Məhkəmə qərarları › İş №3(004)-1590/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1590/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1590/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) X1 İdarəsi (DYPİ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 03 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri BPİ DYPİ-i tərəfindən tərtib edilmiş 03 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 3(073)-338/2021 nömrəli qərardadı ilə protokol və ona əlavə edilmiş sənədlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeydiyyat ünvanına görə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Səbail Rayon Məhkəməsi isə 18 iyun 2021-ci il traixli 3(009)-1304/2021 nömrəli qərardadla Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialını baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Həmin Məhkəmə Bakı şəhər BPİ DYPİ-nin 31 oktyabr 2020ci il tarixli İXP seriyalı ******* nömrəli protokolunda qeyd edilmiş inzibati xəta hadisəsinin H.Cavid prospektində törədilməsini əsas gətirərək inzibati xəta haqqında iş üzrə icraat materialını aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə bağlı fikir ayrılığı yaranır. Belə ki, iş materiallarından görünür ki, Şəxs 31 oktyabr 2020-ci il tarixdə saat 13:30-da H.Cavid prospektində istifadəsində olan “Khazar Peugeot” (minik) markalı **-PD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Şəxs təqsirli bilinərək barəsində 01 noyabr 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 60 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra edilmədiyinə görə 36 manat dəbbə pulu hesablanmışdır. Məhkəməyə baxılması üçün təqdim edilmiş 03 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol isə sürücü Şəxs tərəfindən yol hərəkəti qaydası əleyhinə olan inzibati xətanın törədilməsinə görə cərimə növündə tənbeh tədbiri tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyinə görə İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. Göründüyü kimi, məhkəmənin baxmalı olduğu inzibati xəta haqqında protokol üzrə törədilməsi ehtimal edilən xətanın törədildiyi yer H.Cavid prospekti deyildir. Belə ki, İXMnin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti hərəkətsizlikdə ifadə olunduğundan bu kateqoriya xətanın törədilməsi yeri xətanın subyektinin yaşadığı ünvandır. Hazırki iş materiallarından isə görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeydiyyatda olduğu ünvan Bakı şəhəri Səbail rayonunun inzibati ərazisində yerləşir. Məhkəmə, Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il traixli 3(009)-1304/2021 nömrəli qərardadında göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Yasamal rayon H.Cavid prospektində törədilmiş inzibati xəta hadisəsinə artıq səlahiyyətli inzibati orqan olan Bakı şəhəri BPİ DYPİ-si tərəfindən baxılaraq hüquqi qiymət verilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Dolayısı ilə, hazırda məhkəmənin baxmalı olduğu 03 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə törədilməsi ehtimal edilən xətanın törədildiyi yer ünvan 2 ünvanı hesab edilir. Odur ki, Azərbaycan Respublikası 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə barəsində protokol tərtib edilmiş şəxsin yaşadığı yerin rayon məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ DYPİ-i tərəfindən tərtib edilmiş 03 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadındakı qeyd olunan mövqe ilə razılaşıla bilinməz və bu hal məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olur. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermək isə apellyasiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 03 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar