Məhkəmə qərarları › İş №3(004)-1509/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1509/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1509/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs – X5, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X21 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X5 Bakı şəhər X21 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli X17 haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X21 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli X17 haqqında qərarın ləğv edilməsini və həmin qərar əsasında ona qanunsuz hesablanan cərimə məbləğinin, ona hesablanan faizlərin silinməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Avtomobil idarə edir, sürücülük vəsiqəsi vardır. Hər zaman yol-hərəkəti qaydalarının qorunmasına və ona əməl olunmasına riayət edir. 44 günlük Vətən mühasibəsinin iştirakçısı və veteranıdır. Azərbaycan Respulikasınm Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 3 sərəncamı ilə Qubadlının və Cəbrayılın azad olunmasına görə və cəsur döyüşçü medalları, Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. Bütün bunları sadalamaqda məqsədi heç də Vətən torpaqlarının düşməndən azad olunmasında göstərdiyi xidmətləri qabartmaqla bundan istifadə etmək deyildir. Sadəcə, hansı əqidənin sahibi olmağı, şəxsi və ya fərdi keyfiyyətlərim barədə az da olsa məlumat verməkdir. 28 dekabr 2024-cü il tarixdə, gecə saat 02-radələrində ona məxsus, atasının mülkiyyətində olan, idarə etdiyi BMW 3281 MİNİK markalı, ** KH *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə, yaxın dostunun Rusiya Federasiyasında vəfat etmiş atasının cənazəsini qarşılamaq məqsədi ilə Heydər Əliyev adına X13 getmişdir. Cənazəni qarşılamış, qəbul etmiş və yola saldıqdan sonra, saat 04radələrində o, oradan qayıdaraq evinə doğru hərəkət edərkən, Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon ərazisində, “Tərlan” şadlıq sarayının yanında onu DYP əməkdaşı saxlamışdır. O, maşından düşmüş, yol patrul xidməti əməkdaşı ona bildirmişdir ki, spirtli içki qəbul etmisənmi? O, cənazə qarşılamağa getməyi ilə bağlı vəziyyəti ona izah edərək, bildirmişdir ki, xeyr, spirtli içki içməmiş, yuxusuz olduğundan 1 ədəd Redbul enerji içkisi içirmiş, onu da tam içməmişdir, qalanı da maşında durur. Bundan sonra o, DYP avtomaşınına tərəf gedərək aparatı gətirmiş və ona həmin aparatı üfləməyini təklif etmişdir. Həmin texniki vasitə qara rəngdə balaca bir aparat idi. O, üfləmiş, sonra, DYP əməkdaşı ona baxaraq demişdir ki, otur maşına. O, maşına oturduqdan sonra, yenidən 1 dəfə də üfləməyini təklif etmişdir. O, yenə üfləmişdir. Ondan nə içdiyini yenə soruşmuş, o, yenə də Redbul içkisi içdiyini bildirmişdir. Daha sonra o, ona bildirmişdir ki, guya o, sərxoşdur, alkoqollu içki qəbul etmişdir, 0.13 promil sərxoşluq müəyyən olunub. O, bunun qeyri-mümkün olduğunu bildirmişdir. Bu səbəbdən o, ona demişdir ki, həkim müayinəsindən keçmək üçün onu sərxoşluq vəziyyətinin tibbi müayinəsindən ötrü xüsusi tibbi mərkəzə, müayinəni keçirən tibb işçisinin yanına aparacaq və sərxoşluq vəziyyətini aydınlaşdıracaqdır. O, yenə də etiraz etməmişdir. Beləliklə sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün nəzərdə tutulan yerə gətirilmiş və həkimə təqdim edilmişdir. O, hər hansı bir müayinəyə məruz qalmamış, ondan analiz (sidik nümunəsi) götürülməmişdir. Həkim sadəcə ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o, DYP əməkdaşına bildirdiyini ona da bildirmiş, spirtli içki qəbul etmədiyini demişdir. Sərxoşluq vəziyyəti həmin həkim tərəfindən hər hansı bir tibbi vasitə ilə müəyyən olunmamışdır. Bundan sonra, həmin DYP əməkdaşı ona, həkimin göstərdiyi sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün “tibbixidmət”lə bağlı (qeyd: əslində isə ona hörmət etməyini və bunun müqabilində sərxoş olmamağı barədə tibbi rəy verməsi ilə bağlı) 20 manat xidmət haqqının ödənilməli olduğunu bildirmiş və bunu ödəməyini ona demişdir. O, üstündə nəğd pul olmadığını və cəmi 10 manat pulunun olduğu üçün yalnız həmin pulu verə biləcəyini demiş yə 10 azn vermişdir. Bundan sonra həmin DYP əməkdaşı həkimə bu məsələnin kitaba vurulmamasını bildirərək, artıq gec olduğunu və maşının müvəqqəti saxlanılması üçün polisin müvəqqəti saxlama duracağına aparılmalı olduğunu, səhər heç bir problem olmadan gəlib maşını oradan götürə biləcəyini deyərək oradan çıxmışlar və maşını gətirib polisin duracağına qoymuşlar. Səhərisi gün Badamdarda yerləşən DYPİ-nə yaxınlaşmış və orada ona məlum olmuşdur ki, guya, o, avtomaşını sərxoş vəziyyətdə idarə etmiş, bu barədə həkim rəyi var, barəsində protokol tərtib olunmuşdur. DYPİ-dən, bu barədə olan protokolu və Qərarı, eyni zamanda sərxoşluq vəziyyətini müayinə etmiş tibb müəssisəsinin (həkimin) tibbi sənədini (rəyini) istəmiş, bildirdilər ki, hələ hazır deyil. Bir neçə gün sonra Bakı şəhər DYPİ Yol patrul xidmətinin X15 İXP ******* saylı qondarma protokolunu alsa da, tələb etməyinə baxmayaraq həmin protokol əsasında tərtib edilmiş, İnzibati X2 verməmişlər. Bildirmişlər ki, belə bir Qərar yoxdur. Əldə etdiyi həmin protokoldan ona məlum olmuşdur ki, Bakı şəhər DYPİ Yol patrul xidmətinin X15 İXP ******* saylı qondarma protokoluna görə, guya, o, İXM-qin 331.1-ci maddəsinin tələbini, yəni, “Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi” pozmuşdur. Həmin Protokolda inzibati xətanın törədildiyi yer və ya məkan, inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitə, ümumiyyətlə X15 iş üzrə zəruri olan digər əsas məlumatlar qeyd edilməmiş, şablon və primitiv, eyni zamanda çox savadsız bir protokol tərtib edilərək bu barədə ona imza belə etdirilməmiş və ya bunun səbəbi barədə hər hansı bir qeyd aparılmamışdır. Sonradan, müvafiq internet saytına daxil olaraq müəyyənləşdirmişdir ki, həqiqətən də yol patrul xidməti tərəfindən həmin əsasla qanunsuz olaraq 400 azn məbləğində cərimə olunmuşdur. Protokolu aldıqdan sonra, dəfələrlə DYPİ-nə və DİN-nin 102 xidmətinə müraciətlər etsə də, sözü gedən inzibati xəta ilə bağlı Tənbehvermə haqqında Qərarı və həkim rəyini əldə edə bilmirmiş. Uzun-uzadı şikayəti və müraciətlərdən sonra nəhayət şəxsən DYPİ-nin dəftərxanasına gedərək TP ******* saylı Qərarı əldə etmişdir. Həkim rəyini isə ona verməmişlər. Qərarı əldə edib onunla tanış olduqdan sonra ona məlum olmuşdur ki, həmin Qərar sözü gedən Protokoldan 2 gün sonra, yəni, xx.xx.2024-cü il tarixdə Bakı şəhər DYPİ X3 ad və soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Birmənalı şəkildə və qətiyyətlə bildirir ki, bu Qərarın mahiyyəti özü də cəfəngiyyatdır, ağ yalandır, saxtakarlıqdır. Həmin qərar ümumiyyətlə mövcud omayıb, olsaydı, Protokolla birlikdə tələb etdiyi zaman ona verilərdi. Odur ki, hazırki şikayəti ilə məhkəməyə müraciət etməklə bir daha aşağıda qeyd etdiyi əsaslara görə hesab edir ki, hər hansı bir inzibati xətaya, qeyd olunan inzibati xətaya isə ümumiyyətlə yol vermədiyi halda, Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektor polis baş leytanıntı X14 tərəfindən barəsində qərəzli şəkildə və ya hər hansısa marağa görə yuxarıda qeyd etdiyi protokol, bunun əsasında isə Bakı şəhər DYPİ Polis X11 Əli tərəfindən sözü gedən qanunsuz Qərar tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinə görə (Maddə 331.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) : Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin də məzmunundan göründüyü kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə inzibati məsuliyyətə səbəb olur. O isə, yuxarıda da qeyd etdiyi kimi, həmin vaxt ilə nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə müşaiyət olunan inzibati xətaya yol verməmişdir. Hazırki şikayəti ilə tələb edir ki, onun tərəfindən, qanunvericiliyin bu tələblərinin pozulması halını təsdiq edə biləcək sübutlar (həkim rəyi və bu rəyin verilməsinə səbəb olmuş müvafiq dəlillər- analizlər və s.) və inzibati xəta hadisəsinin görüntülərinin elektron daşıyıcıda surəti məhkəmə araşdırması zamanı məhkəməyə və ona təqdim edilsin. Tələb etdiyi həmin dəlil-sübutların məhkəmədə tədqiqi zamanı birmənalı şəkildə onun sərxoş olmadığı və hadisənin baş verdiyi ərazinin Yasamal rayonunun deyil, Nəsimi rayonunun ərazisi olması və s. faktlar aşkara çıxacaqdır. Bu sənəd-sübutların tələb və əldə edilməsi onun müstəsna hüququdur. Çünki, Azərbaycan Respublikasının İXM-nin 61.1, 61.1.8 və 61.2-ci maddələrinə əsasən barəsində X15 iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır; Barəsində X15 iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.2 və 100.4-cü maddələrində göstərilmişdir ki, protokol tərtib edilərkən, barəsində X15 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə X15 iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protdkolda müvafiq qeyd aparılır. X15 protokolda inzibati xətanın törədildiyi yer, vaxt yə bu xatanın mahiyyəti, barəsində X15 iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilməlidir. Protokol onu tərtib etmiş şəxs, barəsində X15 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində X15 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protckolda müvafiq qeyd aparılır. Bildirir ki, sözü gedən “inzibati xəta” ilə bağlı yerində və ya ona məlum olan ümumiyyətlə hər hansı bir protokol tərtib edilməmiş və ya bu barədə qanunvericiliyin yuxarıda qeyd etdiyi normaları müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən kobud şəkildə pozulmuşdur. Onun yanında deyil, başqa bir yerdə tərtib edilən protokol, qanunsuz şəkildə tərtib edilərkən onun heç bir hüququ nəzərə alınmamış, ona hüquqları izah edilməmişdir. Həmin “protokol”u imza etməyi və ya bundan İmtina etməyi barədə həmin protokolda heç bir qeyd filan aparılmamış, inzibati xətanın törədildiyi yer və ərazi haqqında protokolda hər hansı bir qeydiyyat aparılmamışdır. Bu həmin “protokol”un özünə nəzər saldıqda da açıq-aşkar bəlli olur. Bu səbəbdən hesab edir ki, hazırkı protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə cavab vermir, qeyri-müəyyən və natamam bir sənəd olmaqla özü-özlüyündə etibarsızdır. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.6-ci maddələrinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tanı və obyektiv araşdırılmaisıpa maneə törədəcək dərəcədə pozulması X15 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd olunanlara əsasən Bakı şəhər DYPİ Yol patrul xidmətinin 28 dekabr 2024-cü il tarixli, İXP ******* saylı X15 protokolunun, bunun əsasında sonradan qanunsuz əsaslarla köhnə tarixə tərtib edilməklə “qəbul edilmiş” 30 dekabr 2024-cü il tarixli, TP ******* saylı Qərarının ləğv edilməsi, həmin Qərar əsasında ona qanunsuz hesablanan cərimə məbləğinin və ona hesablanan faizlərin silinməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında X15 qərardan şikayət verən şəxs X8 şikayətin məzmununa uyğun çıxış edərək Bakı şəhər DYPİ Yol patrul xidmətinin 28 dekabr 2024-cü il tarixli, İXP ******* saylı X15 protokolunun, bunun əsasında sonradan qanunsuz əsaslarla köhnə tarixə tərtib edilməklə qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında ona qanunsuz hesablanan cərimə məbləğinin və ona hesablanan faizlərin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X21 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şəxs barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə qəbul edilmiş qərar tam qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Bakı şəhər X21 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli X17 haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X21 İdarəsinə bilvasitə tabe olan Yol-patrul xidməti alayı yol-patrul xidməti baş inspektoru X14 izahatında bildirmişdir ki, sürücü yolun sağı ilə 30 km/saat sürətlə hərəkət edərkən özünü şübhəli apardığı üçün onu saxlamışlar. Alkotestra birinci dəfə yaxınlaşanda üfləmiş və içkili olduğu müəyyən edilmişdir. Daha sonra maşına əyləşdirilmiş, bir daha müayinə apardıqdan sonra yenidən içkili olduğu müəyyən edilmişdir. Digər əməkdaş sürücünün maşınına əyləşərək birlikdə həkim müayinəsinə getmiş və orada onun içkili olması barədə akt tərtib edilmiş, maşın duracağa təmin edilmiş, sürücünün içkili olduğu və saatın gec olduğunu nəzərə alaraq onu yaşadığı ünvana patrul maşını ilə düşürmüş və yol boyunca o, onlara 100 ABŞ dollarının olduğunu və onu onlara verə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X21 İdarəsinə bilvasitə tabe olan Yol-patrul xidməti alayı yol-patrul xidməti inspektoru X9 izahatında digər şahid X7 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X8 barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X21 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli X17 haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X15 28 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 04:00-da BMW 328İ minik markalı, 99KH017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 333.1-ci maddəsinin tələblərini pozmuş və bununla da X8 barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə X15 protokol tərtib edilmişdir. Bakı şəhər X21 İdarəsinin polis X3 tərəfindən qəbul edilmiş X17 haqqında 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli X17 haqqında qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 04:00-da Yasamal rayonu ərazisində “BMW 328İ minik” markalı, 99KH017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə edilmişdir. 28 dekabr 2024-cü il tarixli, 2/2621 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X8 tibbi müayinədən keçən zaman onun sərxoş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X15 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X15 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.1-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardab biri qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqındadır. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində 30 dekabr 2024-cü il tarixli, TP ******* saylı X17 haqqında qərar bütün sübutlara istinad edilərək qəbul edilmişdir. Bu fakt şahid ifadələri və sərxoşluğun vəziyyətinin müəyyən edilməsinə dair keçirilmiş tibbi müayinə aktı ilə tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə bu əlamətləri nəzərə alaraq X5 əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında sərxoşluğun vəziyyətinin müəyyən edilməsinə dair keçirilmiş tibbi müayinə aktına münasibətdə X1 orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X5 AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X21 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X5 AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X21 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar