Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1574/2022 16.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.2003-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə 16.03.2022-ci il tarixdə, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, 24.07.2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanının yaxınlığında park edilmiş vətəndaş X2 məxsus “VAZ 21099” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıraraq yaxınlıqda olan X3 məxsus “Audi” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuş, nəticədə R.Bəkirov və E.Muradovun avtomobillərinə maddi ziyan vurmuşdur. Protokol 16.03.2022-ci il tarixdə tərtib edilib, məhkəməyə 16.03.2022-ci il tarixdə daxil olmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11.09.2021-ci il tarixli qərara əsasən tərtib edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, bilməyərəkdən belə bir hadisə törətdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 bildirdi ki, protokolu Yasamal RPİ İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11.09.2021-ci il tarixli qərara əsasən tərtib etmişdir. İş xəta törətmiş şəxsin barəsində tənbeh qərarı çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yasamal RPİ İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11.09.2021-ci il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətanın törədilib-törədilməməsindən asılı olmayaraq iş üzrə icraatı rədd edən halların mövcudluğu müəyyən edilir. Belə ki, inzibati icraatın başlanılmasına əsas olan “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərar 11.09.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan hesablanmaqla hazırkı vaxtda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 3 aylıq müddət bitmişdir Belə ki, İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Belə olduğu təqdirdə “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərarın tarixindən hesablanmaqla artıq hazırkı vaxtda 03 aydan çox müddət keçmişdir. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1574/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1574/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver