Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-160/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Fətəli-zadə Fətəli Fuad oğlunun iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X16 daxil olmuş İXP ******* nömrəli, 06 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 90JU849 d.q.n-lı nəqliyyat vasitəsinin sahibi olan Şəxs MMC tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Fətəli-zadə Fətəli Fuad oğlu bildirmişdir ki, tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Belə ki, inzibati xətalar məcəlləsinin 339.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilən İXP ******* saylı protokol isə etibarnamə və ya yol vərəqəsinin verilməsinə baxmayaraq, təkrar dövlət qeydiyyatından keçirilməməyə görə tərtib edilmişdir. Halbuki nəqliyyat vasitəsinə dair etibarnamənin verilməsi bu maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb ola bilməz. Çünki etibarnamə icarə və ya digər əşya hüquqlarına dair müqavilə deyildir. Mülki məcəllənin 324-cü maddəsinə əsasən, 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin məcəllənin 362.1-ci maddəsinə əsasən, Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Göründüyü kimi etibarnamə və müqavilə ayrı-ayrı kateqoriyalardır və İXP ******* saylı protokolda qanunsuz və əsassız olaraq icarə və ya digər əşya hüquqlarına dair müqavilənin tərkibi kimi etibarnamə, yol vərəqəsi göstərilmişdir. Yol hərəkəti haqqında qanunun 13-cü maddəsinə əsasən, Xİİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Göründüyü kimi qanunda düzgün olaraq icarə və ya digər əşya hüquqlarına dair müqavilə ilə etibarnamə anlayışları bir-birindən fərqləndirilmişdir. İnzibati xətalar məcəlləsinin 339.1-ci maddəsində isə yalnız icarə və ya digər əşya hüquqlarına dair müqaviləyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Etibarnamə əsasında avtomobil başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə məsuliyyət nəzərdə tutulmamışdır. İnzibati xətalar məcəlləsinin 1.3-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Protokolda göstərilən ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair icarə və ya digər əşya hüquqlarına dair müqavilə bağlanmamışdır. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixli, 24/006 saylı məktubla nəqliyyat vasitələrini idarə edən şəxslər barəsində məlumat protokolu tərtib edən orqana verilmişdir. Belə olan halda inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 100.00 AZN olan Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1də dövlət qeydiyyatına alınmışdır. İnzibati xəta haqqında 06 dekabr 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 90JU849 d.q.n-lı nəqliyyat vasitəsinin sahibi olan Şəxs MMC tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “HYUNDAİ HD65 yük” markalı, 90JU849 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. Şəxs MMC-nin direktoru Riad Kərimov tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 24/006 nömrəli etibarnamədən görünür ki, "xxxx" MMC müəssisəsinə məxsus olan lsuzu NPR66P markalı, **-JU-*** dövlət nömrə nişanlı yük avtomobili, Hyundai HD-78 markalı, **-JB-*** dövlət nömrə nişanlı yük avtomobili, Hyundai HD-78 markalı, **-JL-*** dövlət nömrə nişanlı yük avtomobili, Hyundai EX8 markalı, **-JG-*** dövlət nömrə nişanlı və Hyundai HD-65 markalı, **-JU-*** dövlət nömrə nişanlı yük avtomobili, X8 (sürücülük vəsiqəsi BB 247856, verilib xx.xx.2023), X24 (sürücülük vəsiqəsi BB330111, verilib xx.xx.2023), X14 (sürücülük vəsiqəsi BB508624, verilib xx.xx.2022), X2 (sürücülük vəsiqəsi AC№ 712409, verilib xx.xx.2015), X5 (sürücülük vəsiqəsi AC№055769, verilib xx.xx.2016), X3 (sürücülük vəsiqəsi AC№234545, verilib xx.xx.2017), X6 (sürücülük vəsiqəsi BB215322 , verilib xx.xx.2021), X20 (sürücülük vəsiqəsi AF604093, verilib xx.xx.2019), X10 (sürücülük vəsiqəsi AD140896, verilib xx.xx.2018), X15 (sürücülük vəsiqəsi BC009218, verilib xx.xx.2021), X11 (sürücülük vəsiqəsi AC №524622, verilib xx.xx.2016), X7 (sürücülük vəsiqəsi AC №369125, verilib xx.xx.2019) idarə elmək üçün etibar edilir. Şəxs MMC-nin direktoru Riad Kərimov tərəfindən Yasamal rayon polis idarəsinin X28 şöbəsinin rəisi Polis polkovnik leytenantı Məmməd Əliyevə ünvanlanmış 25 noyabr 2024-cü il tarixli, 24/006 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin balansında olan ** JU *** n/v-ni X7 (sürücülük vəsiqəsi AC 369125, xx.xx.2019), ** JU *** n/v-ni X6 (sürücülük vəsiqəsi BB215322, xx.xx.2021), ** JL *** n/v-ni X3 (sürücülük vəsiqəsi AC№234545, xx.xx.2017), ** JG *** n/v-ni X20 (sürücülük vəsiqəsi AF604093 xx.xx.2019) və ** JB *** n/v-ni X15 (sürücülük vəsiqəsi BC009218 27.08.21) istifadəsinə qeyd edilməsi xahiş edilmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin Vİ-İ-ci bəndinə əsasən Bu Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir. Xİİİ-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta uzanan inzibati xəta olmaqla, hüquqi şəxsin hərəkətsizliyi ilə bağlı olaraq törədilmiş və inzibati xətanın törədilmə vaxtı avtomobilə mülkiyyət hüququ Şəxs MMC-yə məxsus olmuşdur. Həmçinin, “HYUNDAİ HD65 yük” markalı, 90JU849 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan Şəxs MMC tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsinin digər əşya hüquqları ( etibarnamə) dair müqavilə əsasında X4 vermiş və onu təkrar qeydiyyatdan keçirməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını, ağırlaşdıran və yüngəlləşdirilən halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 339.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-160/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-160/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver