Məhkəmə qərarları › İş №3(004)-1575/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1575/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1575/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X3 oğlunun Bakı şəhər DYPİ-nin EQ ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə müraciətinə baxaraq, m ü ə y y ə n e t d i m: X3 oğlu onun barəsində Bakı şəhər DYPİ-nin EQ ******* saylı inzibati xəta haqqında protokolun qanunsuz və qərəzsiz olduğunu bildirmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X3 oğlu inzibati xəta haqqında protokoldan şikayət etmişdir. Halbuki, qanunvericiliyə əsasən, inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Digər tərəfdən şikayətin xahiş etdi hissəsi aydın ifadə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X1 Bakı şəhər DYPİ-nin EQ ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə müraciəti Azərbaycan Respublikası İXM-nin 128-ci və 129-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə izah edir ki, gələcəkdə məhkəməyə müraciət ediləcəyi halda müddət ötürüldüyü təqdirdə müddətin bərpası barədə ərizə ilə müraciət edilməsi zəruridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X3 oğlunun Bakı şəhər DYPİ-nin EQ ******* saylı inzibati xəta haqqında protokolun mübahisələndirilməsinə dair müraciəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar