Məhkəmə qərarları › İş №3(004)-1587/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1587/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1587/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Daşdəsən rayonunun, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə inspektoru Şəxs tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09 iyul 2021-ci il tarixdə Yol Patrul Xidməti əməkdşları ilə mübahisə edərək polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 protokolu müdafiə edərək bildirmişdir ki, 09.07.2021-ci il tarixdə saat 11:15 radələrində Şəxs idarə etdiyi “Kia” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami küçəsindən Azərbaycan prospekti istiqamətində hərəkətdə olarkən avtomobildə yüksək səslə musiqi dinlədiyindən polis əməkdaşı haqlı olaraq musiqinin səsinin azaldılmasını bunun ictimaiyyət üçün narahatçılıq yaratdığını bildirsədə Şəxs polisin qanuni tələbinə yerinə yetirməkdən bilərəkdən boyun qaçırmışdır. Bu səbəbdən polis əməkdaşı Şəxs yaxınlaşmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyini aşkar etmişdir. Hər iki qayda pozuntusu barədə sürücü barəsində potokol tərtib etmək istəsədə Şəxs onun qanuni tələblərinə tabe olmaqdan imtina etmişdir. Bundan əlavə elektron portalda yoxlama aparılan zaman avtomobilin duracağa aparılmalı olduğu müəyyən edilmiş lakin Şəxs bundan imtina etmişdir. Daha sonra əraziyə post patrul xidmətinin əməkdaşları dəvət edilmiş və vətəndaş Şəxs 26-cı polis bölməsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədin xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən avtomobildə yüksək səslə musiqi dinləmişdir. Lakin polisin musiqinin səsinin azaldılması ilə bağlı tələbinin qanuni olduğunu bilməmişdir. Bundan sonra polis əməkdaşı tətbiq edilmiş inzibati cərimələrlə əlaqədar avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğunu bildirmiş lakin o bundan imtina etmişdir. Əlavə olaraq bildirdi ki, bu hərəkətlərinə görə polis əməkdaşından üzr istəmişdir. Əməlindən peşimandır. Göstərilənlərə əsasən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 09.07.2021-ci il tarixdə saat 11:15 radələrində Nizami küçəsində sağa yəni, Azərbaycan prospektinə dönəndə “Kia” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomaşının musiqisinə yüksək səs verdiyi üçün sürücüyə səsin azaldılması, yüksək səsin ictimaiyyət üçün narahatçılıq yaratdığı barədə məlumat versədə sürücü buna məhəl qoymayıb onun qanuni göstərişlərini yerinə yetirməkdən imtina etmişdir. Bundan əlavə portalda avtomobilin dövlət qeydiyyat nişanı üzrə axtarış edildiyi zaman ödənilməmiş inzibati cərimələrlə əlaqədar avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğu bildirilsədə sürücü buna etiraz edərək onun qanuni tələbinə tabe olmamışdır. Sürücü barəsində qanuna uyğun tədbir görmək istəsədə sürücü ilkin olaraq tabeçilik göstərməmiş və o radio ötürcü vasitəsi ilə Yasamal RPİ-nin PPX əməkdaşlarının köməyi ilə sürücünü 26-cı PB dəvət etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-nın MEB-nin İ tağımının YPX inspektoru X2 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, 09.07.2021-ci il tarixdə saat 11:15 radələrində Nizami küçəsində sağa Azərbaycan prospektinə dönəndə “Kia” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomaşının musiqisinə yüksək səs verərək idarə etdiyi üçn sürücüyə səsin azaldılması səsin azaldılması yüksəsk səsin ictimaiyyət üçün narahatçılıq yaratdığı barədə məlumat versədə sürücü buna məhəl qoymamışdır. Sürücüyə yaxınlaşan zaman sürücünün təhlükəsizlik kəmərini bağlamadığını bildirib qaydalara riayət etməsini bildirsədə sürücü buna məhəl qoymayıb onun qanuni göstərişlərini yerinə yetirməkdən imtina etmişdir. Sürücü barəsində qanuna uyğun tədbir görmək istəsədə sürücü ilkin olaraq tabeçilik göstərməmiş və o radio ötürcü vasitəsi ilə Yasamal RPİ-nin PPX əməkdaşlarının köməyi ilə sürücünü 26-cı PB dəvət etmişlər. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Rzayev Rüfət və Xanəlizadə Tural tərəfindən tərtib edilmiş 09.07.2021-ci il tarixli raportdan görünür ki, 09.07.2021-ci il tarixdə saat təxminən 11:20 radələrində Azərbaycan prospektində xidmətdə olarkən BŞDYPİ-nin “Eskad 023” saylı yol patrul xidməti əməkdaşına kömək lazım olduğu bildirilmişdir. Dərhal yol patrul xidməti əməkdaşına yaxınlaşmışlar. Yol patrul xidməti inspektoru sürücünün ona tabe olmadığını bildirmişdir. Daha sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və 5861 saylı avtopatrulla 26-cı polis bölməsinə təmin etmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Şəxsdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 09 iyul 2021-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin DYPŞnin YPX-nin polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar