Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1565/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Abbasov Əhməd-Mustafa Şamil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 4 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 4 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Yasamal rayonu, Bakı Dairəvi yolu 147/1 ünvanında yerləşən “Azoil” yanacaqdoldurma məntəqəsinin ərazisində (Şəxs MMC) YDM-nin reklam lövhəsinin qarşısında magistral avtomobil yolunun mühafizə zolağında 01 ədəd köküstə yaş (dm 26 sm) şam ağacının məhv edilməsinə görə «Synergy Trading” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Abbasov Əhməd-Mustafa Şamil oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək «Synergy Trading” MMC-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, məhv edilmiş şam ağacı «Synergy Trading” MMC-yə məxsus “Azoil” yanacaqdoldurma məntəqəsinin reklam lövhəsinin qarşısında olduğuna görə onun həmin hüquqi şəxs tərəfindən məhv edilməsi ehtimalını yaradır. Bununla bağlı hər hansı başqa sübut mövcud deyildir. Sadəcə olaraq İdarənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman bir ədəd şam ağacının məhv edilməsi aşkar edilmiş və bununla bağlı fotoşəkillər çəkilmişdir. Qeyd edilən ərazi Şəxs MMC-yə məxsus “Azoil” yanacaqdoldurma məntəqəsinin ərazisinə yaxın olduğundan və həmin ağac YDM-nin reklam lövhəsinin qarşısında olduğundan, reklam lövhəsinin görüntüsünə maneə törətdiyindən hüquqi şəxs ağacı məhv etməkdə maraqlı olmuşdur. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, inzibati orqan tərəfindən əraziyə baxış keçirilmiş, daha sonra fotoşəkillər çəkilərək akt tərtib edilməklə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Həmin prosesdə Şəxs MMC-nin deirektoru X2 da iştirak etmiş və izahatında qeyd etmişdir ki, ağac onlar tərəfindən kəsilməmişdir. Lakin inzibati orqan hesab etmişdir ki, əgər həmin ağac Şəxs MMC-yə məxsus “Azoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında kəsilmişdirsə bu hal mütləq ona dəlalət edir ki, həmin hüquqi şəxs tərəfindən məhv edilmişdir. İnzibati orqan tərəfindən Şəxs MMC tərəfindən törədilməsinə istinad olunan əməl heç bir mötəbər sübutla əhatə olunmamışdır. Sadəcə olaraq inzibati orqan tərəfindən ehtimal edilmişdir ki, həmin əməl Şəxs MMC tərəfindən törədilmişdir. Bundan başqa sözügedən ərazi Şəxs MMC-yə məxsus deyildir. Yanacaqdoldurma məntəqəsinin icarəyə götürüldüyü ərazinin hüdudlarına dair çertyojsxem məhkəməyə təqdim edilmişdir. Həmin sxemdən görünür ki, qeyd edilən ərazi “Azoil” yanacaqdoldurma məntəqəsinin yerləşdiyi əraziyə daxil deyildir. İnzibati orqan tərəfindən protokol tərtib edilərkən yalnız ehtimallara əsaslanılmış, şahid ifadələri, videogörüntü və s. kimi mötəbər sübutlara istinad edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 4 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Yasamal rayonu, Bakı Dairəvi yolu 147/1 ünvanında yerləşən “Azoil” yanacaqdoldurma məntəqəsinin ərazisində (Şəxs MMC) YDM-nin reklam lövhəsinin qarşısında magistral avtomobil yolunun mühafizə zolağında 01 ədəd köküstə yaş (dm 26 sm) şam ağacının məhv edilməsinə görə «Synergy Trading” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 89131 nömrəli aktdan görünür ki, “yanacaqdoldurma məntəqsində ağacı kəsib zibilliyin altında gizlədiblər” məzmunli müraciət “Azoil” YDM-ni direktoru X1 iştirakı ilə araşdırılmış, araşdırma müddəti ərzində Yasamal rayonu, Bakı Dairəvi yolu 147/1 ünvanında yerləşən “Azoil” yanacaqdoldurma məntəqəsinin ərazisində keçirilən baxış zamanı 01 ədəd kök üstə yaş bioloji inkişafda olan (dm 26 sm) şam ağacının kök boğazsından kəsilərək məhv edilməsi faktı öz əksini tapmışdır. Aşkar olunmuş faktla bağlı YDM-ni direktoru X3 izahatında sözügedən ağacın onlar tərəfindən kəsilmədiyini qeyd etmişdir. Lakin həmin ağacın “Azoil” yanacaqdoldurma məntəqəsinin reklam lövhəsinin qarşısında olmasını, onun görüntüsünə maneə yaratmasını nəzərə alaraq ağacın bilərəkdən məqsədli şəkildə kəsildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, inzibati iş üzrə icraata baxılması və inzibati xəta haqqında protokolun tərtib edilməsi məqsədilə Şəxs MMC-nin nümayəndəsinin xx.xx.2025-ci il tarixdə saat 11:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, 4 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı Şəxs MMC-yə məlumat verilmişdir. İş materiallarında olan Yasamal rayonu, Bakı Dairəvi yolu 147/1 ünvanında yerləşən “Azoil” yanacaqdoldurma məntəqəsinin ərazisində yaşıllığın məhv edilməsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli cədvəldən görünür ki, dəymiş ziyanın məbləği 1500 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli HASY-10/24 saylı icarə müqaviləsindən görünür ki, X4 ilə Şəxs MMC arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi yol 31 ünvanında yerləşən, ümumi sahəsi 48.3 kv.m olan qeyri-yaşayış sahəsi 147 saylı yanacaqdoldurma məntəqəsi və 04 ədəd müxtəlif ölçülü yanacaq çəni icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş “topoqrafik plan və faktiki materiallar xəritəsindən” görünür ki, inzibati xəta haqqında protokolda qeyd edilən ağacın məhv edildiyi yer Şəxs MMC-yə məxsus “Azoil” yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyi obyektin ərazi hüdudlarından kənardadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1565/2025 saylı xx.xx.2025-ci il tarixli sorğuya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 11-1/2-2864-8/2025 nömrəli cavab məktubundan görünür ki, "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Bakı Dairəvi 147/1 ünvanında yerləşən “ASKO” YDM-nin (məktubunuzda “AZOİL” YDM kimi göstərilir) qarşısından keçən avtomobil yolu “şəhər tipli” magistral avtomobil yoluna aiddir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 4 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə qeyd edilən inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsinə əsasən magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min beş yüz manat miqdarında, vəzifəli şəxslər altı min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan tərəfindən protokol tərtib edilərkən yalnız ehtimallara əsaslanmaqla ümumiyyətlə hər hansı mötəbər sübutla müşayiət olunmamışdır. Halbuki sözügedən inzibati xəta hadisəsinin təsbit olunduğu qanunun müvafiq maddəsinin sanksiyasından görünür ki, həmin əmələ görə kifayət qədər ciddi məbləğdə cərimə cəzasından söhbət gedir. Qeyd edilən tənbeh növünün hər hansı şəxsə tətbiq edilməsi üçün həmin şəxsin inzibati xəta hadisəsini törətməsində təqsiri yalnız ehtimallara əsaslanaraq müəyyən edilə bilməz, əksinə inzibati xətanın törədilməsində təqsir birbaşa və mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Digər tərəfdən məhkəmə iş materiallarında olan ərazinin müxtəlif vaxtlarda qeydə alınmış peyk görüntülərini, fotoşəkilləri, eləcə də sahibkarlıq obyektinin çertyoj-plan sxemini müqayisəli olaraq tədqiq edərək müəyyən etmişdir ki, inzibati orqan tərəfindən inzibati xəta hadisəsinin məhz qeyd edilən hüquqi şəxs tərəfindən törədilməsinin güman edilməsi, ehtimal etməsi ağlabatan deyildir. Belə ki, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, araşdırma zamanı aşkar edilmiş kəsilmiş ağac Şəxs MMC-yə məxsus “Azoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında quraşdırılan reklam lövhəsinin qarşısında yerləşmiş və onun görünməsinə maneə yaratmışdır. Buna görə də hüquqi şəxsin həmin ağacı məhv etməkdə marağı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sözügedən ərazinin istər peyk görüntülərindən, istərsə də digər fotoşəkillərindən müəyyən edilmişdir ki, Bakı Beynəlxalq Avtovağzal istiqamətindən kənar dairəvi yola birləşən üzü Qaradağ rayonu istiqamətinə olan yolda “Azoil” yanacaqdoldurma məntəqəsinə məxsus cəmi bir reklam lövhəsi mövcuddur və kəsilmiş ağac həmin reklam lövhəsinin qarşısında deyil arxa tərəfində mövcud olmuşdur. Belə olan halda kəsilmiş olan sözügedən ağac həmin istiqamətdə hərəkətdə olan avtomobillərə münasibətdə qarşıda yanacaqdoldurma məntəqəsinin olmasını bildirməsinə maneə yaratmır yəni avtomobillərin hərəkət zolağı boyu reklam lövhəsinin qarşısı tamamilə boşdur. Digər tətəfdən müəyyən olunur ki, Şəxs MMC tərəfindən məhv edilməsi güman edilən ağac reklam lövhəsinin arxa tərəfindədir. Hansı ki, həmin ağac yalnız yolun əks istiqamətindən gələn avtomobillərin reklam lövhəsini görməsini çətinləşdirə bilər. Magistral yolun əks istiqamətindən gələn avtomobillər “Azoil” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra, yəni bilavasitə yanacaqdoldurma məntəqəsini vizual olaraq müşahidə etdikdən sonra reklam lövhəsi ilə qarşılaşırlar. Belə olan halda, məhkəmə hesab edir ki, reklam lövhəsi öz təyinatını itirməklə hüquqi şəxsin gözlənilən marağını qarşılaya bilməz. Çünki həmin reklam lövhəsinin quraşdırılmasındakı məqsəd sürücüləri yanacaqdoldurma məntəqəsinə çatmamışdan öncə xəbərdar etmək və onların sürətlərini azaldaraq həmin obyektə doğru istiqamət götürərək daxil olmasıdır. Lakin magistral yolun hər iki hərəkət istiqaməti arasında dəmir arakəsmələr mövcud olduğundan birincisi yolun əks istiqamətində hərəkət edən avtomobillər həmin reklam lövhəsini görsələr belə yanacaq doldurma məntəqəsinə daxil olmaları mümkünsüzdür, ikincisi isə əks istiqamətdə hərəkət edən avtomobillər ilk olaraq üzərində “Azoil” yazısı olan yanacaq doldurma məntəqəsini görürlər və təxminən 70-80 metr məsafədən sonra həmin reklam lövhəsini görə bilirlər və ağacın həmin lövhənin qarşısını kəsməsi məhkəmə hesab edir ki, istehlakçılara satılan məhsulun reklamı baxımından əhəmiyyətli hesab edilə bilməz. Çünki istehlakçı ilk əvvəl yanacaq doldurma məntəqəsinin özünü görür və əlavə olaraq reklam lövhəsinin görünüb görünməməsi heç nəyi dəyişmir. Məhz bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, sözügedən yolda yanacaq doldurma məntəqəsinin qarşısı ilə yolun əks istiqamətdə hərəkətdə olan avtomobillərin sürücülərinə münasibətdə ağacın reklam lövhəsinin qarşısını kəsməsi və bununla da istehlakçıların məlumat əldə edə bilməmələri ilə bağlı protokol tərtib etmiş orqanın nümayəndəsinin dəlilləri əsaslı, inandırıcı və ağlabatan hesab edilə bilməz. Bundan başqa sözügedən ərazidən ağacın sadəcə olaraq kəsilməsi, digər hissəsinin həmin ərazidən kənarlaşdırılmaması və qalıqlarının orada saxlanılması özü-özlüyündə şübhəli məqamdır. Belə ki, ağacı kəsmək marağında olan şəxsin dəlilləri ortadan qaldırmaq əvəzinə orada saxlaması işin şübhəli məqamlarından biridir. Eyni zamanda hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi “Azoil” yanacaqdoldurma məntəqəsinin icarə əsasında fəaliyyət göstərdiyi obyektin çertyoj-sxemindən görünür ki, reklam lövhəsinin quraşdırıldığı ərazi həmin obyektin ərazi hüduqlarından xeyli kənardadır onların məsuliyyət dairəsində olan ərazı deyildir. Həmçinin iş materiallarına əlavə edilmiş HASY-10/24 saylı icarə müqaviləsindən görünür ki, Şəxs MMC həmin yanacaq doldurma məntəqəsini xx.xx.2024-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Lakin inzibati orqan inzibati araşdırma zamanı ağacın kəsilmə tarixini dəqiq müəyyən etməməsi, bununla bağlı mötəbər sübutun işdə olmaması hazırda məhkəmə tərəfindən ağacın yuxarıda qeyd edilən tarixdən əvvəl və ya sonra kəsilməsi məsələsini dəqiqləşdirmək imkanından məhrum edir. Beləliklə məhkəmə inzibati xəta haqqında protokolu əlavə edilmiş iş materialları və təqdim edilən sənədlərlə birlikdə tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsində qeyd edilən əməlin Şəxs MMC tərəfindən törədilməsinə dair əsaslı şübhələr mövcud olduğundan və inzibati xəta haqqında protokol kifayət qədər mötəbər sübutlarla müşayiət olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu mövqeyini həm də onunla əsaslandırır ki, şəxsin kifayət qədər ciddi cərimə sanksiyası nəzərdə tutulan inzibati xətaya görə sadəcə olaraq ehtimallara əsaslanmaqla, hətta həmin ehtimalların doğruluq payı yüksək olsa belə inzibati məsuliyyətə cəlb edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Bu hal özlüyündə şəxsin təqsirsizlik prezumpsiyasının pozulmasına səbəb olmaqla, əsas konstitusion hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nİn barəsində tərtib olunmuş 4 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun barəsində iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,48-51,53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 4 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1565/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1565/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver