Məhkəmə qərarları › İş №3(004)-1571/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1571/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1571/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun, Tələbkar (zərərçəkmiş şəxs) Azevrolizinq MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1986-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-1969\2021 nömrəli 25 oktyabr 2021-ci il tarixli və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqələrinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X1 bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1969\2021 nömrəli 25 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4900 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 4930 (dörd min doqquz yüz otuz) manat tutularaq X3 verilməlidir. Eyni zamanda Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3281/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsinə əsasən Lizinq obyekti olan “Daewoo Lacetti" markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomaşın Şəxs alınaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə verilməlidir. Şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 09 aprel 2015-ci il tarixli AL-883 saylı daxili Lizinq müqaviləsi üzrə faiz ödənişi qismində əsas məbləğ kimi 7383 (yeddi min yüz səksən üç) manat 97 (doxsan yeddi) qəpik, lizinq mükafatı qismində 1.638 (min aili yüz otuz səkkiz) manat 76 (yetmiş altı) qəpik və dəbbə pulu qismində 10 (on) manat, cəmi 9.032 (doqquz min otuz iki) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Şəxs icra vərəqlərinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, maddi imkansızlıqdan və kifayət qədər gəliri olmadığından bu günə qədər tələbkar X4 icra vərəqəsində göstərilən məbləği vaxtlı vaxtında ödəyə bilməmişdir. Eyni zamanda bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmırvə hazırda tələbkar Müşviq Rəhimova 1000 manat ödəniş etmişdir. Yeni işə düzəlmişdir. Bundan sonrada hissə-hissə ödəniş edəcəkdir. Belə olan halda barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, tələbkar "xxxx" MMC-yə olan münasibətdə həmin icra vərəqəsindən hal hazıradək ümumiyyətlə xəbərsiz olmuşdur. Nə icra məmuru nə də ki Azevrolizinq tərəfindən ona heç bir məlumat verilməmişdir. Məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Ödənişləri edəcəkdir. Məhkəmə iclasında Azevrolizinq MMC-nin nümayəndəsi X5, icra vərəqəsi üzrə borclu Şəxs bu günə qədər borcundan heç bir ödəniş etməmişdir. Borclu barəsində hazırda inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1969\2021 nömrəli 25 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4900 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 4930 (dörd min doqquz yüz otuz) manat tutularaq X3 verilməlidir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Lizinq obyekti olan “Daewoo Lacetti" markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomaşın Şəxs alınaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə verilməlidir. Şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 09 aprel 2015-ci il tarixli AL-883 saylı daxili Lizinq müqaviləsi üzrə faiz ödənişi qismində əsas məbləğ kimi 7383 (yeddi min yüz səksən üç) manat 97 (doxsan yeddi) qəpik, lizinq mükafatı qismində 1.638 (min aili yüz otuz səkkiz) manat 76 (yetmiş altı) qəpik və dəbbə pulu qismində 10 (on) manat, cəmi 9.032 (doqquz min otuz iki) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Ramin Muradov tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 112 nömrəli ödəniş qəbzindən görünür ki, 416973******4949 art nömrəsinə 1,000.00 AZN məbləğində pul daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən tələbkara 1000 manat məbləğində vəsait ödənilməklə bərabər, borclu tərəfindən yaxın vaxtlarda qətnamə ilə yaranmış borcun tam şəkildə ödənilməsinə dair söz verilmişdir. Məhkəmə eyni zamanda Şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 3281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə əlaqədar bildirir ki, məhkəmə araşdırması zamanı icra işinin içərisində Şəxs həmin işlə bağlı xəbərdar edilməsi ilə bağlı (icraata başlamaq haqqında qərarın ona verilməsi, tələbil könüllü icrası ilə əlaqədar bildirişin ona verilməsi və.s) hər hansı bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yaranmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar