Məhkəmə qərarları › İş №3(004)-1519/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1519/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1519/2021 30.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar X1 iştirakı ilə, X5 oğlunun barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X4 tərəfindən 22 iyun 2021-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar 30 ünvanında 22.06.2021-ci il tarixdə, saat 15:30-da müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmişdir. Məhkəmə iclasında X5 oğlu tərtib edilmiş protokola etirazını bildirərək qeyd etmişdir ki, icazə verən qurum ilə reklam yayıcısı ilə arasında 01 oktyabr 2019-cu il tarixli M********** qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə” müqaviləsi bağlanmışdır və həmin müqavilə 01.01.2020-ci il tarixədək etibarlı olmuşdur. Hal hazırda yeni müqavilənin bağlanılması üçün Bakı Şəhər Reklam İdarəsinə müraciət etmişdir. Bakı Şəhər Reklam İdarəsində ondan 2020-ci il üçün də ödəniş edilərək müqavilə bağlanılması tələb edilir lakin o, bununla razı deyildir. Belə ki, həmin dövrdə pandemiya ilə əlaqədar demək olar ki, fəaliyyət göstərməmişlər. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi Nümayəndə tərtib edilmiş protokolu müdafiə edərək, X5 oğlu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş ərizədən və protokol tərtib edən orqanın nümayəndəsinin izahatından məlum olur ki, X2 tərəfindən Azərbaycan Respublikası X3 ünvan 3 İdarəsinə “açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş müqavilənin surətindən görünür ki, icazə verən qurum ilə reklam yayıcısı X2 arasında 01 oktyabr 2019-cu il tarixli M********** qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə” müqaviləsi bağlanmışdır və həmin müqavilə 01.01.2020-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə olunmuş “açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciət”dən məlum olur ki Elçin Abdullayev 01.07.2021-ci il tarixindən 6 ay müddətinə ünvan 2 ünvanında reklam yerlədirilməsinə icazə üçün X3 ünvan 3 İdarəsinə müraciət göndərmişdir. Azərbaycan Respublikası İXM-in 428.7-ci maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulmuşdur. Аzərbaycan Respublikası İnzibeti Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 ilə Azərbaycan Respublikası X3 Bakı Şəhər Reklam İdarəsi arasında 01.10.2019-cu ildə “açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” 01.01.2020-ci il tarixədək müqavilə bağlanmışdır, qeyd edilən tarix bitdikdən sonra həmin müqavilənin 2.1.6-ci bəndinə əsasən E.Abdullayev icazə verən quruma mavafiq qaydada müracit etmədən açıq məkanda reklam yerləşdirilməsinə davam etmişdir və bu hal müqavilə tərəfi olan Bakı Şəhər Reklam İdarəsinə məlum olmuşdur. Bu hal özünün təsdiqini onda tapır ki, hazırda E.Abdullayevdən icazəsiz fəaliyyət göstərdiyi 01.10.2020-ci ildən hazıradək reklam haqqının ödənilməsi tələb olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən bir ildən çox bir vaxtın kecdiyi nəzərə alınmalı və E.Abdullayev müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesbab edir ki, hazırda E.Abdullayev yeni müqavilənin bağlanmsı üçün Bakı Şəhər Reklam İdarəsinə rəsmi müraciət etməyi və 2020-ci il ərzində pandemiya ilə əlaqədar sahibkarlıq subyektlərinin fəaliyyətlərinin məhdud olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, məhkəmə hesab edir ki, X1 İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53, 106-115 və 428.7.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: X1 barəsində 22 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar