Məhkəmə qərarları › İş №3(004)-1530/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1530/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1530/2020 02.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, x2 Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş 12 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qəbul edilmiş 22 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verdiyi şikayətə işin məhkəmədə baxılmasına hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x1 Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan şikayətçi x2 yaşayış yeri üzrə Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 15/1A ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Bundan başqa x6 məhkəməyə təqdim edilmiş şikayət ərizəsində yaşadığı ünvan olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 15/1A ünvanını qeyd etmişdir. Göründüyü kimi, x2 rəsmi olaraq qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan Bakı şəhəri Suraxanı rayonu ərazisidir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x2 barəsində Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş 22 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar