Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1552/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun, Zərərçəkmiş şəxs X5 nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 2(004)-3941/2017 saylı, xx.xx.2017-ci il tarixli 2(004)-7198/2020 saylı və xx.xx.2020-ci il icra sənədinə əsasən borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Məmmədli (Hüseynova) Bahar Əli qızına verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Həmçinin borclu axtarış əsasında icra şöbəsinə gətirilmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yasamal Rayonu İcra Şöbəsinin icra məmuru Anar Əyyubov məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Faktiki olaraq borclunun icra sənədini digər yolla ödəmək qabiliyyətinin olması, lakin bundan boyun qaçırması halını təsdiq edəcək digər bir sübutlar mövcud deyildir. Hazırkı vaxtadək cəmi bir neçə dəfə aliment ödəmişdir. Hazırda 24 min manat borcu yaranmışdır, bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Lakin hazırda ağır əməliyyat keçirdiyi üçün və yataq şəraitində qalmalı olduğu üçün cərimə edilməsinə etiraz etmir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Hazırkı vaxtadək müəyyən qədər imkanı olduqca alimenti ödəyirdi, lakin xəstə olduğu üçün, sonra isə iş tapa bilmədiyi üçün son vaxtlar işləmədiyindən tam ödəyə bilməmişdir. Hal-hazırda ağır əməliyyat keçirdiyi üçün əmək qabiliyyətini itirib, yataq şəraitindədir, sağaldıqdan sonra işləyib borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X5 nümayəndəsi X6 bildirdi ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə qət edilən alimenti müəyyən hissəsini ödəmiş, lakin tam ödəməmişdir, artıq uzun müddətdir ki, aliment ödəmir. Uşağı saxlamaqda çətinlikləri yaranır. Yasamal Rayon Məhkəməsinin 2(004)-3941/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 20 avqust 2015-ci il tarixdən başlayaraq borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 136 manat 60 qəpik, ümumilikdə 273 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Məmmədli (Hüseynova) Bahar Əli qızına verilməsi qət edilmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsinin 2(004)-1198/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 02 aprel 2020-ci il tarixdən başlayaraq borclu Şəxs xx.xx.2011ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Məmmədli (Hüseynova) Bahar Əli qızına verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Belə ki, şəxsin davamlı olaraq icra sənədini icra etməməsi məhkəmə iclasında öz təsdiqini tapır, lakin iş materiallarında olan sənədlərdən görünür ki, borclu həqiqən tə xəstədir, ağır açıq əməliyyat keçirmişdir və hazırda səhhəti qənaətbəxs deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, inzibati həbs tənbeh növünün təyin olunması məqsədə uyğun deyldir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1552/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1552/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver