Məhkəmə qərarları › İş №3(004)-155/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-155/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-155/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X14i İdarəsi (BDYPİ) 26 dekabr 2024-cü il tarixli EQ seriyalı 23946177 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli EQ seriyalı 23946177 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, AsanPay elektron kabinetinə 03 oktyabr 2024-cü il tarixdə BOKT "xxxx" QSC-nin mülkiyyətində olan HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 Xidmətinin EQ 23946177 saylı inzibati tənbeh vermə haqqında elektron qərar yerləşdirilmişdir. Həmin qərarda 03 oktyabr 2024-cü il il tarixində saat 13:00-da Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi ərazisində BOKT "xxxx" QSC-nin mülkiyyətində olan HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobil idarə edilərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi tərəfindən inzibati xəta törədildiyi müəyyən edilmiş, barəsində 03 oktyabr 2024-cü il tarixli, EQ 23946177 saylı inzibati tənbeh vermə haqqında elektron Qərar tərtib edilmiş və nəticədə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə uyğun cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə elektron haqqında 03 oktyabr 2024-cü il tarixli, EQ 23946177 saylı qərarla razı deyil. Belə ki, HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-nin mülkiyyətindədir. 03 oktyabr 2024- cü il tarixdə inzibati protokol tərtib olunduğu vaxt həmin avtomobili o, idarə etməmişdir. Həmin tarixdə HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-də sürücü vəzifəsində işləyən digər əməkdaş idarə etmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi tərəfindən çəkilən görüntülərdən müəyyən olunur ki, HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini o, idarə etməmişdir. Məlumat üçün bildirir ki, qeyd edilən nəqliyyat vasitəsini etibarnamə əsasında BOKT "xxxx" QSC-nin bir neçə sürücüsü tərəfindən idarə edilir. Bildirilir ki, inzibati xəta törədildiyi halda həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədilə BOKT "xxxx" QSC-yə sorğu verilməsi barədə Bakı Şəhər Baş X14 İdarəsinə, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi Dövlət X11 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məktub ünvanlanmışdır. Həmin inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 14 oktyabr 2024-cü il tarixdə şikayət ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5560/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, 03 oktyabr 2024-cü il tarixli, EQ 23946177 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün AR DİN Baş X14i İdarəsinə qaytarılmışdır. AR DİN BDYPİ tərəfindən araşdırma aparılmadan işə yenidən baxılmış və yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən BDYPİ tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli EQ seriyalı 23946177 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmiş və iştarakı olmadan baxılmasını xahış etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: 03 oktyabr 2024-cü il tarixli, EQ 23946177 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 03 oktyabr 2024-cü il tarixində saat 13:00:04 radələrində Cəfər Cabbarlı küçəsində “HYUNDAİ Elantra minik” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma durma qaydalarını pozduğuna görə AR İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə 20 azn cərimə edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nahid Hüseynov tərəfindən Bakı Şəhər Baş X14 İdarəsi, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi Dövlət X13 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlanmış 5157 nömrəli, 04 oktyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, “2019-cu il buraxılışlı, mühərrik nömrəsi L15BE3736516, BAN nömrəsi 1HGCV1618KA608139, rəngi qara metallik olan, “Honda Accord” markalı, **-AH-*** dövlət qeydiyyat nömrə nişanlı və 2023- cü il istehsal tarixli, mühərrik nömrəsi G4FGPU104134, BAN nömrəsi KMHLN41BBPU518476, rəngi boz metallik olan, “Hyundai Elantra” markalı, **-AT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilləri Bank Olmayan kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, qeyd edilən nəqliyyat vasitələri etibarnamə əsasında Cəmiyyətin bir neçə sürücüsü tərəfindən idarə edilir. Lakin inzibati protokol daha öncə məlumatlarını təqdim etdiyimiz şəxs barəsində tərtib edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, inzibati xəta törədildiyi halda həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədilə Cəmiyyətə sorğu verilməsini xahiş edirik” məzmunda olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. DYP portalından çıxarışdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Hyundai Elantra” markalı, **-AT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək hüququ X4 verilmiş və diqər şəxsə həmin avtomobili idarə etmək hüququ barədə dövlət qeydiyyatından keçirməməsi halı aşkar olunmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin Vİ-İci bəndinə əsasən bu Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 26 dekabr 2024cü il tarixli EQ seriyalı 23946177 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar