Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-16/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X3, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Bakı şəhər DYPİ-nin onun barəsində tərtib etdiyi inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermiş, Yasamal Rayon Məhkəməsinin 3(004)- 4572/2023 saylı qərarı ilə Bakı şəhər DYPİ-nin onun barəsində tərtib etdiyi inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. Bakı şəhər DYPİ tərəfindən iş araşdırılaraq X4 barəsində yenidən inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Eyni məzmunlu TP ******* nömrəli yeni qərarda heç bir yeni sübut (lar), faktiki məlumat və yaxud əsas(lar) təqdim edilmədiyinə görə barəsində tərtib edilmiş həmin qərarın məhkəmədən ləğv etməyi və təkrar baxışa qaytarmadan işə xitam verməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayəti müdafiə edərək bildirmişdir ki, o demək olar ki hər gün eyni yoldan istifadə edir və orada quraşdırılmış “Giriş qadağandır” yol nişanı düzgün quraşdırılmadığından həmin xəbərdaredici nişanı görmək mümkün deyildir. Bununla bağlı avtomobili idarə edərkən qeydə aldığı videogörüntüləri özündə əks etdirən diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X5 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda hadisənin baş verməsini özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:23 radələrində idarə etdiyi “KİA RİO minik” markalı, ** LC *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri Nəriman Nərimanov prospekti, 203, GPS: 40.3802882,49.8234494 ərazisində nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun 3(004)-4572/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 idarəsi tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş (yol polisinin nümayəndəsi tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, “KİA RİO minik” markalı, ** LC *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin “Giriş qadağandır” yol nişanının tələblərini pozması öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, “KİA RİO minik” markalı, ** LC *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin “Giriş qadağandır” yol nişanının tələblərini pozması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 18:23 radələrində idarə etdiyi “KİA RİO minik” markalı, ** LC *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı, Nəriman Nərimanov prospekti, 203, GPS: 40.3802882,49.8234494 ərazisində nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun 3(004)- 4572/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 idarəsi tərəfindən qəbul edilmiş 30 avqust 2023cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinə göndərilmiş. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsi yenidən araşdırma apardıqdan sonra X4 barəsində TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati təbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-16/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-16/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver