Məhkəmə qərarları › İş №3(004)-1560/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1560/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1560/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə xx.xx.1968-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 28.06.2021-ci il tarixdə saat 09:30-dan 13:00-dək olan müddət ərzində ünvan 2 ünvanında vət. X6 məxsus ümumi küçədə divara bərkidilmiş qaz sayğacını oğurlayıb, T.Həsənova 68 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 09.06.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 4 ünvanında vət. X10 məxsus qaz sayğacını oğurlayıb, L.Orucovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 10.06.2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 6 ünvanında vət. X8 məxsus qaz sayğacını oğurlayıb, İ.Bolotnikovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 10.06.2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 7 ünvanında vət. X3 məxsus qaz sayğacını oğurlayıb, S.Mursakulovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 16.06.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 8 ünvanında vət. X5 məxsus qaz sayğacını oğurlayıb, Y.Qasımovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 28.06.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 9 ünvanında vət. X7 məxsus qaz sayğacını oğurlayıb, K.Hacımuradova 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 03.07.2021-ci il tarixdə ünvan 10 ünvanında vət. X11 məxsus qaz sayğacını oğurlayıb, K.Əliyevaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 02.07.2021-ci il tarixdə saat 12:00 radələrində ünvan 11 ünvanında vət. X12 məxsus qaz sayğacını oğurlayıb, B.Məmmədovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 05.07.2021-ci il tarixdə saat 19:00 radələrində ünvan 12 ünvanında vət. X16 məxsus su və qaz sayğaclarını oğurlayıb, C.Zeynalova 155,60 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 05.07.2021-ci il tarixdə saat 13:30 radələrində ünvan 13 ünvanında vət. X19 məxsus qaz sayğacını oğurlayıb, F.Əbiyeva 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 01.07.2021-ci il tarixdə ünvan 14 ünvanında vət. X13 məxsus qaz sayğacını oğurlayıb, M.Rüstəmova 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 14.05.2021-ci il tarixdə saat 16:00 radələrində ünvan 15 ünvanında vət. X4 məxsus su sayğacını oğurlayıb, N.Qasımovaya 88,58 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 23.05.2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 16 ünvanında vət. X14 məxsus qaz sayğacını oğurlayıb, A.Əsgərovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 26.05.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 17 ünvanında vət. X9 məxsus qaz sayğacını oğurlayıb, Y.Məlikovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 22.05.2021-ci il tarixdə saat 17:00-dan 20:00-dək olan müddət ərzində ünvan 18 ünvanında vət. X17 məxsus qaz sayğacını oğurlayıb, E.İmamyarlıya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 30.05.2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 19 ünvanında vət. X21 məxsus qaz sayğacını oğurlayıb, R.Aslanova 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 30.05.2021-ci il tarixdə saat 17:30 radələrində ünvan 20 ünvanında vət. X20 məxsus qaz sayğacını oğurlayıb, R.Əliyevaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 10.06.2021-ci il tarixdə ünvan 21 ünvanında vət. X22 məxsus qaz sayğacını oğurlayıb, S.Armana 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 14.06.2021-ci il tarixdə ünvan 22 ünvanında vət. X18 məxsus qaz sayğacını oğurlayıb, Ü.Məmmədovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 13.06.2021-ci il tarixdə saat 15:00 radələrində ünvan 23 ünvanında vət. X1 məxsus qaz sayğacını oğurlayıb, S.Cabbarovaya 67,02 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, 29.05.2021-ci il tarixdə saat 13:00 radələrində ünvan 24 ünvanın blokunda yerləşən taxta mebel şkafının içərisindən vət. X15 məxsus “X40” markalı avtomobilin 01 dəst amartizatoru və müxtəlif növ mətbəx əşyalarını oğurlayıb, R.Qədirova 500 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən 06.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, vətəndaşa maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə rəisi Eldəniz Hüseynov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçıları F.Şirinovun 21.05.2021-ci il tarixli, 10.06.2021-ci il tarixli, 30.06.2021-ci il tarixli, 05.07.2021-ci il tarixli, A.Əliyevin 08.06.2021-ci il tarixli, T.Əzizovun 03.07.2021-ci il tarixli, 05.07.2021-ci il tarixli, S.Əkbərlinin 03.06.2021-ci il tarixli, 08.06.2021-ci il tarixli, 05.07.2021-ci il tarixli, F.Cənnətovun 05.07.2021-ci il tarixli, N.Seyidzadənin 24.06.2021-ci il tarixli, 05.07.2021-ci il tarixli qərarlarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməllərin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 05.07.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 19:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 01 ay (bir ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 05 .07.2021-ci il tarixindən, saat 19:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar