Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-16/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X24 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin vəkili və eyni zamanda nümayəndəsi “Sübhan Məmmədov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 2 dekabr 2024-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, hüquqi şəxs "Az Deniz MMC"-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri Abdulbakı Ucar tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X10 18 avqust 2024-cü il tarixdən 1 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində dəmirçi, X5 18 avqust 2024-cü il tarixdən 2 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində dəmirçi vəzifəsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 2 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri X14 toplanmış 243-İX-24 saylı material üzrə, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə ev 58, mənzil 19A ünvanı olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X10 18 avqust 2024-cü il tarixdən 1 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində dəmirçi, X5 18 avqust 2024-cü il tarixdən 2 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində dəmirçi vəzifəsinə cəlb edilmişdir. Araşdırma zamanı izahatı alınmış X10 izahatında bildirmişdir ki, X11 dəvəti ilə 18 avqust 2024-cü il tarixdən 01 sentyabr 2024-cü il tarixədək Cəbrayıl rayonunda su anbarının tikintisi ilə əlaqədar Şəxs MMC-nin işçisi kimi dəmirçi işlərini görmüşdür, günlük olaraq 55 manat, aylıq olaraq 1650 manat əmək haqqı müəyyən edilmiş, şirkətdə 14 gün işlədiyinə görə ona ödənilməli olan 760 manat əmək haqqı ödənilmədiyi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etdikdən sonra ödənilməmiş məbləğ ona ödənilmişdir. Şəxs MMC-də Eldəniz, Elbrus, Sənan və Vadimlə bir yerdə işləmişdir. Araşdırma zamanı izahatı alınmış X15 izahatında bildirmişdir ki, 2024-cü ilin iyunsentyabr aylarında Cəbrayıl rayonunda su anbarının tikintisində Şəxs MMC-nin işçisi kimi qəlibçi-dəmirçi vəzifəsində əmək müqaviləsi ilə işləmişdir. Elsevər Əmirovu tanıdığı üçün onu da işləmək məqsədi ilə dəvət etmişdir. Elsevər Əmirov xx.xx.2024-cü il tarixdən etibarən 9 gün işləmiş və şdən çıxmışdır. Araşdırma zamanı izahatı alınmış X12 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də su anbarının tikintisi ilə əlaqədar ustadəmirçi vəzifəsində işləmişdir. Şirkətlə aralarında əmək müqaviləsi bağlanmışdır. X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək onunla birlikdə Şəxs MMC-də işləmiş, işlədiyi dövrdə əmək haqqı verilmədiyi üçün Elsevər Əmirov şikayətçi olmuşdur. Araşdırma zamanı izahatı alınmış X8 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AZ DENİZ MMC-də əmək müqaviləsi olmadan dəmirçi vəzifəsində işləmişdir. X20 rayonunda işlədiyi vaxtdan tanıyır. Sonradan Cəbrayıl rayonunda bir yerdə işləmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs MMCnin vəkili və eyni zamanda nümayəndəsi “Sübhan Məmmədov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə2, barələrində başlanmış 2 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara etiraz edərək bildirmişdir ki, Şəxs MMC "xxxx" Şirkətinin Azərbaycan Respublikasında olan filialının podratçısıdır. İşə götürülmə və maaşların ödənilməsi onların səlahiyyətlərində olmamışdır. AR-nın İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsində toplanmış 243-İX-24 saylı material üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəməyə vəsatət təqdim edərək qeyd etmişdir ki, İş materiallarına əlavə edilən şahid izahatlarla təsdiq olunur ki, əmək müqaviləsi bağlanmayan X9 və X2 Deniz MMC tərəfindən müqavilə bağlanması üçün işə dəvət edilməmiş, əmək münasibətləri olmamış, işçi dəvətini əvvəllər digər şirkətdə işlədikləri X15 tərəfindən almışlar. X11 Az Deniz MMC adından işçi ilə əmək müqaviləsi bağlamaq, Az Deniz MMC-nin adından işçi işlətmək və əmək münasibətlri yaratmaq səlahiyyətləri verilməmişdir. Az Deniz MMC-yə qarşı qərəzli icraat aparılaraq rəsmi mövqeyi alınmamış, X11 isə Az Deniz MMC adından işəgötürən vəzifələrini icra etməsinin səbəbləri prokurorluğun müstəntiqi tərəfindən araşdırılmamışdır. Əvvəlki məhkəmə iclasnda işdə iştirak edən X25 Deniz MMC-nin icraat zamanı dəvət edilməməsinin, izahatının alınmamasının səbəblərini izah edə bilməmiş, telefonla olan dialoqu izahat kimi təqdim etməyə çalışs da əslində telefondakı dialoqun məzmununu da təqdim edə bilməmişdir. Eyni zamanda X7 və X4 Az Deniz MMC ilə müqavilə bağlamadan, müqavilə şərtlərini razılaşdırmadan Az Deniz MMC-nin adından işə başlamasının səbəbləri araşdırılmamışdır. Qeyd edilənlərə əsasən X7 və X4 və X11 qeyd edilən hissədə araşdırma aparılması və izahatlarının alınması məqsədi ilə məhkəmədə iştiraklarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 qərarı müdafiə edərək, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “https://www.etaxes.gov.az/ebyn/commersialChecker.jsp” internet səhifəsinə baxış keçirilmiş, Şəxs MMC-nin VÖEN kodu ********** -dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş X15 barədə X1 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək olan müddətdə onunla 'AZ DENİZ” MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi bağlanması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X12 barədə X1 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə onunla Şəxs MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir. Araşdırma zamanı S.Məmmədov ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X10 barədə X1 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə onunla Şəxs MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir. İş materiallarına əlavə edilmiş X8 barədə X1 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə onunla "AZ DENİZ” MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir. X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək Şəxs MMC ilə bağlı Baş Prokurorluqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. X12 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək Şəxs MMC ilə bağlı Baş Prokurorluqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində izahat vermiş X15 bildirmişdir ki, 2024-cü ilin iyun-sentyabr aylarında Cəbrayıl rayonunda su anbarının tikintisində Şəxs MMC-nin işçisi kimi qəlibçi-dəmirçi vəzifəsində əmək müqaviləsi ilə işləmişdir. Elsevər Əmirovu tanıdığı üçün onu da işləmək məqsədi ilə o dəvət etmişdir. Elsevər Əmirov xx.xx.2024-cü il tarixdən etibarən təxminən 9 gün işləmiş və işdən çıxmışdır. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, əmək müqaviləsində dəmirçi-qəlibçi olmasına baxmayaraq həmin tikinti sahəsinə o özü cavabdeh olmuşdur, yəni orada aparılmalı olan işləri tamamlayıb təhvil verməli olduğundan özünə işçi axtarmışdır və bu məqsədlə əvvəlcədən tanıdığı E.Əmirovu dəvət etmişdir, həmin şəxs bir neçə gün işlədikdən sonra razılaşmayıb çıxıb getmişdir. Başqa sözlə həmin işçi Şəxs MMC-nin deyil onun işçisi olmuşdur. Belə ki, Şəxs MMC tərəfindən sözügedən tikinti ona həvalə edildiyindən o, özünə tanıdığı ustalardan briqada toplamaqla işi icra etməyə başlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5.1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə qeyd edir ki, Şəxs MMC ilə X8 və X10 arasında yaranmış əmək münasibətləri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən həmin şəxsin MMC-də müəyyən xidmətlərin yerinə yetirilməsinə cəlbedilməsi faktı aşkar edilmişdir. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında əmək münasibətlərinin yaranması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, bu fakt məhkəmə araşdırılması zamanı həmin şəxslərin teleqramla müraciətləri və iş materialına əlavə edilmiş digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş şahid izahatlarından, iş materiallarındakı sənədlərdən aydın ki, X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dəmirçi və X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dəmirçi vəzifəsində Şəxs MMC-də əmək müqaviləsi qanuni qüvvəyə minmədən işə cəlb olunmuşdurlar. Eyni zamanda məhkəmə X11 məhkəmə iclasında bildirdikləri dəlillərə münasibətdə qeyd edir ki, birincisi V.Cəfərov Şəxs MMC-də əmək müqaviləsi ilə qəlibçi vəzifəsində işlədiyindən onun digər şəxsi (işçini) işə götürmək səlahiyyəti olmamışdır, ikincisi tikinti ərazisi MMC-yə aid olduğu üçün kənar şəxsin onlara məxsus tikinti ərazisində işləməsi (işə cəlb edilməsi) onların məsuliyyəti hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əmək münasibətləri yaranmış, lakin həmin əmək münasibətləri hüquqi qüvvəyə minmədən şəxslər işəgötürən tərəfindən işə cəlb edilmişdirlər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-16/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-16/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver