Məhkəmə qərarları › İş №3(004)-153/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-153/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-153/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X6 iclas katibliyi, AR ƏƏSMN yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, X1 AR ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin rəisi müavini Fərid Bağırov tərəfindən X4, X15 və X8 şikayətlərinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, VMF şirkətinin baş direktoru kimi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1200 manat məbləğində cərimə edilmişdir. Yuxarıda adları qeyd olunan şəxslər şikayətlərində əmək müqavilələrinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesabın gec ödənilməsini qeyd etmişlər. Qeyd etmək istəyir ki, VMF şirkəti 1999-cu ildən bu günə kimi artıq 25 ildir ki fəaliyyət göstərir və Respublika ərazisində ilk dəqiq mexanizmlər (VMF saatları) istehsal edən şirkətdir. Eyni zamanda bütün dövlət vergilərini vaxtlı-vaxtında ödəyən, işçilərini və işlərini qanunvericiliyin bütün tələb və normalarına uyğun təşkil edən şirkətdir. 25 il ərzində VMF şirkətinin heç bir əməkdaşı tərəfindən heç bir aidiyyatı dövlət orqanına şikayət verilməmişdir. Sevinc Əsgərova, Samir Xalıqov və Emin Yaqubov 7 ilə yaxın VMF şirkətində satış şöbəsində işləmişlər. Hətda adları qeyd olunan şəxslər şirkətin satış hüququna malik salonlarında satıcı vəzifəsindən salon direktoru vəzifələrinə qədər işləyərək yüksəlmişlər. Lakin son aylarda hər üç adları yuxarıda qeyd olunan şəxslər əmək müqaviləsində və vəzifə təlimatında göstərilən qaydaları dəfələrlə kobud surətdə pozmuşlar. Bu qayda pozuntuları ilə bağlı şirkət tərəfindən qanunvericiliyin tələblərinə uyğun xəbərdarlıq, töhmət kimi intizam tənbehi əməkdaşlara tətbiq edilmişdir, işçilərlə bağlanmış əmək müqavilələrinə onların ərizələrinə əsasən şirkət tərəfindən xitam verilmişdir. Və son haqq hesabları qanunvericiliyin tələblərinə uyğun hesablanaraq verilmişdir. Sevinc Əsgərova, Samir Xalıqov və Emin Yaqubovla əmək müqavilə bağlanan zaman əmək müqaviləsində və elektron portalda əsas əmək haqqları göstərilmişdir. Hər ay tamam olduqdan sonra işçilərin əmək haqqları onlara rəsmi qaydada təqdim edilmişdir. Əsas əmək haqqından əlavə şirkət tərəfindən işçilərə hər ay bonus, mükafat və həvəsləndirmə proqramlarına əsasən pul ödənilmişdir. Bonus, mükafat və həvəsləndirmə proqramları ay bitdikdən sonra satışlar hesablanır və mühasibatlıq tərəfindən hər satıcıya ay ərzində satdığı malın dəyərinə görə pul mükafatları verilir. Adları qeyd olunan işçilərin əmək müqavilələrinə xitam verilərkən onların əsas əmək haqqları hesablanaraq qanunvericiliyə uyğun ödənilmişdir. Eyni zamanda İşçinin istifadə etmədiyi məzuniyyət haqqlarınında hesablanaraq ödənilməsi şirkət tərəfindən edilmişdir. Hər üç şəxsin şikayət etdikləri son haqq-hesabın gec ödənilməsinə qaldıqda isə bildirmək istəyirəm ki, həmin məbləğlər işçilərə hesablanan bonus və həvəsləndirmə proqramlarında olan məbləğlərdi və bu prosesin şirkətin mühasibatlığı tərəfindən hesablanması bir neçə gün çəkir. Məhkəməyə hər üç şəxslərin işlərinə xitam verilənədək şirkət tərəfindən ödənilmiş əmək haqqı cədvəllərini və bankdan çıxarış cədvəllərini qoşmada əlavə edilmişdir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, AR ƏƏSMN yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X2na lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə X1 iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçılsını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X14 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən “VMF” şirkətinin baş direktoru X14 tərəfindən işçilər X3, X9 və X8 əmək müqavilələrinə xitam verilərlən AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesabları gec ödənilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim olunmamışdır. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar