Məhkəmə qərarları › İş №3(004)-1578/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1578/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1578/2022 01.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 04.03.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, 04 mart 2022-ci il tarixdə ona məxsus olan “NİSSAN TİİDA MİNİK” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə Yasamal rayonu, B.Vahabzadə küçəsi, Elmlər Akademiyası m-st yanında 04 03.2022-ci il tarixində saat 14:30:27-da(də) Bakı Nəqliyyat Agentliyinin Hikvision DS- 2DF8236İX-AELW(BNA) tərəfindən foto və ya vided qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə BNA №2145704 saylı protokol tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin (İXM) 122-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xususı texniki vasitələrin köməyi ilə aşkarlandıqda icraatın aparılması qaydası müəyyənləşib Həmin maddədə göstərilir kı. 327.1 - 327.5. 328. 329 1. 329 2. 330. 339 1-1. 346 3. 346-1.1 346-1

5. 353 2 və 469 3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xususı texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində. “Elektron imza və elektron sənəd haqqında’ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibatı tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd edilənlərdən görsənir ki, dayanma, durma ilə tağlı müddəalar bu maddənin əhatə dairəsinə düşmür. Əlavə olaraq həmin Məcəllənin 124-cü maddəsi İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə (yəni, hadisə yerində fiziki olaraq) aşkar edildikdə icraatın aparılmasından bəhs edir. Həmin maddənin 124 5-ci və 124 6-cı hissələrindən də açıq şəkildə aydın olur ki, Məcəllənin 346.1-ci maddələrində nəzərdə tutulmuş inzibatı xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibatı xətanı törətmiş şəxsin iştirakı olmadığı (sözügedən xüsusi texniki vəsıtələr. yəni kameralar vasitəsidə bu halı da müəyyən etmək olmur) hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla. nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibatı tənbeh vermə haqqında qərar çıxarılır. İnzibatı xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. (Burdan da aydın olur ki, adıçəkilən səlahiyyətli vəzifəli şəxs faktı məsafədən yox, bilavasitə nəqliyyat vasitəsinin yanında fiziki müəyyən etməlidir) İnzibatı tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibatı xəta haqqında iş uzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu da o mənaya gəlir ki, 04.03.2022-ci il tarixində saat 14:30:27-da(də) Bakı Nəqliyyat Agentliyi tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameraların) köməyi ilə tərtib edilmiş BNA №2145704 saylı protokol və Protokola 04 mart 2022-ci il tarixli Qərar İXM-ın 122-cı və 124-cu maddələrinin müvafiq tələbləri pozulmaqla təyin edilib. Məlumdur ki, inzibati xəta və onun araşdırılması yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər. Yuxarıda qeyd olunanları rəhbər tutaraq, BNA № ******* protokola Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 04 mart 2022-cı ıl tarixli qərarın ləğv edilməsi, eləcə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X8 məhkəmə iclasında bildirdi ki, Bakı Nəqliyyat Agentliyinin qərarı qanunidir. X1rşısında dayanma durma qadağan işarəsinin altında saxlamışdır, bu səbəbdən də cərimələnmişdir. Həmçinin Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəfimizdən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. BNA-nın hazırkı qaydada icraat aparılması və inzibati tənbeh verilməsinə dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq edilmiş çoxsaylı qərarları mövcuddur. BNA-nın belə bir səlahiyyətinin olmamasına dair birinci instansiya məhkəməsi qərarlarından verilmiş şikayətlər Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir və BNA-nın bu cür səlahiyyətinin olması Bakı Apellyasiya Məhkəməsinin qərarlarında da öz təsdiqini tapmışdır. Beləliklə şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 04.03.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X9 04 mart 2022ci il tarixdə saat 14:30 radələrində “Nissan Tida minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsi, Elmlər Akademiyası m-st yanında dayanma və durma qaydalarını pozduğu üçün İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərara və qərara əlavə edilmiş BNA-nın kameralarında qeydə alınmış inzibati xətanın törədildiyi yerdən çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, səlahiyyətli orqanın həmin işə baxmaq səlahiyyəti olmuşdur, buna görə də məhkəmə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ:

X2 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 04.03.2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar