Məhkəmə qərarları › İş №3(004)-1600/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1600/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1600/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikasının X7nin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsinin MN-0899926 saylı, 17.06.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X8 Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsinin MN-0899926 saylı, 17.06.2021-ci il tarixli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2021-ci il iyun ayında Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin əməkdaşı mülkiyyətçisi olduğu “Lea Cake and Beyond" kafesinə gələrək və özünün xidməti vəsiqəsini göstərərək X4 gəldiyini bildirmiş və işçilərdən birini dəvət edərək ona hansısa çatışmazlıq olduğunu söyləmiş, ondan izahat almış, təqdim etdiyi sənədi işçiyə imzalatdıqdan sonra həmin əkəmdaş çıxıb getmişdir. Həmin əməkdaş gedəndən sonra poçt vasitəsi ilə ünvanına Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında MN №10899926, 17 iyun 2021ci il tarixli qərarı daxil olmuş, bu qərarda göstərilir ki, 03 iyun 2021-ci il tarixində MN0887468 saylı protokol tərtib edilmiş, həmin protokola uyğun olaraq ünvan 2 ünvanında yerləşən “Lea Cake and Beyond” kafesi standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı və satılması nəticəsində vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında MN №0899926, 17 iyun 2021-ci il tarixli qərarında konkret olaraq hansı malların istehsalından, satılmasından, işlərin yerinə yetirilməsindən və ya xidmətlərin göstərilməsi zamanı istehlakçıların hüquqlarının pozuntusu görünmür. Eyni zamanda qərarda belə pozuntu halında konkret olaraq hansı standart və normativ sənədlərin tələblərinin pozuntusu da göstərilməmişdir. Qeyd olunan faktlar təsdiq edir ki, adı çəkilən protokol və qərarın yazılması üçün heç bir hüquqi əsas olmamış və Agentlik tərəfindən əsassız və qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında MN №0899926, 17 iyun 2021-ci ıl tarixli qərarı qəbul edən zaman Azərbayacan Respublikası İXM-nin 447.0.3-cii maddəsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunun 1-ci və 2-ci maddəsinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin normalarını və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq etdiyi Əsasnamənin müddəalarını kobudcasına pozmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının X7nin nümayəndəsi X6 Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsinin MN-0887468 saylı, 03.06.2021-ci il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən “Lea Cake and Beyond” kafesi standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı və satılması dair qida təhlükəsizliyi sahəsind texniki normativ hüquqi aktları pozmuşdur. Bu səbəbdən X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərar tam qanuni olduğu üçün Nərminə Mehdiyeva tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsinin MN-0899926 saylı, 17.06.2021-ci il tarixli qərarından görünür ki, X2 Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən, 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddələrinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən “Lea Cake and Beyond” kafesi standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı və satılması nəticəsində vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında MN №0899926, 17 iyun 2021-ci il tarixli qərarında konkret olaraq hansı malların istehsalından, satılmasından, işlərin yerinə yetirilməsindən və ya xidmətlərin göstərilməsi zamanı istehlakçıların hüquqlarının pozuntusu müəyyən olunmamışdır. Eyni zamanda qərarda belə pozuntu halında konkret olaraq hansı standart və normativ sənədlərin tələblərinin pozuntusu da göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsinin MN-0899926 saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikasının X7nə göndərilməsi haqqında qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri də tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamasıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsinin MN- 0899926 saylı, 17.06.2021-ci il tarixli qərarı qəbul edilərkən İXM-nin 31 – 34-cü maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsinin MN-0899926 saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının X7nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsinin MN-0899926 saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikasının X7nə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar