Məhkəmə qərarları › İş №3(004)-1528/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1528/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1528/2021 16.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X19 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" ASC-nin direktoru X17-Əfəndiyeviç Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC-nin direktoru X17-Əfəndiyeviç Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 "xxxx" ASC-nin sabiq işçisi X1 Əmək Müfəttişliyi Xidmətinə əmək haqqının ödənilməməsi ilə bağlı müraciət etmişdir. X3- X10 "xxxx" ASC-də 4 gün çalışmış və ona əmək haqqı ödənilməmişdir. X16 bu şikayəti əsaslı hesab etmiş və 21.06.2021-ci il tarixli, MN0646525 nömrəli inzibati tənbeh vermə haqqında qərarla məni 700 (yeddi yüz) manat məbləğində cərimə etmişdir. X8 10.05.2021ci il tarixində rəhbəri olduğu X6 "xxxx" ASC-də “maşınist” vəzifəsinə işə qəbul olunmuş, qəbul olunduqdan sonra cəmi 3 gün ərzində iş yerinə gəlmiş, digər günlər isə üzrsüz səbəbdən işə çıxmamış və onun işlədiyi 3 gün üçün əmək haqqı məbləği ona ödənilmişdir. X1 Əmək Müfəttişliyinə onun şikayətinin baxılmamış saxlanılması ilə bağlı müraciət etsə də, onun müraciəti nəzərə alınmamış və onun barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. X4 əmək haqqının ödənilməsi, şikayətinin baxılmamış saxlanılması ilə bağlı X14 Xidmətinə etdiyi müraciətinin nəzərə alınmaması işin X14 Xidməti tərəfindən mahiyyəti üzrə tam, obyektiv araşdırılmadığından, habelə cərimə tətbiq edilməsində qərəzli mövqe tutmasından xəbər verir. Odur ki, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X18 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 21 iyun 2021-ci il tarixli, MN ******* tarixli tamamilə qanuni və əsaslıdır. Belə ki, vətəndaş X8 müfəttişliyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona son haqq hesabın düzgün hesablanmadığını bildirmişdir. Araşdırma zamanı Zülfüqar Qasımzadənin müraciətinin əsaslı olması sübuta yetirildiyindən "xxxx" ASC-nin direktoru X17-Əfəndiyeviç barəsində 21 iyun 2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 21 iyun 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən X17-Əfəndiyeviç tərəfindən X4 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin direktoru X17- Əfəndiyeviç tərəfindən X13 oğluna son haqq hesab ödənilməmişdir. Belə ki, iş materiallarında olan əmək müqavilə bildirişindən məlum olur ki X8 ilə 10.04.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış, 08.05.2021-ci ildə isə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 01.06.2021-cü il tarixli “hesabdan çıxarış”ın surətindən görünür ki, 01 iyun 2020-ci il tarixindən 01 iyun 2021-ci il dövr ərzində X4 adına heç bir ödəniş köçürülməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin direktoru X17-Əfəndiyeviç tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 21 iyun 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" ASC-nin direktoru X17-Əfəndiyeviç Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21 iyun 2021ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar