Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1529/2020 02.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, x1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət x3 (DYPİ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 18 iyun 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan verdiyi şikayətə işin məhkəmədə baxılmasına hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x2 Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 18 iyun 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, x2 tərəfindən məhkəməyə təqdim edilmiş şikayət ərizəsində faktiki olaraq yaşadığı ünvan ünvan 1 göstərmişdir. Məhkəmə tərəfindən x1 şəxsi məlumatları “Elektron Məhkəmə Sistemi” vasitəsilə yoxlanılarkən onun Cəbrayıl rayonu Minbaşılı ərazi dairəsi, Daş Veysəlli kəndində qeydiyyatda olması aşkar edilmişdir. Bundan başqa x1 barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 18 iyun 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, protokolda onun yaşayış ünvanı “ünvan 2 kimi qeyd edilmişdir. Ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə x1 şikayət ərizəsində qeyd edilmiş ********** mobil telefon nömrəsi ilə əlaqə saxlanıldıqda o, faktiki olaraq Abşeron rayonu Fatmayi kəndində yaşamasını bildirmişdir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş sənədlərdə şikayətçi x1 yaşayış ünvanı barədə məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə mövcud ziddiyyətləri x1 xeyrinə həll etməklə şikayət ərizəsində qeyd edilmiş faktiki yaşayış ünvanını əsas götürərək hesab edir ki, inzibati işə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 112.4 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 18 iyun 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərbaxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1529/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1529/2020
02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver