Məhkəmə qərarları › İş №3(004)-1588/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1588/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1588/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı iş materiallarına əlavə edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizə verən şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xəta hadisəsi Bakı şəhəri Nəsimi rayonu ərazisində törədilməsi qeyd edilmişdir. Həmin ərazinin Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisinə aid olması müəyyən edilmir. Bundan əlavə şikayət vermiş şəxs X1 yaşayış ünvanı ünvan 1ında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi Nəsimi rayonu ərazisində törədildiyindən və həmçinin şəxsin yaşayış yeri Qobustan rayonu olduğundan ərizə geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin törədilməsi yeri kimi Bakı şəhəri Nəsimi rayonu ərazisi qeyd edildiyindən, həmin ərazinin Yasamal rayonunun inzibati ərazisinə aidiyyəti müəyyən edilmədiyindən və həmçinin şəxsin yaşayış yeri Qobustan rayonu olduğundan ərizə geri qaytarılmalıdır. Məhkəmə izah edir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından yenidən şikayət verməklə inzibati xətanın törədildiyi yer üzrə və ya yazılı vəsatətininə əsasən yaşayış yeriniz üzrə Qobustan Rayon Məhkəməsinə müraciət edilə bilər. Məhkəmə həmçinin izah edir ki, gələcəkdə məhkəməyə maraciət edilərkən buraxılmış müddətin bərpası ilə bağlı vəsatətin verilməsi məsələsinə diqqət yetirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar