Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1532/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Şikayətçi X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 onun barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin aprel ayının 18 radələrində “Mercedes C180 minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə Ə.Əhmədov küçəsi ilə Yeni Yasamal 2 küçələrinin kəsişməsində hərəkətdə olarkən Bakı şəhər Yasamal rayon Dövlət X6 YPX inspektroru tərəfindən saxlanıldı. Polis əməkdaşı xüsusi karantin rejimi ilə əlaqədar yoxlamanın aparılması səbəbi ilə çıxış üçün icazənin olub-olmamasının öyrənilməsi üçün sənədləri təqdim etməyini tələb etdi. Bu zaman o, sahibkarlıq (ərzaq mallarının satışı) fəaliyyəti ilə məşğul olduğu üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər aldığı icazə vərəqəsini həmin polis əməkdaşına göstərdi. Bu zaman polis əməkdaşı onun portaldan aldığı icazə vərəqəsinə baxmayaraq icazəsinin təsdiqini müəyyən etmək üçün portala girərək yoxlama apardı və ona həmin portalda icazəsinin olmadığını bildirdi. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə oluncağını bildirdi. Bu zaman o, Azərbarbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına əsasən ərzaq mallarının satışı fəaliyyəti ilə məşğul olmağa icazənin olduğunu, “icaze.e-gov.az” portalında icazə vərəqəsinin görsənməməyi onun təqsiri üzündən olmadığını bildirsə də polis əməkdaşı bütün bunlara məhəl qoymayaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında İXP3203550 nömrəli qərar qəbul edərək 100 (yüz) manat miqdarında cərimə etmişdir.Qeyd etmişdir ki, Azərbarbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020ci il tarixli 120 nömrəli Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarının 3.1-ci bəndinə əsasən bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlərin, ərzaq mağazalarının və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla) “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkət edə bilərlər. Yuxarıda göstərilənləri və İXM-in 128-137-cimaddələrini rəhbər tutaraq, məhkəmədənX1 Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında İXP3203550 nömrəli qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında inzibati tənbeh tətbiq etməhaqqında qərara əsasən X3 xx.xx.2020-ci il tarixdə saat 08:20 radələrində Ə.Əhmədov küçəsi ilə Yeni Yasamal 2 küçələrinin kəsişməsindəepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib100 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında çıxarılmışdır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanıtörətməsi təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarındanverdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1532/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1532/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver