Məhkəmə qərarları › İş №3(004)-1565/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1565/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1565/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan“Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialınınAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairBakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli, AP seriyalı0123368 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli, AP seriyalı0123368 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,“Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialı onun mülkiyyətində (istifadəsində) olan “Nissan X-Trail” (minik) markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(004)-1565/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən“Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən sözügedən qərardan verilmiş apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində baxılmış və həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 3(103)-1357/2020 nömrəli qərarına əsasən şikayət təmin edilərək “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(004)-1565/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün hakimə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Alkataş İnşaat və Taahhüt Anonim” şikətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi şirkətin mülkiyyətində olan “Nissan X-Trail” (minik) markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialına ünvanladığı xəbərnaməli məktub rəsmi qaydada çatdırılmamışdır. Xəbərnamə üzərində məktubun “Əliyeva” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilməsi göstərilsə də şirkətdə belə bir şəxsin işləmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq “Alkataş İnşaat və Taahhüt Anonim” şikətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri baradə protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialınınAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialına ünvanladığı məktubdan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 13:33-də onun mülkiyyətində olan“Nissan X-Trail” (minik) markalı, **-PG-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir.Lakin sorğu imzasız və möhürsüz olmaqla, onun tərtib edildiyi tarix və qeydiyyat nömrəsi, o cümlədən haqqında sorğu verilmiş sürücü barəsində hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməsi bəlli deyildir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, üzərində yalnız Alkataş İnşaat, 99PG971 məzmunlu qeydlər edilmiş, 1 ədəd yəni, xx.xx.2020ci il tarixli poçt ştampı vardır. Xəbərnamədəki qeydə əsasən sorğu xx.xx.2020-ci il tarixdə ünvan sahibinə çatdırılmış və “Əliyeva” soyadlı naməlum şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir. Məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli PƏŞ-2-11-1-17/4297 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanan “SS658782917AZ” saylı ştrix kodlu sifarişli məktub xx.xx.2020-ci il tarixdə 122 saylı poçt şöbəsinə qəbul edilərək ünvanı üzrə göndərilmişdir. Lakin həmin məktubun üzərindəki ünvan natamam qeyd edildiyi üçün mövcud qaydaların tələblərinə uyğun xx.xx.2020-ci il tarixdə müvafiq sənədə imza etdirməklə göndəriciyə, yəni ünvan sahibinə çatdırılmadan Yasamal RPİnin DYPŞ-nə geri qaytarılması aşkar olunmuşdur. Beləliklə məhkəmə mövcud şübhələri barəsində protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, Yasamal RPİ-nin DYPŞ-nin xəta törətmiş sürücü barədə məlumatların təqdim edilməsinə dair müvafiq sorğusu ünvan sahibinə çatdırılmamış və göndəriciyə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məktubun hüquqi şəxs tərəfindən qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş qurum tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərlə yanaşı iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, hazırki işin hallarından müəyyən edilmişdir ki, “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialınınmülkiyyətində (istifadəsində) olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə olunması üçün Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusu hüquqi şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırılmamışdır. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs “Alkataş İnşaat və Taahhüt Anonim“ şikətinin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ya əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, “Alkataş İnşaat və Taahhüt Anonim“ şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Alkataş İnşaat və Taahhüt Anonim“ şirkətinin Azərbaycan Respublikasındakı filialınınbarəsində xx xxxx 2020-ci il tarixli, AP seriyalı0123368 nömrəliprotokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar