Məhkəmə qərarları › İş №3(004)-156/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-156/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-156/2025 15.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli, EQ 23771112 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli, EQ 23771112 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, AsanPay elektron kabinetinə 24 sentyabr 2024-cü il tarixdə BOKT "xxxx" QSC-nin mülkiyyətində olan HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 Xidmətinin EQ 23771112 saylı inzibati tənbeh vermə haqqında elektron qərar yerləşdirilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında elektron qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 02 oktyabr 2024-cü il tarixdə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 5398/2024, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23771112 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək və işə yenidən baxılması üçün DİN Baş X14 İdarəsinə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5398/2024, xx.xx.2024-cü il tarixli qərarı qismən icra edilmişdir. Belə ki, həmin səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 23771112 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsinə baxmayaraq, işə yenidən baxılmamış, inzibati xəta haqqında barəsində heç bir araşdırılma aparılmayaraq AsanPay elektron kabinetinə 26 dekabr 2024-cü il tarixli, EQ/23771112 saylı inzibati tənbeh vermə haqqında yeni elektron qərar yerləşdirilmişdir. Sözügedən yeni qərardan narazı qaldığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə getmişdir. Qeyd olunan idarədə polis əməkdaşı inzibati xətanın tərəfindən törədilməsini ona sübut edə bilməməsinə baxmayaraq həmin qərarı ləğv edə bilməyəcəyini bildirmişdir. Bununla da Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 5398/2024, xx.xx.2024-cü il tarixli qərarı qismən icra olunmuşdur. Qeyd edilən inzibati tənbeh vermə haqqında qərardan razı deyildir. Belə ki, HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-nin mülkiyyətindədir. 24 sentyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar tərtib olunduğu vaxt həmin avtomobili o, idarə etməmişdir, bu səbəbdən o, inzibati tənbeh vermə məsuliyyətinə cəlb edilməməlidir. Həmin tarixdə HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-də sürücü vəzifəsində işləyən digər əməkdaş idarə etmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi tərəfindən çəkilən görüntülərdən müəyyən olunur ki, HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı minik avtomobilini o, idarə etməmişdir. Məlumat üçün bildirir ki, qeyd edilən nəqliyyat vasitəsini etibarnamə əsasında BOKT "xxxx" QSC-nin bir neçə sürücüsü tərəfindən idarə edilir. Bildirilir ki, inzibati xəta törədildiyi halda həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədilə BOKT "xxxx" QSC-yə sorğu verilməsi barədə Bakı Şəhər Baş X16 İdarəsinə, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi Dövlət X12 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə 04 oktyabr 2024-cü il tarixdə və həmçinin 05 dekabr 2024-cü il tarixdə müraciətlər ünvanlanmışdır. Eyni zamanda bildirilir ki, göndərilən müraciətlərə baxmayaraq Bakı Şəhər Baş X16 İdarəsi və Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi X14 Şöbəsi qeyd olunan nəqliyyat vasitələti üzrə inzibati xəta törəldiyi halda nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədi ilə BOKT "xxxx" QSC-yə sorğu ünvanlanılmamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə elektron haqqında xx.xx.2024-cü il tarixli, EQ 7.Z711112 saylı qərar əsassızdır və bu halda onun barəsində inzibati tənbeh etmə haqqında qərar ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq AR DİN BDYPİ-nin 26 dekabr 2024-cü il tarixli, EQ /23771112 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, həmçinin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə tərəfindən təqdim olunması tələb olunan iş materiallarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə şikayətçi və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X8 barəsində AR İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli, EQ 23771112 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 dekabr 2024-cü il tarixli, EQ 23771112 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 24 sentyabr 2024-cü il tarixində saat 13:50:41 radələrində Bakı, Akim Abbasov, 73 ünvanında “HYUNDAİ Elantra minik” markalı, 77AT907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini səkilərdə dayanması və ya durması əsas gətirilərək AR İXMnin 346.9-cu maddəsinin tələblərini pozmuş, nəticədə 60 azn cərimə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 3(004)-5398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 şikayətinin qismən təmin edilməsi və X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2024-cü il tarixli, EQ 23771112 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün DİN Baş X14 İdarəsinə qaytarılması qərara alınmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nahid Hüseynov tərəfindən Bakı Şəhər Baş X16 İdarəsi, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi X14 Şöbəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlanmış 5157 nömrəli, 04 oktyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, “2019-cu il buraxılışlı, mühərrik nömrəsi L15BE3736516, BAN nömrəsi 1HGCV1618KA608139, rəngi qara metallik olan, “Honda Accord” markalı, **-AH-*** dövlət qeydiyyat nömrə nişanlı və 2023-cü il istehsal tarixli, mühərrik nömrəsi G4FGPU104134, BAN nömrəsi KMHLN41BBPU518476, rəngi boz metallik olan, “Hyundai Elantra” markalı, **-AT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilləri Bank Olmayan kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, qeyd edilən nəqliyyat vasitələri etibarnamə əsasında Cəmiyyətin bir neçə sürücüsü tərəfindən idarə edilir. Lakin inzibati protokol daha öncə məlumatlarını təqdim etdiyimiz şəxs barəsində tərtib edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, inzibati xəta törədildiyi halda həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədilə Cəmiyyətə sorğu verilməsini xahiş edirik” məzmunda olmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nahid Hüseynov tərəfindən Bakı Şəhər Baş X16 İdarəsi və Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi Dövlət X12 ünvanlanmış 6921 nömrəli, 05 dekabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, “2019-cu il buraxılışlı, mühərrik nömrəsi L15BE3736516, BAN nömrəsi 1HGCV1618KA608139, rəngi qara metallik olan, “Honda Accord” markalı, **-AH-*** dövlət qeydiyyat nömrə nişanlı və 2023-cü il istehsal tarixli, mühərrik nömrəsi G4FGPU104134, BAN nömrəsi KMHLN41BBPU518476, rəngi boz metallik olan, “Hyundai Elantra” markalı, **-AT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilləri Bank Olmayan kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, qeyd edilən nəqliyyat vasitələri etibarnamə əsasında Cəmiyyətin bir neçə sürücüsü tərəfindən idarə edilir. Lakin inzibati protokol daha öncə məlumatlarını təqdim etdiyimiz şəxs barəsində tərtib edilir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan məsələ ilə haqlı 04 oktyabr 2024 cü il tarixdə müraciət olunmasına baxmayaraq Cəmiyyətin mülkiyyətində olan avtomobillər üzrə inzibati xəta törədildiyində inzibatı tənbeh vermə haqqında qərar daha öncə məlumatlarını təqdim etdiyimiz şəxs barəsində qəbul olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, inzibati xəta törədildiyi halda həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədilə Cəmiyyətə sorğu verilməsini xahiş edirik” məzmunda olmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nahid Hüseynov tərəfindən Bakı Şəhər Baş X16 İdarəsi, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi X14 Şöbəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlanmış 0011/25 nömrəli, 06 yanvar 2025ci il tarixli məktubun surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Honda Accord” markalı, **-AH-*** dövlət qeydiyyat nömrə nişanlı və “Hyundai Elantra” markalı, **-AT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobillərinin sürücüləri barədə məlumatlar təqdim edilmişdir (cədvəldə sürücülərin soyad, ad, ata adları, şəxsiyyət vəsiqələrinin və sürücülük vəsiqələrinin nömrələri göstərilməklə). Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X8 nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DİN Baş X14 İdarəsinin polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli, EQ 23771112 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 24 sentyabr 2024-cü il tarixində saat 13:50:41 radələrində Bakı, Akim Abbasov, 73 ünvanında “HYUNDAİ Elantra minik” markalı, 77AT907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini səkilərdə dayanması və ya durması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə edilmişdir. X8 şikayət ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:50:41 radələrində o, “HYUNDAİ Elantra minik” markalı, 77AT907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməmişdir, ümumiyyətlə isə həmin nəqliyyat vasitəsi BOKT "xxxx" QSC-nin mülkiyyətindədir, hadisə baş verən gün də həmin avtomobili QSC-də sürücü vəzifəsində işləyən əməkdaş idarə etmişdir. Lakin buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 346.9-cu maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon xx.xx.2025-ci il tarixli, 3(004)- 156/2025 saylı məktubu ilə DİN Baş X14 İdarəsinə şikayət üzrə bütün sübutları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində olan 26 dekabr 2024-cü il tarixli, EQ 23771112 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, şikayətçinin də şikayətində qeyd etdiyi kimi nəqliyyat vasitəsi onun direktoru olduğu QSC-yə məxsus olmuş, şikayətçi tərəfindən müvafiq orqanlara (Bakı Şəhər Baş X16 İdarəsi, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi X14 Şöbəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə) Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Honda Accord” markalı, **-AH- *** dövlət qeydiyyat nömrə nişanlı və “Hyundai Elantra” markalı, **-AT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobillərinin sürücüləri barədə məlumatlar göstərilməsinə baxmayaraq, həmçinin məhkəmənin eyni inzibati xəta ilə bağlı inzibati tənbeh vermə haqqında qərarın səlahiyyətli orqan tərəfindən şəxsin təqsirini sübut edə biləcək materiallara əsaslanmadan qəbul edildiyindən ləğv edilərək yenidən baxılması üçün DİN Baş X14 İdarəsinə göndərilməsinə baxmayaraq, heç bir araşdırma və sübut toplanılmadan yenidən eyni qərarın qəbul edilməsi və s. kimi hallar inzibati xətanın X8 tərəfindən baş verməsini şübhə altına almış, qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, bundan əlavə X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli, EQ 23771112 saylı qərar ləğv edilməli və X4 əməlində AR İXM-nin 346.9-cu maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli, EQ 23771112 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar