Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1586/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) X7 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC mülkiyyətində (istifadəsində) olan “Chevrolet Cruze” (minik) markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, Cəmiyyətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin sürücüləri, o cümlədən barəsində sorğu verilmiş “Chevrolet Cruze” (minik) markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar hər ilin əvvəlində X1 daxil edilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə məktubla təqdim edilir. Bundan başqa, sözügedən sorğu Cəmiyyətin hüquqi ünvanına çatdırılmamış, eyni zamanda, başlanılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və tərtib edilmiş protokolun surəti təqdim edilməmiş, iş materiallarında olan xəbərnamədəki “Hasanzadeh” soyadlı işçi isə Cəmiyyətdə işləmir. Göstərilənlərə əsasən X4 Cəmiyyət barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSCnin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs QSC-yə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 10.01.2021-ci il tarixdə, saat 02:19da cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Chevrolet Cruze” (minik) markalı, **-PT- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Əvvəla məhkəmə bildirir ki, qanunvericiliyin müvafiq normasının məzmununa görə qeyd olunan xətanın tərkibinin yaranıb-yaranmamasını müəyyən etmək üçün, ilk növbədə sorğunun ünvan sahibinə çatdırılıb-çatdırılmaması yoxlanılmalıdır. Bu fakt isə işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ehtimallara deyil, mötəbər sübutlara əsaslanmalıdır. Bu xüsusatla bağlı məhkəmə aşağıdakıları qeyd edir: 1) Protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ iş materiallarına onlar tərəfindən verilmiş sorğunun Cəmiyyətə çatdırılmasını təsdiq edən sübut olaraq poçt göndərişinin verilməsi haqqında «SS698174146AZ» ştrix kodlu xəbərnaməni məhkəməyə təqdim etmişdir. 2) Xəbərnamənin və sorğunun məzmunundan görünür ki, Şəxs QSC-yə ünvanlanmış sorğu ünvan 2əbərnamədəki qeyddən müəyyən edilir ki, sorğu 10 iyun 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Şəxs QSC-nin ofisinə çatdırılmış və “Hasanzadeh” soyadlı Şəxs QSC-nin əməkdaşı tərəfindən qəbul edilmişdir. 4) Məhkəmə tərəfindən "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq daxil olmuş 22 iyul 2021-ci il tarixli 103-5-22-1-2369 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, “SS698174146AZ” saylı sifarişli xəbərnaməli məktub 18.05.2021-ci il tarixdə 122 saylı PŞdə qəbul olunaraq xidmət ərazisi üzrə 141 saylı PŞ-yə göndərilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Şəxs QSC hüquqi ünvanını dəyişdiyindən və göndərici tərəfindən yeni ünvanın poçt indeksi səhv göstərildiyindən, sözügedən məktub mövcud qaydaların tələblərinə uyğun bir neçə poçt şöbəsinə (PŞ) göndərilsə də, sonunda alıcının dəqiq ünvanı müəyyənləşərək 11.06.2021-ci il tarixdə müvafiq sənədə imza etdirməklə təyinatı üzrə təqdim olunmuşdur. Məktubun xəbərnaməsi isə, sənədləşdirilərək geri, göndəriciyə qaytarılmışdır. Göründüyü kimi, «SS698174146AZ» ştrix kodlu xəbərnamədə sorğunun çatdırılma tarixi 10 iyun 2021-ci il, "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq daxil olmuş 22 iyul 2021-ci il tarixli 103-5-22-1-2369 nömrəli cavab məktubunda isə 11 iyun 2021-ci il tarixi kimi göstərilmişdir. Beləliklə, məhkəmənin sorğusuna cavabdan müəyyən edilmişdir ki, Şəxs QSC-nin hüquqi ünvanı dəyişdiyindən və göndərici tərəfindən yeni ünvanın poçt indeksi səhv göstərildiyindən sorğu bir-neçə poçt şöbələrinə göndərilmişdir. Lakin nəticədə sorğunun konkret olaraq hansı ünvana çatdırılması göstərilməmişdir. Həmçinin, iş materiallarında olan «SS698174146AZ» ştrix kodlu xəbərnamə ilə məhkəmə tərəfindən "xxxx" MMC-yə verilmiş sorğuya cavab arasında Yasamal RPİ-nin DYPŞ tərəfindən Şəxs QSC-yə ünvanlanmış sorğunun dəqiq çatdırılma tarixi ilə bağlı ziddiyət vardır. Göstərilən hallar məhkəmədə kifayət qədər şübhə yaradır. Belə ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəmənin icraatında olan digər iş üzrə də məhkəmə tərəfindən "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq daxil olmuş 26 iyul 2021-ci il tarixli 103-5-22-1-2400 nömrəli məktubdan görünür ki, DYPŞ tərəfindən Şəxs QSC-nin hüquqi ünvanı olan Haqverdiyev 5B ünvanına göndərilmiş “SS698173392AZ” ştrix kodlu sorğu 08.05.2021-ci il tarixdə 122 saylı poçt şöbəsinə (PŞ) təqdim olunmuş, lakin 30 saylı poçt şöbəsindən verilən məlumata əsasən Şəxs QSC-nin faktiki fəaliyyət göstərdiyi ünvanın Babək prospekti 43A olması məlum olmuşdur. Beləliklə, ünvanın düzgün qeyd olunmaması məktubun gecikməsinə səbəb olmuş və sözügedən məktub 10.06.2021-ci il tarixdə müvafiq sənədə imza etdirməklə Şəxs QSC-nin əməkdaşı “Həsənzadə” soyadlı şəxsə təqdim edilmişdir. Qeyd olunan xüsusat məhkəmə tərəfindən yoxlanılarkən Cəmiyyətin nümayəndəsi tərəfindən təqdim edilmiş 24 may 2021-ci il tarixli, HF-2021/316 və HF-2021/315 nömrəli məktublar əsasında müəyyən edilmişdir ki, Şəxs QSC rəsmi hüquqi ünvanı Yasamal rayon ərazisində yerləşdiyindən o, faktiki olaraq fəaliyyət göstərdiyi ünvanın Bakı şəhəri, Nizami rayonu, ünvan 7bəsinə və Yasamal RPİ-nin DYPŞ-yə məlumat vermişdir. Bundan başqa Şəxs QSC-nin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi işçilərin siyahısından müəyyən edilmişdir ki, Cəmiyyətin ümumiyyətlə “Həsənzadə” soyadlı işçisi yoxdur. Beləliklə, məhkəmənin icraatında olan hər iki inzibati işdə olan xəbərnamələr və "xxxx" MMC-yə verilmiş sorğulara daxil olmuş cavab məktubları müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, hazırki iş üzrə «SS698174146AZ» ştrix kodlu xəbərnamə ilə ünvan 8 ünvanda qeyri-dəqiqlik olduğundan gecikmə ilə qeyri-müəyyən vaxtda Şəxs QSCyə qeyri-müəyyən ünvana və şəxsə çatdırılmışdır. Lakin “SS698173392AZ” ştrix kodlu xəbərnamə ilə Yasamal rayonu Haqverdiyev 5B ünvanına göndərilmiş məktub, 10 iyun 2021-ci il tarixdə Şəxs QSC-nin faktiki fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43A ünvanında “Həsənzadə” soyadlı naməlum şəxsə təqdim edilmişdir. Hansı ki, hazırda Cəmiyyət tərəfindən təqdim edilmiş sənəddən görünür ki, qeyd olunan soyadda ümumiyyətlə Cəmiyyətlə hüquqi bağlılığı olan işçi mövcud deyildir. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən Yasamal RPİ-nin DYPŞ tərəfindən göndərilən sorğuların ünvana həqiqətən də çatdırılıb-çatdırılmaması, əgər çatdırılmışdırsa hansı ünvana çatdırılması və Cəmiyyətlə hüquqi bağlılığı ola biləcək şəxsə çatdırılmasına dair kifayət qədər şübhə yaradır. Bundan başqa, Şəxs QSC tərəfindən Yasamal RPİ-nin DYPŞ-yə ünvanlanmış 24 iyun 2021-ci il tarixli, HF-2021/457 nömrəli məktubdan müəyyən edilir ki, Cəmiyyətin mülkiyyətində olan “CHEVROLET CRUZE” (minik) markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 05 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücünün etibarnaməsinin surəti digər sürücülərin müvafiq sənədləri ilə birlikdə Yasamal RPİ-nin DYPŞ-yə göndərilmişdir. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, onun hüquq və vəzifələri izah edilməmiş, protokolda hüquqi şəxsin izahatı qeyd edilməmiş, eləcə də protokolun surətinin hüquqi şəxsə təqdim edilməsinə dair qeyd aparılmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə iş materiallarında olan ziddiyətləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu onun olduğu yer hesab edilən hüquqi ünvanına rəsmi qaydada çatdırılmamış, həmin sorğunun Cəmiyyətin faktiki ünvanına çatdırılmasına dair "xxxx" MMC-nin məktubunda göstərilməsinə baxmayaraq Cəmiyyətlə nə kimi hüquqi bağlılığı olan şəxsə çatdırılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin tələblərinə görə mövcud şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilərək məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması sübuta yetirilmir. Belə ki, protokol tərtib etmiş orqan tərəfindən isə bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilibdir. Qeyd edilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Həmin Məcəllənin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1586/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1586/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver