Məhkəmə qərarları › İş №3(004)-1511/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1511/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1511/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, X3 inzibati xəta haqqında iş üzrə qərarların icrasına xitam verilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 17.12.2014-cü il tarixli, CYP618541 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək, 64 (altmış dörd) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 03.12.2014-cü il tarixli, CYP 764879 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, 64 (altmış dörd) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 21.10.2014-cü il tarixli, MMX 923440 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 151.1.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 13.05.2014-cü il tarixli, MMX 435099 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 151.3.1-ci maddəsi ilə təqsirli bilinərək, 160 (yüz altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 15.05.2014-cü il tarixli, MMX 419196 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 158.1.2-ci maddəsi ilə təqsirli bilinərək, 64 (altmış dörd) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 03.04.2014-cü il tarixli, MMX 334785 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə təqsirli bilinərək, 96 (doxsan altı) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 15.02.2014-cü il tarixli, MMX 259332 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 158.1.1-ci maddəsi ilə təqsirli bilinərək, 32 (otuz iki) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 14.02.2016-cı il tarixli, KYP 235981 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 152.1 və 151.2-ci maddələri ilə təqsirli bilinərək, 96 (doxsan altı) manat məbləğində inzibati cərimə edilmişdir. X4 ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 17.12.2014cü il tarixli, CYP618541 saylı, 03.12.2014-cü il tarixli, CYP 764879 saylı, 21.10.2014-cü il tarixli, MMX 923440 saylı, 13.05.2014-cü il tarixli, MMX 435099 saylı, 15.05.2014-cü il tarixli, MMX 419196 saylı, 03.04.2014-cü il tarixli, MMX 334785 saylı, 15.02.2014-cü il tarixli, MMX 259332 saylı, 14.02.2016-cı il tarixli, KYP 235981 saylı inzibati xəta haqqında iş üzrə qərarlar əsasında inzibati cərimə edilmişdir. Bu müddət ərzində maddi vəziyyəti zəif olduğundan cərimələri ödəyə bilməmişdir. Müddətlərin keçməsini nəzərə alaraq yuxarıda göstərilən qərarların ləğv edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə baxılmasının vaxtı və yeri barədə Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, təqdim edilmiş sənədləri, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, yuxarıdan da göründüyü kimi məhkəmədə müəyyən edildi ki, icrasına xitam verilməsi tələb edilən qərarlarla şəxs inzibati cərimə edilmişdir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 05 ildən artıq vaxt keçmişdir. Ona görə də İXM-in aşağıdakı normalarına əsasən məhkəmə hesab edir ki, həmin qərarla verilmiş tənbehin icra müddəti keçdiyindən, artıq həmin qərar icra edilə bilməz, buna görə də həmin qərarın icrasına xitam verilməlidir. Çünki, İXM-in 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. İXM-nin 146.1-ci maddəsinə əsasən həmin Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-nin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-in 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Yuxarıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 138-148ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X3 İnzibati Xətalar Məcəlləsinin 151.1, 152.1, 151.1.2, 151.3.1, 158.1.2, 151.2, 158.1.1, 151.2-ci maddələri ilə təqsirli bilinərək, inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi X8 Şöbəsinin 17.12.2014-cü il tarixli, CYP618541 saylı, 03.12.2014-cü il tarixli, CYP 764879 saylı, 21.10.2014-cü il tarixli, MMX 923440 saylı, 13.05.2014-cü il tarixli, MMX 435099 saylı, 15.05.2014-cü il tarixli, MMX 419196 saylı, 03.04.2014-cü il tarixli, MMX 334785 saylı, 15.02.2014-cü il tarixli, MMX 259332 saylı, 14.02.2016-cı il tarixli, KYP 235981 saylı qərarların icrasına xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar