Məhkəmə qərarları › İş №3(004)-1553/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1553/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1553/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7, zərərçəkmiş şəxs (tələbkar) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “196 saylı” Mənzil Kooperativinin qanuni təmsilçisi və eyni zamanda sədri Şəxs iştirakları ilə, “196 saylı” Mənzil Kooperativinin rəhbəri və eyni zamanda qanuni təmsilçisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “196 saylı” Mənzil Kooperativinin rəhbəri və eyni zamanda qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(004)-4537/2018 nömrəli icra sənədinə əsasən müqavilə üzrə 25.714 (iyirmi beş min yeddi yüz on dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat borclu “196 saylı” Mənzil Kooperativindən tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bundan başqa eyni icra işi üzrə digər Yasamal rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(004)-5778/2018 nömrəli icra sənədinə əsasən müqavilə üzrə 37926,14 (otuz yeddi min doqquz yüz iyirmi altı manat on dörd qəpik) manat borclu “196 saylı” Mənzil Kooperativindən tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Hər iki icra sənədi icra işləri bir icraatda birləşdirilmişdir. Lakin “196 saylı” Mənzil Kooperativinin rəhbəri və qanuni təmsilçisi Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, “196 saylı” Mənzil Kooperativinin rəhbəri və eyni zamanda qanuni təmsilçisi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Protokoldakı qeydə əsasən icra sənədi üzrə borclu “196 saylı” Mənzil Kooperativinin rəhbəri Şəxs icraatda iştirak etməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 hazırda onun icraatında olan icra işi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5778/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədinə əsasən 37946,14 (otuz yeddi min doqquz qırx altı manat on dörd qəpik) manat və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4537/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli icra sənədinə əsasən 25729 (iyirmi beş min manat yeddi yüz iyirmi doqquz) manat X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(004)-4537/2018 nömrəli icra sənədi üzrə 16 avqust 2018-ci il tarixli qərarla və 27 noyabr 2018-ci il tarixli 2(004)-5778/2018 nömrəli icra sənədi üzrə isə 28 fevral 2020-ci il tarixli qərarla icraata başlanılmışdır. Həmin qərarlar, tələbin könüllü icrası üçün bildirişlər və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu hüquqi şəxsin qanuni təmsilçisi Şəxs göndərilmişdir. Məcburi icra tədbirləri qaydasında müvafiq idarələrə və banklara sorğular göndərilmiş, lakin nə borclu hüquqi şəxsin, nə də hüquqi şəxsin qanuni təmsilçisi Şəxs mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı və ya pul vəsaiti müəyyən edilməmişdir. Borclu hüquqi şəxsin qanuni təmsilçisi Şəxs icra sənədini icra etməyərək, hal-hazıradək borclu hüquqi şəxsin vəzifəli şəxsi olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, borcdan hər hansı bir məbləğdə ödəniş etməmişdir. Borcun ödənilməsi istiqamətində tədbirlər görülməsinə baxmayaraq, Şəxs borcunu ödəməkdən yayınmışdır. Qeyd edildiyi kimi, açılmış icraat üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq hüquqi şəxsin qanuni təmsilçisi Şəxs icra sənədinin icrası istiqamətində hər hansı bir hərəkət etməmişdir. İcra şöbəsinə daxil olmuş sorğulara cavablardan müəyyən edilmişdir ki, borclu hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi olaraq Şəxs dövlət reyestrində qeydiyyatdan keçir. Bununla da, Şəxs üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirməkdən boyun qaçıraraq öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs Yasamal rayon icra şöbəsinə dəvət edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 05 iyul 2021-ci il tarixdə və MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5778/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədi üzrə 37946,14 (otuz yeddi min doqquz qırx altı manat on dörd qəpik) manat və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4537/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli icra sənədi üzrə 25729 (iyirmi beş min manat yeddi yüz iyirmi doqquz) manat təşkil edir. E.E.Abiyev göstərilənlərə əsasən Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu hüquqi şəxsin vəzifəli şəxsi Şəxs izahatında göstərdi ki, o, 08.11.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış “196” saylı Mənzil Kooperativinin sədri və eyni zamanda qanuni təmsilçisidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5778/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədi üzrə 37946,14 (otuz yeddi min doqquz qırx altı manat on dörd qəpik) manat və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4537/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli icra sənədi üzrə 25729 (iyirmi beş min manat yeddi yüz iyirmi doqquz) manat pul ödəməlidir. Borcunu ödəməkdən boyun qaçırmır, sadəcə maddi vəziyyəti ilə bağlı olaraq borcunu ödəyə bilmir. İmkan daxilində yaranmış borcu ödəyəcəyini əsas gətirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərərçəkmiş şəxs) X6 izahatında göstərdi ki, borclu “196 saylı Mənzil Kooperativinin qanuni təmsilçisi Şəxs uzun müddətdir ki, icra sənədlərini üzrsüz səbəbdən icra etməkdən imtina edir. Məhkəmənin müvafiq qərarının uzun müddətdir qəbul edilməsinə baxmayaraq borc üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Odur ki, borcun tam şəkildə ödənilməsini tələb edir, borclu hüquqi şəxsin səlahiyyətli vəzifəli şəxsinə möhlət vermək niyyəti yoxdur. Ona görə də borclu barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs “196 saylı Mənzil Kooperativinin qanuni təmsilçisi Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(004)-5778/2018 nömrəli icra sənədinə əsasən 37946,14 (otuz yeddi min doqquz qırx altı manat on dörd qəpik) manat və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4537/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli icra sənədinə əsasən 25729 (iyirmi beş min manat yeddi yüz iyirmi doqquz) manat X3 ödənilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4537/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli icra sənədi üzrə 16 avqust 2018-ci il taixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş 03 oktyabr 2018-ci il tarixdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02(004)-5778/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədi üzrə 28 fevral 2020-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş 03 mart 2020-ci il tarixdə borclu hüquqi şəxsin qanuni təmsilçisi Şəxs rəsmi qaydada təqdim edilmişdir. Açılmış icraat üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclu hüquqi şəxsin mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı və ya digər vəsaiti müəyyən edilməmişdir. Bundan başqa iş əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, “Vergi ödəyicilərinin dövlət reyestri”ndə olan məlumata əsasən “196 saylı Mənzil Kooperativi 08.11.2006-cı il tarixdə ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda cəmiyyətin fəaliyyəti aktiv olmaqla onun qanuni təmsilçisi Şəxsdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; habelə yuxarıda göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5778/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4537/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli icra sənədi və onun maraqlarının qorunması üçün onu təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi Şəxs bütün bu hərəkətləri ilə öz öhdəliklərini icra etməyərək, hal-hazıradək kifayət qədər uzun müddət keçməsinə baxmayaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5778/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədinə əsasən 37946,14 (otuz yeddi min doqquz qırx altı manat on dörd qəpik) manat və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4537/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli icra sənədinə əsasən 25729 (iyirmi beş min manat yeddi yüz iyirmi doqquz) manat X3 olan borcdan hər hansı bir ödəniş həyata keçirməmişdir. Bununla da o, icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş və borcu ödəməkdən müxtəlif bəhanələr gətirməklə yayınmışdır. Buna görə də, Yasamal rayon İcra şöbəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə məhkəmə borclu hüquqi şəxs “196 saylı Mənzil Kooperativinin qanuni təmsilçisi Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5778/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədi və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4537/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli icra sənədi üzrə icraatların başlanılmasına baxmayaraq hazırki vaxtadək tələbkar X5 hər hansı bir ödəniş etməməsini onun öz öhdəliklərindən üzrsüz səbəblərdən yayınması kimi qiymətləndirir. Odur ki, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını və səhhətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar