Məhkəmə qərarları › İş №3(004)-1595/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1595/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1595/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Dövlət X13 (DYPİ) etibarnamə üzrə nümayəndəsi X3, şikayətçi X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı 3587581nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. ŞikayətçiX4 ərizəsini onunla əsaslandırmışdır ki, ölkə ərazisində “Covid-19” infeksiyasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 20 nömrəli qərarı ilə xx xxxxx 2020-ci il tarixdən saat 00:00-dan etibarən xüsusi karantin rejimi dövründə tətbiq edilmiş və icazə əsasında yaşayış yerinin tərk edilməsinə yol verilmişdir. xx xxxxx 2020-ci il tarixdə işlədiyi “xxxxxxxxx” MMC icaze.e-gov.az portalında qeydiyyatdan keçmiş və xx xxxxx 2020-ci il tarixi olmamasına baxmayaraq **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX-nin inspektoru X9 onu saxlayıb və Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli protokol tərtib etmişdir. Baxmayaraq ki, həmin vaxt o, avtomobilində tək olmuş, qoruyucu maska və lateks əlcək geyinmişdir. Bundan başqa heç bir qayda pozuntusu etməmiş, etirazını bildirəndə inspektor ona “narahat olmayın, bu qərarsız protokoldu” deyə etiraz etməsini və ona bir neçə gündən sonra Bakı şəhər BPİnin DYPİ-nin 20-ci otağına getməsini tövsiyyə etmişdir. Qeyd olunan 20-ci otaqda ona bir daha narahat olmamasını və protokolun silinəcəyi bildirilmişlər. Daha sonra ona “Asanpay” potalı vasitəsilə xx xxxxx 2020-ci il tarixdə “qərarsız protokol”, xx xxxxx 2020-ci il tarixdə protokol əsasında qəbul edilmiş qərarın qüvvəyə minməsi barədə də sms məlumatı gəlmişdir. O, dəfələrlə Azərbaycan Respublikası DİN-nə online müraciət etmiş, idarədən verilmiş cavab məktubunda protokolun düzgün tərtib edilməsi və narazı olduğu halda məhkəmə orqanlarına müraciət etməsi ona izah edilmişdir. Səlahiyyətli qurumun cavab məktubu poçt vasitəsi ilə mənzilinə xx xxxx 2020-ci il tarixdə çatdırılmışdır. Bundan başqa DYPİ-nin əməkdaşlarının xx xxxxx 2020-ci il tarixədək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmamışdır. Şikayətçi X4 göstərilənlərə əsasən barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X7 şikayəti əsassız hesab edərək X4 barəsində idarənin tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin polis general-mayoru X5 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X4 xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxxx 2020-ci il tarixdə qüvvədə olan211-ci maddəsinəəsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə tərk etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən ölkə ərazisində x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək həmin qərarın 1.4-cü bəndinə görə 1.1-ci bənddə sadalanan şəxslərdən başqa bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilirdi: 1) təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2) ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 3) yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Qərarın 1.5.1-ci yarım bəndinə görə 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 - rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar hərəkət məhdudiyyətinin xx xxxxx 2020-ci il tarixdən saat 00:00-dan tətbiq edilməsinə baxmayaraq “Volkswagen Passat” (minik) markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx xxxx 1971-ci il təvəllüdlü X4 barəsində xx xxxxx 2020-ci il tarixdə, yəni hərəkət məhdudiyyətinin qüvvəyə minməsindən əvvəlki tarixdə Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə idarənin polis general-mayoru X5 tərəfindən X4 Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolda və xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən həmin vaxt Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş xüsusi karantin rejiminin hansı qaydasının pozulması konkret olaraq göstərilməmiş, məhkəmə iclasında isə qərarından şikayət verilmiş qurumun nümayəndəsi iştirak etsə də bu xüsusatı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin polis general-mayoru X5 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin DYPİ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X12 Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti qismən təmin olunsun. X4 barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X16 göndərilsin. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X13 xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X12 Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar