Məhkəmə qərarları › İş №3(004)-1510/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1510/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1510/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6, Şikayətçi “xxxx” QSC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” QSC-nin direktoru X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “xxxx” QSC-nin direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, idarə tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan normalar açıq şəkildə pozulmuşdur. İnzibati xəta haqqında protokolda xətanın törədilməsi faktını təsdiq edən heç bir sübut öz əksini tapmamışdır. Təqdim olunan protokolda “ENCOM”-un səlahiyyətli nümayəndəsinin izahatı qeyd olunmamışdır. İdarə tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən, Məcəllənin 192.4-cü maddəsi üzrə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin yüksək həddi müəyyən edilmişdir. İnzibati xətaya görə cərimə növündə inzibati tənbeh tədbirinin yuxarı həddinin 1500 manat olduğu təqdirdə, İnzibati Orqan tərəfindən Məcəllənin ümumi hissəsinin normaları nəzərə alınmadan 1400 manat məbləğində cərimə tətbiq edilmişdir. Bu da idarənin heç bir araşdırmalar aparmadığını bir daha nümayiş etdirən əsas faktlardan biridir. Beləliklə, İnzibati xəta haqqında 11 iyun 2021-ci il tarixində barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə tərtib olunmuş protokol və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X7 tərəfindən 11.06.2021-ci il tarixində qəbul edilmiş MN ******* saylı qərar əsassız və qanunsuzdur. Odur ki, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş “xxxx” QSC-nin səlahiyyətli nümayəndəsi və vəkili X2 şikayətin məzmununa uyğun izahat verərək, Kamran Əhmədov tərəfindən bülleten sənədlərinin işlədiyi yerə təqdim olunmadığını, ona görə onun işdən çıxdığı gündə son haqq hesabın ödənilməsində səhvə yol verildiyini etiraf edərək, bundan əlavə əmək müfəttişliyindən bildirişi gec almalarını, onların iştiraklarının təmin olunmadığını, bu səbəbdən özlərində olan sənədləri təqdim edə bilməmələrini qeyd edərək, onlar barəsində ədalətsiz qərar qəbul olunduğunu, göstərilənlərə əsasən şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X11 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 11 iyun 2021-ci il tarixli, MN ******* tarixli tamamilə qanuni və əsaslıdır. Belə ki, vətəndaş X8 müfəttişliyə müraciət edərək, “xxxx” QSC tərəfindən ona işdən çıxarıldığı gün son haqq hesabın ödənilmədiyini bildirmişdir. Araşdırma zamanı Kamran Əhmədovun müraciətinin əsaslı olması sübuta yetirildiyindən “xxxx ” QSC-nin direktoru X10 barəsində 11 iyun 2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək bel nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən Akif Əsədov tərəfindən X13 oğlunun əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx ” QSC-nin direktoru X10 tərəfindən X13 oğluna işdən çıxarıldığı gün son haqq hesab ödənilməmişdir. Belə ki, məhkəmə prosesi zamanı “xxxx” QSC-nin nümayəndəsinə Kamran Əliyevə işdən çıxarıldığı gün son haqq hesabın ödənilməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi təklif edilsə də, bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan 16.05.2021-cü il tarixli “məxaric xəzinə orderi”nin surətindən görünür ki, X13 oğluna axrıncı dəfə 30 aprel 2021-ci il tarixində əmək haqqı ödənilmişdir. Digər tərəfdən iş materiallarında olan “xxxx” QSC-nin 26 may 2021-ci il tarixli EN33/21 saylı məktubundan görünür ki, X8 işdən azad olunarkən ona son haqq hesab (bir sıra səbəblərdən) ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” QSC-nin direktoru X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” QSC-nin direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar