Məhkəmə qərarları › İş №3(004)-154/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-154/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-154/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-2, küç,1,107 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-in Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 tərtib olunmuş protokolun dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə karantin postunda Şəxs məxsus “Kia Rio” minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sayrışan işıq siqnalları aşkar edildiyindən müvəqqəti duracağa təmin edilmişdir. Duracaqda avtomobilin üzərində quraşdırılmış sayrışan işıq siqnalları aradan qaldırılmaq istənildikdə, avtomobilin sahibi Şəxs avtomobil duracağa daxil olduqdan dərhal sonra sayrışan işıq siqnallarını sökərək harasa tullamışdır və bu səbəbdən onların götürülməsi mümkün olmamışdır. Şəxs sayrışan işıq siqnallarını təhvil verməli olduğu bildirilsə də o, bunun mümkün olmadığını, həmin işıq siqnallarını artıq atdığını bildirmişdir. Bundan sonra ərazidə sayrışan işıq siqnalları axtarılsada onları tapmaq mümükün olmamışdır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, avtomaşında heç bir sayrışan işıqlar quraşdırılmamışdır. Avtomobil üzərində olan işıqlar “ağ” işıq lampaları olmuşdur. Bu barədə polis əməkdaşlarına da bildirsədə onlar bununla razılaşmayaraq avtomobili müvəqqəti duracağa aparmışlar. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, polis əməkdaşları ona məxsus avtomobilin üzərinə baxış keçirənədək avtomobilin üzərində olan “ağ” işıq lampalarını özü sökərək tullamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:23-də “Kia Rio” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, məhəllə 593 ünvanında idarə edərkən sayrışan işıq siqnalları aşkarlanmış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs məxsus “Kio Rio” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin əlavə arxa sayrışan işıqları sökülərək aradan qaldırılmışdır. Beləliklə də inzibati iş materialları məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:23-də “Kia Rio” minik markalı, **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobili sayrışan işıq siqnalları quraşdıraraq idarə etmiş, ona görə də YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti duracağa təmin edilmişdir. Lakin Şəxs tərəfindən sayrışan işıq sinalları sökülərək gizlədilmiş və təhvil verilmədiyindən həmin avtomobildə aşkar edilmiş sayrışan işıqlarının götürülərək məhkəmə iclasınadək saxlanılması mümkün olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar