Məhkəmə qərarları › İş №3(004)-1513/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1513/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1513/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25884558 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25884558 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Chevrolet Cobalt” minik markalı **- YD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman qarlı hava şəraitinə görə yol buz bağladığından avtomobili sürüşmüş və o da qəza şəraitinin yaranmasının qarşısını almaq məqsədi ilə avtomobili yolun sağ kənarına çəkib saxlamaq məcburiyyətində qalmışdır. Fotoşəkillərdən də aydın olur ki, onun avtomobili uzun məsafəni sürüşərək dayanmışdır. Hətta avtomobilin şinlərinin izlərindən də bunu açıqaydın görmək mümkündür. Məhkəmə iclasında iştirak edən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25884558 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25884558 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 xx.xx.2025-ci il tarixdə, saat 20:54-də Yasamal rayonu, A.M. Şərifzadə küçəsində Azərbaycan Respublikası İXM-nin 346.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, 5.9, 5.10.1 – 5.10.3 yol nişanları iləə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanması və durmasına görə) təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş üzrə təqdim olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X2 idarə etdiyi “Chevrolet Cobalt” minik markalı **-YD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qarlı hava şəraitində sürüşərək yolun sağ kənarında dayanmışdır. Məhkəmə iş materiallarını, şikayətin dəlilləri və təqdim edilmiş sübutlarla birlik tədqiq edərək, eləcə də tərəfin ifadələrini nəzərə alaraq hesab edir ki, baxmayaraq ki, qeyd edilən əməldə formal olaraq Azərbaycan Respublikası İXM-nin 346.8-ci maddəsinin tərkibi mövcuddur, lakin hazırki halda şəxsin həmin əməldə təqsirinin olması müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın şəkildə görmək mümkündür ki, hava şəraiti qarlıdır və asfalt örtüyü buz bağlamışdır. Avtomobilin şinlərinin izindən də müəyyən etmək mümkündür ki, bir neçə metr məsafəni sürüşərək, avtomobilin qəza işıqlarını yandırmaqla yolun sağ istiqamətində dayanmışdır. Belə olan halda məhkəmə işin faktiki hallarını nəzərə alaraq və öz daxili inamına əsaslanaraq müəyyən etmişdir ki, şəxs qəza şəraitinin yaranmasının qarşısını almaq məqsədilə avtomobilini yolun sağ hissəsində dayandırmağa məcbur olmuşdur. Digər tərəfdən inzibati orqan tərəfindən hadisənin baş verməsini müşahidə etməyə imkan verən hər hansı başqa mötəbər sübut təqdim edilmədiyindən (videogörüntü) məhkəmə mövcud sübutlara və hallara əsasən hadisəyə qiymət verməli olmuşdur. İnzibati xətanın təsbit olunduğu qanunun maddəsinin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni 5.9, 5.10.1 – 5.10.3 yol nişanları iləə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanması və durması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda şəxsin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati işin məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən mötəbər sübutlara və işin hallarına uyğun olaraq müəyyən edilmişdir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması istisna edilir. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1 -ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25884558 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25884558 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar