Məhkəmə qərarları › İş №3(004)-1573/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1573/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1573/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Qərardan şikayət edən şəxs X2, AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin adından X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 02 fevral 2023-cü tarixdə, saat 08:30 radələrində mülkiyyətində olan "Mercedes Benz E200 minik" markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.Mirqasımov küçəsi ilə hərəkətdə olan zaman Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən saxlanıldı. Polis əməkdaşı tərəfindən yol ver işarəsinin tələbini pozmağını bildirdi. O, polis əməkdaşı ilə razı olmayaraq, video görüntüyə baxış tələb etdi. Lakin görüntü baxış keçirilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edildi. Həmin vaxt polis əməkdaşından iş üzrə qərar qəbul edilməməsini, onun iştirakı ilə baxılmasını xahiş etdi. Həmin günü tərəfindən müvafiq quruma şikayət ilə müraciət edildi. Ondan sonra 09 mart 2023-cü il tarixə Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinə dəvət edildi. Həmin vaxt müəyyən oldu ki, protokol tərtib etmiş inspektor onun iradına baxmayaraq, 02 fevral 2023-cü il tarixdə protokol tərtib edən zaman qərar da qəbul etmişdir. Halbuki o, protokola etiraz etmişdir. Şikayəti əsasında araşdırma zamanı ona təqdim olunan görüntüdə başqa bir nəqliyyat vasitəsinin görüntüsü təqdim edilərək, guya onun nəqliyyat vasitəsi olması bildirildi. Görüntüdə olan nəqliyyat vasitəsinin başqa olmasını, nömrə nişanı ilə təqdim edilməsini tələb etsə də əsassız olaraq qərar qəbul edilərək, surəti ona təqdim edilmişdir. Bundan başqa İXP ******* saylı, 02 fevral 2023-cü il tarixli protokol əsasında qəbul edilmişdir. Həmin protokol isə natamam olmuşdur. Belə ki, hadisə yeri göstərilməmiş, sübutlar barədə məlumat, ümumiyyətlə hər hansı sübut olubolmaması barədə qeyd yoxdur. Bundan başqa qərar qəbul edən zaman da heç bir sübut tədqiq edilməmiş, ancaq protokola istintad edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin adından X4 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. X5 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuşdur.Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Bəhram Səmədzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, B.Səmədzadə xx.xx.2023-cü il tarixdə “Mercedes Benz E 200” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri A.A. Mirqasımov 4 g ünvanında Bakı şəhər DYPİ YPX polis siravisi X3 tərəfindən tərəfindən saxlanılmış və barəsində 02 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, törədilməsi istinad edilən inzibati xətanın həqiqətən də baş verib verməməsinin müəyyən edilməsi məhkəmə araşdırması zamanı mümkün olmadığından qərar qəbul etmiş orqan tərəfindən şikayətdə qeyd edilənlər Bəhram Səmədzadənin iştirakı ilə ətraflı araşdırılmalı və onun nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhəri X10 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar