Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1558/2021 27.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, Şəxs MMC-nin rəhbəri X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Yasamal Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 06.07.2021-ci il tarixdə tərtib edilmiş protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Bəhruz Bayramov) tərəfindən Şəxs MMC-nin rəhbəri X8 barəsində İXM-in 528.1-ci maddəsi ilə 06.07.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, 14.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC-dən 68000 (altmış səkkiz min) manat məbləğində pul və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X10 və 61200 (altmış bir min iki yüz) manat məbləğində pul və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X5 ödənilsin. Borclu Şəxs MMC-nin rəhbəri X8 həmin icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X13 və onun nümayəndəsi, vəkil X11 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: .A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiası təmin edilib cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 68.000 manat tutulması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: .A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) X3 apelyasiya şikayəti təmin edilərək 61 200 (altmış bir min iki yüz ) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 45 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi iddianın dərhal icra edilməsi üçün 22 sentyabr 2020-ci il tarixdə icra vərəqəsi vermişdir. Lakin borclu tərəfindən sözügedən vəsaitin könüllü ödənilməsi həyata keçirilməmişdir. 24.12.2020-ci il tarixdə borclu "xxxx" MMC tərəfindən Ə.Əhmədov küçəsində inşa edilən 16 mərtəbəli binanın 1-ci mərtəbəsinin 545.6 kv.m. olan qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və həmin məhkəmənin 03.02.2021-ci il tarixli qərardadı ilə sözügedən qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. 27.05.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin alıcı olmamışdır. Əmlak onlara təklif olunsada onlar tərəfindən qəbul olunmamışdır. Lakin qətnamə icra olunmamış "xxxx" MMC-nin yeni direktoru X6 imzası ilə 17 may 2021-ci il tarixdə icra şöbəsinə rəsmi sənəd göndərərək bildirir ki, onun tərəfindən verilmiş apelyasiya şikayəti əsasında məhkəmə tərəfindən təmin edilmiş 68.000 min manat pul ona və X7 üçün təmin edilmiş 61 200 (altmış bir min iki yüz ) manat məbləğində pul vəsaiti etibarnamə əsasında X12, yəni ona ödənmişdir. Bildirmişdir ki, X7 onu məhkəmədə təmsil etmək üçün ona etibarnamə verib, həmin eribarnamənin əsli məhkəməyə təqdim olunub, işin içərisindədir. O, bunu aydınlaşdırmaq üçün məhkəmədə olmuş və etibarnamənin əslini işin içərisində görmüşdür. Məmmədova Zeynəb ona bir etibarnamə verib oda işin içərisindədir. Şirkət göndərən etibarnamə məhkəmədə olan etibarnamənin surətidir. Şirkət etibarnamənin surəti ilə ona 129 290 manat verə bilməzdi. Onlarda heç bir etibarnamə yoxdur. Sənəddə bildirilir ki, həmin pul ona Binəqədi rayonu ərazisində yerləşən hansısa ofisdə verilmişdir. O, heç bir ofis tanımır, heç bir ofisdə olmamış və ona kimsə tərəfindən pul verilməyib. İndi şirkət tərəfindən icra şöbəsinə göndərilmiş etibarnamə surəti ona Məmmədova Zeynəb tərəfindən məhkəmədə onu təmsil etmək üçün verilmiş etibarnamədir ki, həmin etibarnamədə Zeynəb ona pul və əmlak almaq istisna olmaqla digər səlahiyyətlərini vermişdir. Həmin saxta sənədi əlində əsas tutaraq "xxxx" MMC-nin yeni direktoru X8 icra məmuruna qarşı “icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Yasamal Rayon Məhkəməsinə 08.06.2021-ci il tarixdə şikayət etmiş və həmin ərizə hazırda baxışdadır (X19). İcra məmuru Bəhruz Bayramov tərəfindən verilmiş “İcra sənədi üzrə icraatın dayandırılması” barədə təqdimatına Bakı şəhər Yasamal rayon Məhkəməsində (hakim K.Xudayev) baxılaraq rədd edilmişdir. O, həmin ərizənin saxta olduğunu və şirkət barədə tədbir görülməsi üçün Yasamal rayon prokurorluğuna müraciət etmiş, hazırda araşdırma aparılır. Şirkət tərəfindən təqdim olunan ərizə saxta ərizədir. O imzalar ona məxsus deyil. O, həmin imzanın ona məxsus olmadığını sübut etmək üçün "xxxx" MMC müraciət etdi. "xxxx" MMC-nin 02 iyul 2021-ci il tarixli 05-59/21 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin ərizədə olan imzalar ona məxsus deyil, digər şəxslər tərəfindən çəkilmişdir. Həmin rəyi vəsatətə əlavə edib. Məhkəmə qərarını icra etmədiyi, saxta sənədlər tərtib edərək məhkəmə qətnaməsinin icra olunmasına maneə yaratdığı üçün "xxxx" MMC-nin direktoru X6 inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X13 bildirdi ki, "xxxx" MMC tərəfindən qətnamə hələ də icra edilməmişdir. "xxxx" MMC tərəfindən qanunsuz bir ərizə ortaya atıblar, hansı ki həmin ərizə barədə Yasamal Prokurorluğuna müraciət edilib və araşdırma gedir. Ona görə də "xxxx" MMC-nin rəhbəri barədə tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında borclu X6 nümayəndəsi, vəkil X15 bildirdi ki, surəti iş materiallarında olan, X9 mazladığı Yasamal Rayon İcra Şöbəsinə ünvanlandığı 29.04.2021-ci il tarixli ərizəsində qətnamənin tam icra olunduğunu bildirmişdir. Həmin ərizəni tələbkar X7 adından da X13 imzalamışdır. X1 bildirmişdir ki, ərizə onun deyil və ərizəsini danmışdır. Həmin ərizə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma gedir və imzanın kimə məxsus olmasına dair ekspertiza keçirilmişdir, ekspert rəyinə əsasən imzalar X10 məxsusdur. Ona görə də həmin ərizənin nə məqsədlə yazılması, hansı şəraitdə yazılmasına prokurorluq tərəfindən qiymət verilməlidir. Lakin həmin ərizəyə əsasən borc ödənildiyi üçün, hazırkı iş üzrə icraata əslində xitam verilməlidir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramov məhkəməyə verdiyi izahatında bildirdi ki, tərəflər arasında mübahisə vardır. "xxxx" MMC-nin nümayəndəsi bildirir ki, qətnamə icra edilib, bu barədə X9 adından yazılmışq ərizəni məhkəməyə təqdim edirlər. Lakin tələbkar tələbkar tərəf isə bildirir ki, ərizə saxtadır, qətnamə icra edilməmişdir. Ona görə də hazırkı protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş. Belə ki, iş üzrə görünür ki, məhkəmə qətnaməsinin icra edilib-edilməməsi tələbkar və borclu arasında mübaphisələndirilir. Tərəflər bu barədə olan X9 mazladığı Yasamal Rayon İcra Şöbəsinə ünvanlandığı 29.04.2021-ci il tarixli ərizəsini mübahisələndirirlər. Belə ki, iş materiallarında olan həmin ərizənin surətinə əsasən, ərizədə qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 486/2020 saylı, 14.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC-dən 68000 (altmış səkkiz min) manat məbləğində pul və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X10 və 61200 (altmış bir min iki yüz) manat məbləğində pul və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X5 ödənilməlidir. Məlumat üçün bildiririk ki, borclu Şəxs MMC-dən bizə 129290 manat ödənildi. X2 və X7 adından da X13 adlı şəxsin imzası olduğu qeyd edilmişdir. İş materiallarında olan sənədlərə əsasən X9 müraciəti əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma zamanı məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli, 4/1002 saylı rəyinə əsasən X13 və X3 adlarından olan 29.04.2021-ci il tarixli 02 ədəd ərizədə ” X13” və “X7” yazılarından əvvəl yerləşən imzalar X16 tərəfindən icra edilmişdir. Göründüyü kimi qətnamənin icra edilib edilməməsi barədə mübahisə doğuran borclu adından icra şöbəsinə yazılmış ərizə mövcuddur. Belə olduğu təqdirdə ərizədə yazılan və icra sənədində qeyd edilən həmin məbləğin həqiqətən ödənilib-ödənilməsi icra məmuru tərəfindən araşdırılmamışdır. ərizənin hansı şəraitdə yazılması, hansı məqsədlə yazılması ümumiyyətlə icra məmuru tərəfindən araşdırılmamışdır. İcra məmuru tərəflər arasında mübahisə getməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etməklə kifayətlənmiş, öz vəzifələrini tam yerinə yetirməmiş, ödənişin həqiqətən də yata keçirilib-keçirilməməsinə dair əlavə sübutlar toplamamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına dəlalət edir. Belə ki, iş üzrə araşdırılması lazım olan hallar, yəni icra sənədinin icra edilib-edilməməsinin mübahisə doğurdutu borclu adından yazılmış ərizənin kim tərəfindən, hansı məqsədlə, hansı şəraitdə yazılması, əslinin kimdə olması, MMC tərəfindən qətnamənin icra edilib-edilməməsi ilə bağlı bütün araşdırmaların aparılması üçün və bu hallara qiymət verilməsi üçün, ilk əvvəl qeyd edilməlidir ki, sübutları icra məmuru toplamalıdır. Toplanmış sübutlara məhkəmə qiymət verməlidir. Məhkəmə olmayan sübuta qiymət verə bilmir. Məhkəmə icra orqanı olmadığı üçün, icra sənədini icra edən qurum olmadığı üçün, icra sənədinin icra edilib-edilməməsi barədə sübutları toplaya bilmir. Buna görə də icra sənədinin hazırkı vaxtadək icra edilib-edilməməsinin səbəbləri məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən araşdırılmalı, sübutlar toplanılmalı, həmin toplanılmış sübutlara isə məhkəmə qiymət verməlidir. Şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. X21 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Ona görə də mübahisə doğuran ərizə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma getdiyindən, həmin ərizə ilə bağlı, həmçinin qətnamənin icra edilib-edilməməsi ilə bağlı halların araşdırılmasına imkan verən lazımi sübutların toplanılmasından ötrü inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1558/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1558/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver