Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1563/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 205-də yerləşən Şəxs MMCbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin mülkiyyətində olan **-AL-*** nömrəli, “Hyundai” markalı nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Bununla Şəxs MMCtərəfindən İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Bu barədə Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, AP ******* saylıinzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 bildirdi ki, hüquqi şəxsə çatdırılmış sorğuya xx.xx.2020-ci il tarixli məktubla cavab verilib. Həmin məktubun surətini məhkəməyə təqdim edilmişdir. ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi şəxsin nümayəndəsinin sorğuya cavab verilməsinə dair məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktuba əlavədə sürücünün adının Amir Sherif olması eyd edilmişdir. Lakin sürücünün adı tam göstərilməmiş, yəni ata adı göstərilməmişdir. Sürücülük vəsiqəsinin seriyası göstərilməmişdir. Halbuki sorğuda sürücünün adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin nömrəsi və seriyası tələb edilmişdir. Belə olduğu təqdirdə həmçinin sürücünün kimliyinin dəqiq müəyyənləşdirilməsindəki çətinliyin aradan qaldırılması üçün sürücünün Fərdi İdentifikasiya Nömrəsi və ya Şəxsiyyə Vəsiqəsi məlumatları göstərilməmişdir. Əgər həmin məlumatlardan biri göstərilsəydi, bu zaman sorğu edən orqan elektron sistem vasitəsinə sürücünün kimliyini dəqiq müəyyən edə bilərdi və bununla da natamamlığın aradan qaldırılması mümkün ola bilərdi. Lakin İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Bununla da hüquqi şəxsin İXM-nin 347-ci maddəsindəki inzibati xətanı törətməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilə-rkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təq-si-ri-nin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1563/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1563/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver