol üzrə qərar qəbul etmək səlahiyyəti olmasın. Məhz elə buna görə də rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan şəxslər həmin inzibati xətalara baxmaq səlahiyyəti olmadığı üçün, işi məhkəməyə göndərir. Hər bir halda Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsi haqqında Əsasnamənin 4.2.9.5-ci bəndinə əsasən təhqiqatçılar inzibati xəta haqqında işlərin icraatını apara bilərlər. Hazırkı inzibati xəta haqqında iş üzrə qeyd edilməlidir ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 1-ci bəndinə əsasən Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na uyğun olaraq, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan həmin Siyahıda göstərilən vəzifəli şəxslər Məcəllənin 43.3-cü maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Hazırkı inzibati xəta haqqında iş Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslara görə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxs, yəni Bakı Baş Gömrük İdarəsinin rəisinin xx.xx.2020-ci il tarixli qərarı ilə məhkəməyə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsinin rəisinin isə hazırkı iş üzrə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.1-ci bəndinə əsasən hazırkı protokolda göstərilən İXM-nin maddəsi üzrə inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olmuşdur. Ona görə də həmin şəxs hazırkı iş üzrə protokola özü tərəfindən baxılıb inzibati tənbeh qərarı çıxarmamış və işi İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu üçün məhkəməyə göndəriməsi barədə qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən iş üzrə məhkəməyədək icraat zamanı İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına yol verilən hallar aşkar edilmədi. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat(min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar