Məhkəmə qərarları › İş №3(004)-1569/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1569/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1569/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 18 fevral 2024cü il tarixli EQ seriyalı 19528208 nömrəli və 01 mart 2024-cü il tarixli EQ seriyalı 19715351 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 18 fevral 2024cü il tarixli EQ seriyalı 19528208 nömrəli və 01 mart 2024-cü il tarixli EQ seriyalı 19715351 nömrəli qərarlarından Hacıqabul Rayon Məhkəməsinə şikayət vermişdir. Hacıqabul Rayon Məhkəməsinin 3(071)-63/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Hacıqabul Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığı yaranır. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən şikayətə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət vermədiyindən və hadisənin törədildiyin yerin Bakı şəhəri, Yasamal rayonu ərazisi olduğu müəyyən edildiyindən inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, X1nun ərizəsində qeyd etdiyi törətməsi ehtimal olunan inzibati tənbeh vermə haqqında 18 fevral 2024-cü il tarixli EQ seriyalı 19528208 nömrəli qərardan görünür ki, həmin inzibati xətanın törədildiyi yer C.Hacıbəyli küçəsidir. Həmin ünvan Bakı şəhəri, Nərimanov rayonunun inzibati ərazisinin hüdudları daxilindədir. Bundan başqa törətməsi ehtimal olunan inzibati tənbeh vermə haqqında 01 mart 2024-cü il tarixli EQ seriyalı 19715351 nömrəli qərardan görünür ki, həmin inzibati xətanın törədildiyi yer R.Behbudov N.Şahbazov küçəsi, parkın yanıdır. Həmin ünvan Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinin hüdudları daxilindədir. İş materiallarına əlavə edilmiş “Müvəqqəti qeydiyyat vəsiqəsi”ndən görünür ki, X2 yaşayış yeri Hacıqabul rayonu, Muğan qəsəbəsidir. Hacıqabul Rayon Məhkəməsinin qərarındakı yuxarıda qeyd edilən həmin mövqeylə bağlı fikir ayrılığı yaranır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda qeyd edilən hallara Hacıqabul Rayon Məhkəməsinin qərarında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşa bilinməz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apelyasiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 18 fevral 2024cü il tarixli EQ seriyalı 19528208 nömrəli və 01 mart 2024-cü il tarixli EQ seriyalı 19715351 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət üzrə Hacıqabul Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar