Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1535/2020 07.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Quliyev x5 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 tərəfindən barəsində qəbul edilmiş qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirilərək, məhkəmə MÜƏYYƏN ETDİ : x8 Səlimoğlu Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 tərəfindən onun barəsində təyin edilmiş qanunsuz cərimənin ləğv edilməsini və ona qarşı qanunsuz hərəkətlərə yol vermiş polis əməkdaşının cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə şikayətçi x8 Səlimoğlu ərizəsində göstəmişdir ki, o, 22 iyun 2020-ci il tarixdə saat 14:35 radələrində anası x2 ilə birlikdə istifadəsində olan “Hyundai Tucson” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Qələbə” dairəsi adlanan ərazidə hərəkətdə olarkən DYPİ-nin əməkdaşı Tapdıq Əskərov tərəfindən saxlanılmışdır. Daha sonra DYPİ-nin əməkdaşı Tapdıq Əskərov onları fərdi qoruyucu vasitədən (maska) istifadə etməməyə görə 50 manat məbləğində inzibati cərimə növündə tənbeh etmişdir. Lakin şikayətçi x8 Səlimoğlu ərizəsində onun özü və ya anası x2 və ya onların hər ikisi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilmədiyini, əgər qərar qəbul edilmişdir kimin barəsində qəbul edilməsi, qəbul edilmiş qərarın rekvizitləri barədə məlumatları göstərməmiş, qəbul edilmiş qərarın surətini ərizəsinə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin özünün və ya onun tərəfindən qanunla müəyyən edilmiş qaydada səlahiyyət verilmiş nümayəndəsinin həmin qərardan şikayət vermək üçün subyektiv hüququ müəyyən edilmişdir. Lakin hazırki şikayət ərizəsindən kimin barəsində qərar qəbul edilməsi, şikayətçi x8 Səlimoğlunun anası x2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilmədiyi, əgər sonuncu barəsində qərar qəbul edilmişdirsə, hansı inzibati xətanın törədilməsinə görə qərar qəbul edilməsi və x1 özünün həmin qərardan şikayətinin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nə görə iki müxtəlif şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilir.Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Həmçinin yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə inzibati xəta haqqında cərimənin ləğv edilməsi xahiş edilsədə, nə protokol, nədə ki, hər hansı bir qərar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət baxılmadan geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 118və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quliyev x5 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x4 barəsində cərimə tətbiq edilməsindən verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1535/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1535/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver