Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1528/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 inzibati binada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan “xxxxxxxx” MMC-nin qanuni təmsilçisi Şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxx” MMC-nin qanuni təmsilçisi Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-411/16 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədinə əsasən, borclu “xxxxxxxx” MMCdən 18.108.57 manat pul vəsaiti tutularaq, tələbkar “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsinin icrasına xx xxxx 2016-cı il tarixli qərarla başlanılmış, qanuna müvafiq qaydada borclunun qeydiyyatda olduğu ünvana tələbin icrası ilə bağlı bildiriş göndərilmiş və icra sanədini icra etməsi üçün könüllü müddət verilmişdir. Daha sonra icraat zamanı müəyyən olunmuşdur ki, borclu “xxxxxxxx” MMC-nin rəhbəri Şəxs2dur. Borclu “xxxxxxxx” MMC-nin rəhbəri Şəxs2 ilə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılaraq şöbəyə dəvət olunsada, o gəlməkdən imtina etmiş və icra sənədinin icrasından yayınmışdır. Göstərilənlərə əsasən borclu “xxxxxxxx” MMC-nin rəhbəri Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ.H.Cəfərov inzibati xəta haqqında protokolu müdafiə edərək “xxxxxxxx” MMC-nin qanuni təmsilçisi Şəxs2 barəsində müvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxxxxxx” MMC-nin qanuni təmsilçisi Şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)- 411/16 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədindən görünür ki, borclu “xxxxxxxx” MMCdən 18.108.57 manat pul vəsaiti tutularaq, tələbkar “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli “xxxxxxxx” MMC-nin təsisçilərinin qərarından görünür ki, Şəxs2 həmin tarixdə “xxxxxxxx” MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2081/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, Şəxs2 “xxxxxxxx” MMC-də direktor vəzifəsinə təyin olunması barədə “xxxxxxxx” MMC-nin təsisçilərinin xx xxxx 2015-ci il tarixli qərarı qəbul olunduğu vaxtdan etibarsız hesab edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-411/16 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədinə əsasən, borclu “xxxxxxxx” MMC-dən 18.108.57 manat pul vəsaiti tutularaq, tələbkar “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsinin icrasına xx xxxx 2016-cı il tarixli qərarla başlanılmış, qanuna müvafiq qaydada borclunun qeydiyyatda olduğu ünvana tələbin icrası ilə bağlı bildiriş göndərilmiş və icra sanədini icra etməsi üçün könüllü müddət verilmişdir. Daha sonra icraat zamanı müəyyən olunmuşdur ki, borclu “xxxxxxxx” MMC-nin rəhbəri Şəxs2dur. İcra məmuru tərəfindən aparılmış icra tədbirləri zamanı ayrı-ayrı qurumlara verilmiş sorğulara əsasən borclunun hər hansı gəlirinin, mülkiyyətində hər hansı dəyərli əşyasının və ya əmlakının olmaması müəyyən edilmişdir. Bundan əlavə məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli, 2(004)-2081/2019 saylı qətnaməsi ilə Şəxs2 “xxxxxxxx” MMC-də direktor vəzifəsinə təyin olunması barədə “xxxxxxxx” MMC-nin təsisçilərinin xx xxxx 2015-ci il tarixli qərarı qəbul olunduğu vaxtdan etibarsız hesab edilmişdir. İcra məmuru icra sənədinin icra edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edərkən Şəxs2 “xxxxxxxx” MMC-nin direktoru olması qənaətinə gələrək sonuncunu vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin faktiki hallarına və qüvvədə olan qanunvericiliyin müvafiq normalarına əsaslanaraq hesab edir ki, Şəxs2 barəsində “xxxxxxxx” MMC-nin direktoru kimi əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2081/2019 saylı qətnaməsi ilə Şəxs2 “xxxxxxxx” MMC-də direktor vəzifəsinə təyin olunması barədə “xxxxxxxx” MMC-nin təsisçilərinin xx xxxx 2015-ci il tarixli qərarı qəbul olunduğu vaxtdan etibarsız hesab edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı Şəxs2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs2 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyekt yoxdur. Yəni, Şəxs2 xxxxxxxx” MMC-nin qanuni təmsilçisi olmadığı üçün həmin MMC-yə aid icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə o, inzibati məsuliyyətə cəlb edilə və ya onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1528/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1528/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver