Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-16/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə səməd qızının katibliyi, X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 18 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə verdiyi ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 18 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, cərimənin silinməsi və həmin işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, qeyd edilən xəta ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə şikayətini qismən təmin etmiş, lakin polis əməkdaşları tərəfindən yenidən eyni əsasla barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin gün içkili vəziyyətdə avtomobil idarə etməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 18 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6 şikayəti müdafiə edərək, təmin edilməsini, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 18 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, cərimənin silinməsi və həmin işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 əməlində İXM-in 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi öz təsdiqini tapmadığından onun barəsində qəbul edilmiş 18 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 18 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X6 26.07.2021-ci il tarixdə saat 03:40-da “Kia Pride” minik markalı 99UD390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi üçün barəsində İXM-in 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarından görünür ki, hazırkı iş üzrə X1 dərəcəsi o cümlədən onun sərxoş vəziyyətdə olması faktının hansı mötəbər sübuta əsasən təsdiq edilməsi qeyd edilmədiyindən, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 20 avqust 2021ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin DYPİ-nə göndərilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsi yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan 18 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qəbul etmişdir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, X3 26.07.2021-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etməsi səlahiyyətli orqan tərəfindən tam araşdırılmadan, heç bir əsaslı sübuta əsaslanmadan şəxsin sərxoş olması qənaətinə gəlinmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 18 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 18 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, həmin qərarla X4 təyin edilmiş cərimə silinməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALD!: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 18 noyabr 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin, X4 təyin edilmiş 400 manat cərimə silinsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-16/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-16/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver